Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin zamanı çatıb
15.06.2011 [09:29]
Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 25-də Kazan şəhərində keçiriləcək görüşünə çox az müddətin qaldığı bir vaxtda görüş öncəsi hazırlıqlar ən yüksək səviyyəyə çatdırılıb. Məlum olduğu kimi, iyunun 11-də Moskvada baş tutan Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündə Kazan danışıqlarının gündəliyində olacaq yekun təkliflər müzakirə edilib. Tədbirdən sonra açıqlama verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə irəliləyişlərin əldə olunduğunu və aparılan intensiv danışıqların sülh sazişi üzərində işləri davam etdirməyə imkan yaratdığını bildirib. Nazirin sözlərinə görə, görüşün nəticələri barədə dövlət başçılarına məruzə ediləcək, bundan sonra prezidentlər danışıqları Kazanda davam etdirəcək.
Siyasi ekspertlərin fikrincə, Moskva görüşünün müsbət şəraitdə keçməsi irəliləyişlərin əldə olunması istiqamətində atılan addımların müəyyən səmərə verəcəyinə ümid yaradır. öz növbəsində, Azərbaycan tərəfi Kazan görüşündən sülhün əldə edilməsinə doğru irəliləyişlər gözləyir. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rəsmi Bakının Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşündən çox şey gözlədiyini bildirib: “Düşünürük ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin zamanı çatıb. Bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri birgə bəyanat verib. Münaqişənin tezliklə həlli iradəsi ortada var”.
Onun sözlərinə görə, münaqişənin həll edilməsi, danışıqların intensivləşdirilməsi və irəliləyişə nail olunması çağırışları özlüyündə müsbət məqamdır. Şöbə müdiri onu da əlavə edib ki, bu günə qədər əvvəllər razılaşdırılmış və ya razılaşdırılmasına ümid bəslənilən məsələlər konkret görüşlər zamanı Ermənistan tərəfindən pozulub, onların bu və ya digər yanaşması ilə danışıqlar prosesi ləngidilib. Bir sözlə, görünən odur ki, irəliləyişin əldə olunması Ermənistanın hansı mövqe sərgiləyəcəyindən asılıdır.
Bu nöqteyi-nəzərdən, əminliklə demək olar ki, danışıqlara həm görüş öncəsi baş verən proseslər, həm də görüş zamanı tərəflərin sərgiləyəcəyi mövqe əhəmiyyətli dərəcədə təsir göstərəcək. Xatırladaq ki, bundan bir neçə gün əvvəl regiona səfər edən həmsədrlər Azərbaycan və Ermənistanda keçirdikləri görüşlərdən sonra yaydıqları bəyanatda tərəfləri danışıqlar prosesinə zərər vuracaq hər hansı təxribat xarakterli addım və hərəkətlərə yol verməməyə çağırıblar.
Əslində, bu çağırış heç də təsadüfi deyil. çünki həqiqətən də, münaqişənin həlli istiqamətində aparılan danışıqlarda həlledici mərhələni təşkil edən Kazan görüşü ərəfəsində təxribat xarakterli bəyanatların səsləndirilməsi, atəşkəsin pozulması və digər bu kimi hallar danışıqların gedişatına mənfi təsir göstərə bilər. Buna görə də, indiki məqamda danışıqlar prosesində müsbətə doğru addımların atılmasının təmin olunması, görüşün səmərəliliyinin artırılması üçün münbit siyasi-psixoloji şəraitin yaradılması olduqca vacibdir. Lakin bildiyimiz kimi, Ermənistan ordusunun əsgərləri tərəfindən cəbhə xəttində tez-tez atəşkəsin pozulması halları baş verir və bu hal həmsədrlərin regionda səfərdə olduğu günlər də təkrarlanıb.
Buna baxmayaraq, son günlərdə Ermənistan rəsmiləri səsləndirdikləri bəyanatlarla konstruktiv mövqe nümayiş etdirməyə çalışır. Belə ki, ABŞ, Rusiya və Fransa pezidentlərinin mayın 26-da imzaladığı Dovil bəyanatının, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşünün əhəmiyyətindən danışaraq, rəsmi Bakını münaqişənin həllini “uzatmamağa” çağıran işğalçı ölkə rəsmiləri bununla beynəlxalq ictimaiyyətdə sülhə hazır olduqları barədə rəy formalaşdırmağa cəhd göstərirlər. Həmçinin, Ermənistanın əvvəlki görüşlərdə olduğu kimi, Kazan görüşündə də antisülh mövqeyi sərgiləməyəcəyinə zəmanət verilə bilməz. Buna görə də, görüşdə real nəticənin əldə olunması üçün həmsədr ölkələr, xüsusən də Rusiyanın işğalçı ölkəyə təzyiq göstərməsi labüddür.
Bir məsələni də vurğulayaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində irəliləyişin əldə olunması həmsədr ölkələrin, eləcə də, ATƏT-in Minsk qrupunun nüfuzuna da müsbət təsir göstərə bilər. çünki bildiyimiz kimi, 17 ildir aparılan danışıqların bu vaxtadək nəticəsiz qalması beynəlxalq miqyasda Minsk qrupunun fəaliyyətinin səmərəliliyi ilə bağlı şübhələr meydana çıxarır. Beynəlxalq böhran qrupunun Avropa proqramının direktoru Sabina Freyzerin bu günlərdə mətbuata açıqlamasında səsləndirdiyi fikirlər də bu narahatlığın ifadəsidir. Onun sözlərinə görə, Kazan görüşü uğursuzluqla nəticələnərsə, Minsk qrupunun formatına yenidən baxıla bilər. Ermənistan kimi bir dövlətin işğalçı siyasəti üzündən qlobal güclərin yer aldığı bir qurumun formatının dəyişdirilməsi məsələsinin ortaya çıxması isə həmsədr ölkələrin nüfuzuna zərbədir. Buna görə də, işğalçı Ermənistan ən qısa zamanda sülhə dəvət olunmalı, Azərbaycan ərazilərinin işğalından əl çəkməlidir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

