Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Rumıniya əlaqələri yaxın dost və tərəfdaşlıq müstəvisində inkişaf edir

Azərbaycan-Rumıniya əlaqələri yaxın dost və tərəfdaşlıq müstəvisində inkişaf edir

23.06.2011 [09:44]

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti bu ölkədə səfərdə olub
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) və Rumıniyanın hakim Demokrat Liberal Partiyası (DLP) arasında qarşılıqlı dostluq münasibətləri olduqca yüksək səviyyədə inkişaf edib. Bu baxımdan da, hər iki partiyanın nümayəndələri vaxtaşırı görüşlər keçirir, qarşılıqlı səfərlər təşkil olunur. Bu əməkdaşlıq çərçivəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti iyun ayının 11-17-də Rumıniyada səfərdə olub. YAP Gənclər Birliyinin sədri Seymur Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti DLP-nin gənclər təşkilatının nümayəndələri, o cümlədən, bu partiyanın parlamentdə və Avropa Xalq Partiyasında təmsil olunan deputatları ilə görüşlər keçirib.
Bu barədə məlumat verən YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, səfər çərçivəsində nümayəndə heyəti DLP üzvü, parlamentin Yuxarı Palatasının deputatı Danuts Liga ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparıblar. Bu görüşdə parlament üzvü ölkəmiz haqqında olduqca yüksək fikirlər səsləndirib: “Danuts Liga ilə görüşümüzdə iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyi, Rumıniya-Azərbaycan münasibətlərinin strateji əməkdaşlıq müstəvisindən strateji tərəfdaşlığa keçdiyi vurğulanıb. Rumıniyalı deputat əlaqələrin bugünkü səviyyəyə çatmasında hər iki ölkə prezidentlərinin böyük rol oynadığın deyib”.
Daha sonra YAP Gənclər Birliyinin nümayəndə heyəti Danuts Liganın təşkilatçılığı ilə keçirilən məktəblərarası futbol yarışını izləyib, Rumıniya parlamentinin deputatlarından ibarət futbol komandası ilə yoldaşlıq görüşü keçirib. S.Orucov bildirib ki, nümayəndə heyətimiz yarışlardan sonra keçirilən mətbuat konfransında diplom və kubokla təltif edilib: “Səfər çərçivəsində ən yaddaqalan hadisə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Buxarest şəhərindəki abidəsini və Onun adını daşıyan parkı ziyarət etməmiz oldu. Nümayəndə heyəti abidənin önünə əklil qoydu və xatirə şəkli çəkdirdi. Bundan başqa, Qara dəniz-Xəzər dənizi Beynəlxalq Fondunun Rumıniya nümayəndəliyi ilə görüşdük. Həyata keçirilmiş işlərlə bağlı məlumatlar verildi və gələcək əməkdaşlığa dair bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə Qara dəniz - Xəzər dənizi Beynəlxalq Fondunun Rumıniya nümayəndəliyinin Baş katibi xanım Felicia Skoarta iştirak edirdi”.
YAP Gənclər Birliyinin nümayəndə heyəti səfər çərçivəsində Rumıniya parlamentində də olublar. Daha sonra isə heyət Danuts Liganın ofisində rəsmi görüşdə iştirak edib və rumın gənclərinin nümayəndə qrupu YAP Gənclər Birliyi tərəfindən iyul ayında həyata keçiriləcək “Yay məktəbləri” layihəsində iştirak etmək üçün Azərbaycana dəvət ediliblər. S.Orucov qeyd edib ki, nümayəndə heyəti Danuts Ligaya Azərbaycanın milli naxışlarının əks olunduğu xalça hədiyyə edib: “Səfər çərçivəsində Suçava şəhərində də olduq. Şəhər merinin müavini Luşian Harşovski ilə görüşdə ölkəmizdə həyata keçirilən layihələr, gənclərin ictimai-siyasi həyatdakı fəaliyyəti və s. haqqında geniş məlumat verildi. Bundan başqa, Braşov şəhərində də yerli gənclərlə görüşümüz oldu, tarixi qəsrlərindən hesab olunan “Drakula” qəsrini gəzdik. Peleş və Kral qəsrlərinə səfər etdik, xüsusi gid vasitəsilə qəsrlərin tarixi haqqında məlumat verildi. Səfərin sonunda yenidən Rumıniya paytaxtına geri döndük və şam yeməyi çərçivəsində Demokrat Liberal Partiyası Gənclər Qolunun sədri Razvan Mustea ilə səmimi söhbət oldu”.
Səfərlə bağlı öz təəssüratlarını qəzetimizlə bölüşən YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva YAP ilə Rumıniyanın hakim Demokrat Liberal Partiyası arasındakı münasibətlərin son dövrlərdə yüksələn xətlə inkişaf etdiyini dilə gətirib. O, bildirib ki, YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti cari ilin fevral ayında sözügedən ölkədə səfərdə olub və bir sıra ölkə rəsmiləri ilə ikitərəfli görüşlər keçirilib: “Həmin səfər zamanı YAP və DLP arasında “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Məhz həmin razılaşmanın dördüncü bəndinə əsasən, bu partiyaların gənclər birlikləri arasında da əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Buna əsasən, YAP Gənclər Birliyinin nümayəndə heyəti may ayının sonunda Rumıniyada səfərdə olub və bir sıra siyasilərlə görüşlərdə iştirak ediblər. Budəfəki səfər isə Demokrat Liberal Partiyasından olan millət vəkili Danuts Liganın dəvəti əsasında həyata keçirilib”.
Səfər çərçivəsində YAP Gənclər Birliyinin nümayəndə heyətinin Rumıniyanın parlament binasına, Suçava, Sinaya, Braşov şəhərlərinə təşkil olunan ekskursiyalarda iştirak etdiyini və regionlardakı gənclərlə tanış olduğunu söyləyən A.Əliyeva səfərin yüksək təəssürat yaratdığını vurğulayıb: “İlk növbədə, ölkəmizdə son illərdə aparılan yenidənqurma və abadlıq işlərinin Azərbaycanı bir sıra Avropa ölkələrindən çox irəliyə apardığının növbəti dəfə əyani şahidi oldum. Digər tərəfdən, Avropa dövlətlərinin Azərbaycana yüksək dəyər verdiyi, ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olduqları hər bir görüşdə vurğulanırdı. Ən əsası isə Azərbaycan həqiqətləri ilə bağlı rumıniyalı gənclərlə fikir mübadilələri apardıq. Mənim üçün ən qürurverici olan isə Buxarestdə ümummilli liderimiz Heydər Əliyevin büstünü ziyarət etməmiz oldu. Bu, bizdə bir daha əminlik yaratdı ki, dünənimiz, bu günümüz və gələcəyimiz əmin əllərdədir”.
YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov da Azərbaycan-Rumıniya münasibətlərinin yüksək inkişaf tempinə malik olduğunu bildirib. İki ölkənin gənclərinin əlaqələrin möhkəmləndirilməsinə öz töhfələrini verməyə çalışdıqlarını vurğulayan R.Məmmədov bu mənada son bir ayda YAP Gənclər Birliyinin nümayəndə heyətlərinin Rumıniyaya iki səfərinin reallaşmasının mühüm əhəmiyyət daşıdığını deyib: “Bu səfərlər gənclər arasındakı münasibətlərin inkişafı ilə yanaşı, YAP-ın beynəlxalq əlaqələrinin gücləndirilməsi baxımından da böyük önəm daşıyır. Avropada siyasi partiyaların birləşdiyi ən böyük qurum olan Avropa Xalq Partiyasında sayca üçüncü ən böyük fraksiyaya malik Rumıniya Demokrat Liberal Partiyası YAP ilə çox yüksək əlaqələrə malikdir. Qeyd edim ki, Rumıniyanın hakim partiyası YAP-ın AXP sıralarına qoşulmasına dəstək verir. Partiyamızın Gənclər Birliyi də qurumun gənclər təşkilatının sıralarına qoşulmaq niyyətindədir. Səfər çərçivəsində nümayəndə heyətimiz qurumun müxtəlif komissiyalarında təmsil olunan rumıniyalı deputatlarla görüşlər keçirdi. Bir daha qeyd etmək istərdim ki, iki ölkənin gəncləri arasındakı münasibətlərin inkişafı iki dövlət arasındakı əlaqələrin inkişafı ilə yanaşı, həm də Avropa təsisatlarına inteqrasiya nöqteyi-nəzərdən çox böyük önəm daşıyır”.
YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva da səfər çərçivəsində bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçirdiklərini bildirib. Görüşlərin çox yüksək əhval-ruhiyyədə, dostluq şəraitində keçirildiyini qeyd edən S.Quliyeva Rumıniyanın hakim partiyasının üzvlərinin azərbaycanlı gənclərlə həvəslə müzakirələr apardığını söyləyib: “Bizi çox gözəl, səmimi qarşılayırdılar, bütün görüşlərdə ölkəmizə qarşı yüksək fikirlər səsləndirirdilər. Parlament üzvləri, o cümlədən, görüşdüyümüz gənclər Azərbaycana qarşı əsl dost münasibəti sərgiləyirdilər. Hər bir görüşdə, müzakirələrdə yeni ideyalar, yeni fikirlər meydana çıxırdı ki, bu da əlaqələrin gələcəkdə daha yüksək səviyyədə inkişafına töhfə verə biləcək. Vurğulandı ki, gənclər təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi partiyalararası münasibətlərin inkişafına da zəmin yarada biləcək ən böyük amillərdəndir. Dövlətlərimiz arasındakı əlaqələrin, dostluq münasibətlərinin tarixinin qədimliyi vurğulandı. Qeyd edim ki, bu gün Rumıniyada Azərbaycana, Azərbaycan xalqına qarşı münasibət çox yüksək səviyyədədir. Bu ölkədəki diplomatik korpusumuz, o cümlədən, diasporamız olduqca aktivdirlər. Keçirilən görüşlərdə bu məsələ rumıniyalı nümayəndələr tərəfindən də vurğulanırdı. Biz də öz növbəmizdə rumıniyalı gəncləri Azərbaycana dəvət etdik. Onlar dəvətimizi qəbul etdilər və güman edirəm ki, ən yaxın vaxtda bu səfər reallaşacaq”.
YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü Bəxtiyar Nəbiyev səfərin olduqca yüksək təəssürat bəxş etdiyini vurğulayıb. Bu səfərin YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü kimi ilk xarici səfəri olduğunu söyləyən B.Nəbiyev görüşlərin bütün tərəflər üçün maraqlı müstəvidə keçdiyini diqqətə çatdırıb: “Səfər zamanı şəxsən mənim gəldiyim ən böyük qənaət Azərbaycan ilə Rumıniya arasındakı münasibətlərin yüksək səviyyədə inkişafı ilə bağlı oldu. Qətiyyətlə deyə bilərəm ki, bu münasibətlər artıq tərəfdaşlıq münasibətləri çərçivəsində inkişaf edir. Digər tərəfdən, gənclərin bir-biriləri ilə əlaqələr qurması, fərqli məsələlərlə bağlı fikir mübadilələri aparması gələcəkdə xalqlar arasında da dostluq münasibətlərinin daha da gücləndirilməsinə zəmin yaradacaq. Bu baxımdan, Azərbaycanla Rumıniya gəncləri arasında münasibətlərin dostluq müstəvisində inkişaf etməsi, əlaqələrin daha da genişləndirilməsi vacibdir”.
Səfər çərçivəsində Buxarest şəhərində olduqlarını söyləyən B.Nəbiyev nümayəndə heyətinin Rumıniya paytaxtında ümummilli liderimiz Heydər Əliyevin büstünün yerləşdiyi xiyabanı da ziyarət etmək imkanı qazandığını deyib: “Bu, bizim üçün olduqca qürurverici idi. Biz səfər çərçivəsində Rumıniyanın hakim Demokrat Liberal Partiyasının üzvü, parlamentin Yuxarı Palatasının deputatı Danuts Liga ilə də görüşdük, LDP-nin yerli təşkilatları arasında keçirilən futbol yarışına baxdıq, hakim partiyanın əyalət gənclər birliklərinin nümayəndələri ilə görüşlər keçirdik. Bu görüşlərdə olduqca yüksək səviyyəli fikir mübadilələri aparıldı. İstərdim ki, bundan sonrakı mərhələdə də partiyaların rayon təşkilatlarının gənclər birlikləri səviyyəsində dostluq əlaqələrinin qurulması istiqamətində layihələr həyata keçirilsin. Bu, gənclər arasında münasibətlərin olduqca yüksək səviyyədə inkişafına zəmin yarada bilər”.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 964 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30