Sonuncu təxribatın izi ilə...
13.04.2023 [10:30]
İrəvan hansı güclərin əsirinə çevrilib?
Ermənistanın bu təxribatı hansı dövlətlərin çörəyinə “yağ” çəkir?
Xəbər verildiyi kimi, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Eyni zamanda, yaralanmış dörd hərbi qulluqçumuzdan ikisi əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkar həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunublar.
Rəsmi İrəvanın qeyri-adekvat davranışı...
Qeyd edək ki, Ermənistanın son dövrlərdəki davranışları baş vermiş bu təxribatın anonslarını səsləndirirdi. Rəsmi İrəvanın sülh prosesi ilə bağlı qeyri-adekvat fikirləri, eyni zamanda, yenidən Qarabağda hansısa təxribatçı hərəkətlərə yol verilməsi, Avropa İttifaqının monitorinq missiyası üzərindən manipulyasiya hazırlığı cəhdləri bunu təsdiqləyir. Digər tərəfdən, son dövrlərdə iki ölkə arasında normallaşma prosesinin yekun mərhələyə qədəm qoyması ilə bağlı fikirlər səsləndirilirdi. Bununla yanaşı, vasitəçilər də öz açıqlamalarında yaxın zamanda sülhün əldə olunmasına ümidvar olduqlarını bildirirdilər. Ən əsası isə, may ayının ikinci yarısında ABŞ-da nəzərdə tutulan görüş və Vaşinqtonun məsələyə münasibətdə sərgilədiyi mövqe sülhün yaranması ehtimalını daha da gücləndirirdi. Bu əsnada Ermənistan tərəfindən törədilən təxribat onu göstərir ki, hansısa güclər və ya dövlətlər sülhün formalaşmasında maraqlı deyillər.
Regional mənzərə nəyi göstərir?
Ümumiyyətlə, son zamanlar regionda yaranan mənzərə birmənalı qiymətləndirilə bilməz. Başqa sözlə, hər zaman for-post olmağa öyrəşmiş Ermənistan özünü yenidən beynəlxalq güclərin “maraq bazarında” piştaxtaya çıxarmışdı:
- Avropa İttifaqının qeyri-müəyyən monitorinq qrupunun İrəvanda kök salması;
- Rusiya xəttinə sadiq qrupların Ermənistanın qərbyönümlü siyasətinə açıq etirazı hətta küçə döyüşləri anonsu səsləndirilməsi:
- Regional təhdinin davam etməsində maraqlı görünən İranın timsalında sülhün əldə edilməsinə qarşı müqavimət göstərən ölkələrin Ermənistan üzərindən korporativ maraqlarını həyata keçirməsi bölgədə qeyri-sağlam bir mühit formalaşdırmışdı. Yəni, Ermənistanın bu təxribatı kimlərinsə çörəyi üçün “yağ” rolunu oynadı...
Fransanın Ermənistandakı kolonist siyasəti...
İlk olaraq Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı bəzi məqamlara toxunmaq ehtiyacı duyulur. O baxımdan ki, Cənubi Qafqazın qarşıdakı dövr üçün iqtisadi dəyərini yaxşı anlayan Aİ prosesin iştirakçısı olmaq niyyətini gizlətmir. ATƏT-in Minsk qrupunun öz aktuallığını itirməsi fonunda Fransa məhz bu yolla regiona nüfuz etməyə çalışır. Və monitorinq missiyası kimi təqdim edilən qrupun üzərindəki “pərdələr” qalxdıqca, məqsəd və məramlar ortaya çıxır - bu missiyanın mülki deyil, hərbi kontingentə bənzəməsi daha çox gözə çarpır. Təbii ki, burada da məqsəd bəllidir:
- Mərkəzçi Avropanın aparıcı siması kimi Fransa bölgədən keçəcək Orta Dəhliz layihəsinin yaxın iştirakçısı olmaq istəyir;
- Ermənistan üzərindən bu kimi təxribatlarla Fransa özünün varlığını sübuta yetirmək niyyətindədir;
- Ən əsası, rəsmi Parisin bu kimi təxribatları körükləməsi onların anti-ABŞ mövqeyini daha bariz şəkildə üzə çıxarır. Belə ki, Fransa prezidenti Makronun aprelin 5-də Çinə etdiyi səfər Aİ-nin regionda formalaşacaq yeni nizamda yer almaq uğrunda mübarizəsinin tərkib hissəsidir. Makron və onun “tərəfdaşları” ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində qazanacağı uğurdan qorxur. Bu, regionda qüvvələr balansını pozmaqla yanaşı, Fransanın arxa bağçası sayılan Ermənistanın da əldən çıxmasını şərtləndirə bilər. Başqa sözlə, Fransa Ermənistanın timsalında özünün yeni kolonist siyasətini formalaşdırır. Bu mənada, Paris bütün vasitələrlə regionda təhlükəsizliyin formalaşdırılmasına qarşı mübarizə aparır. Yeri gəlmişkən, sosial şəbəkələrin erməni seqmentinin xəbərinə görə, Aİ missiyası Ermənistan hakimiyyətinin israrlarına baxmayaraq təxribata “qarışmaq” niyyətində deyil. Onlar Ermənistan rəhbərliyinin tələblərinə imtina cavabı veriblər. Bu isə onu göstərir ki, Fransa və digər maraqlı qüvvələr Ermənistanın da ABŞ vasitəsilə sülhə yaxınlaşdığını görür və bunun qarşısını almaq üçün bütün gücünü işə salır...
İran sülhdən niyə qorxur?
Digər məqam isə, hazırki dönəmdə Ermənistanın ən yaxın “müttəfiqi” sayılan İranla bağlıdır. İran da regionda sülhün əldə olunmasında maraqlı deyil. Və bunu açıq şəkildə dilə gətirir, hətta Ermənistanın maraqlarını özünün “qırmızı xətti” elan edir. Tehranın birdən-birə bu qədər açıq ifadə üslubu seçməsinin altında yatan məqamlar fərqlidir:
- Sülh Azərbaycanı regionun şəriksiz liderinə çevirəcək ki, İran da nəticə etibarı ilə bu reallıqla barışmalı olacaq;
- Tehran güclü Azərbaycanı özü üçün ən böyük təhdid sayır;
- Yeni iqtisadi layihələrin reallaşmasını, ən əsası Zəngəzur dəhlizinin açılmasını nədənsə İran özünün iqtisadi maraqları üçün təhlükə hesab edir. Bu səbəbdən də, Tehran sülhün formalaşmasına qarşı müqavimət göstərir.
Ən önəmli fakt isə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın aprelin 9-da İranın paytaxtı Tehrana işgüzar səfəri sayıla bilər. Xatırladaq ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yaymışdı. Səfər zamanı Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşmüşdü. Tərəflər regiondakı vəziyyəti müzakirə etmişdi, iki ölkə arasında əlaqələr və onların inkişaf perspektivlərindən söz açılmışdıı.
Yəni, bu faktın özü də İranın bu təxribatdakı payının və ya iştirak səviyyəsinin göstəricisi sayıla bilər.
Rusiyayönümlü müxalifət İrəvanda küçə döyüşünə başlayır...
Başqa bir mühüm məqam isə təxribatların həmən ardından Ermənistan daxilində güclü etiraz dalğasının başlaması olub. Qeyd edək ki, bir müddət öncə Ermənistan parlamentində “Hayastan” fraksiyasından olan deputat, “Daşnaksütyun” partiyasının nümayəndəsi və Rusiyaya yaxınlığı ilə seçilən İşxan Saqatelyan Ermənistanda müxalifətin yaxın vaxtlarda küçə döyüşlərinə başlaya biləcəyini demişdi. O bildirmişdi ki, biz qüvvələri birləşdirməliyik, gündəmi dəyişməliyik.
Aprelin 11-dən yəni, təxribatın baş verdiyi gündən etibarən isə İrəvanda hökumətə qarşı mitinq başlayıb. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan sosial şəbəkə hesabından bildirib ki, “Birlikdə” hərəkatının təşkil etdiyi aksiyanın iki tələbi var: “artsax”ın tanınması və hazırkı hakimiyyətin istefası. Baqratyan “biz buna nail olacağıq” deyib. Qeyd edək ki, “Birlikdə” hərəkatı bir sıra siyasi partiyaların liderləri və müharibə veteranlarının iştirakı ilə artıq bir aksiya keçirib. Çıxış edənlər hökumətin istefaya göndərilməsini və Ermənistan sərhədlərinin təhlükəsizliyinin təmin edilməsini tələb edirlər. Ekspertlərin təhlilinə görə, Ermənistanda Paşinyana qarşı 5 cəbhə formalaşıb.
- Birinci cəbhəyə Köçəryan bloku başçılıq edir. Onlar daha radikal və barışmazdır.
- İkinci cəbhədə Vanetsyanın başçılıq etdiyi qisas qrupudur.
- Üçüncü cəbhədə “Sasna Tsrer” və millətçi ittifaqdır.
- Dördüncü müqavimət platforması Sarkisyan tərəfdarlarıdır.
- Ən nəhayət isə aktiv şəkildə Paşinyana nifrət edən lokal qruplardır. Paşinyanı devirmək üçün Rusiyanın Vardanyan kartından da yararlana biləcəyi ehtimalları səslənir.
Göründüyü kimi, irəli sürülən tələblər hər bir halda sülhə qarşı istiqamət alıb. Başqa sözlə, baş verən təxribatda Ermənistanla yanaşı kimlərin maraqlı ola biləcəyi ehtmalı onu göstərir ki, Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlar bəzi güclərin korporativ maraqlarına cavab vermir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52

