/ / "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabının ingilis və ərəb dillərində variantlarının təqdimatı keçirilib
"Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabının ingilis və ərəb dillərində variantlarının təqdimatı keçirilib
23.06.2011 [09:45]
Dünən M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın mədəniyyət sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətini əks etdirən “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının ingilis və ərəb dillərinə tərcümə olunmuş variantlarının təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olan səkkiz fəsildən ibarət kitabda Mehriban xanım Əliyevanın 1995-2010-cu illərdə mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti geniş əks olunub.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı gördüyü böyük işlərdən söz açaraq deyib ki, bu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı, qeyri-maddi mədəni irsin, o cümlədən muğamın qorunması, təbliği, onun bəşəriyyətin inciləri siyahısına daxil edilməsi sahəsində böyük işlər gördüyü xüsusi vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan muğamının, aşıq sənətinin, Novruz bayramının, Azərbaycan xalçasının YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilməsi məhz Mehriban xanım Əliyevanın həyata keçirdiyi məqsədyönlü işlər sayəsində reallığa çevrilib.
Bildirilib ki, təqdimatı keçirilən kitab Azərbaycan dilində çap edildikdən sonra böyük oxucu marağına səbəb olub. Bundan sonra kitabın rus dilində versiyası işıq üzü görüb. Oxucuların çoxsaylı təklif və arzuları nəzərə alınaraq bu nəşr ərəb və ingilis dillərinə tərcümə edilərək çap olunub. Bu, xarici ölkələrdəki oxucuların Heydər Əliyev Fondunun gördüyü işlərlə bağlı daha geniş məlumat əldə etmələrinə imkan yaradacaq.
Tədbirdə Milli Məclisin deputatı Tahir Rzayev, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Xalq yazıçısı çingiz Abdullayev və başqaları çıxış edərək Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü genişmiqyaslı işlərdən danışıblar.
Bildirilib ki, hər iki kitabın “ön söz”ünün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, elmi rəhbəri Sevda Məmmədəliyeva, layihənin rəhbəri Lalə Kazımova, tərtibçilər isə Lətifə Məmmədova, Əli Eyvazov və Mayıl Əhmədovdur.
Kitablarda çoxlu sayda maraqlı, habelə ilk dəfə oxuculara təqdim olunan məlumatlar və fotoşəkillər verilib.
Hər iki nəşrin hazırlanmasında Prezident Kitabxanasının böyük əməyi olub.
Bu nəşrlərdə Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın materiallarından geniş istifadə edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58

