“Detallı təkliflər” nədən ibarətdir?
15.04.2023 [10:45]
Laçın yolu ilə bağlı Azərbaycanın prinsipial mövqeyi var
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 12-də keçirdiyi brifinqdə Laçın yolu ilə bağlı vəziyyətə münasibət bildirib. “Biz Laçın yolunun tam açılmasının tərəfdarıyıq”, - deyən Zaxarovanın sözlərinə görə, bunun üçün müvafiq səylər Müdafiə Nazirliyi, sülhməramlı kontingentin komandanlığı və XİN-lə əməkdaşlıq çərçivəsində atılır. O deyib ki, Laçın yolunun açılması ilə bağlı Azərbaycan və Ermənistan tərəfinin detallı təklifləri var. M.Zaxarova qeyd edib ki, bölgədə sülhməramlılar Qarabağ ermənilərinin ərzaq və zəruri mallarla təminatı məsələlərini həll edir. “Hər gün onlarla ton humanitar yük daşınır. Biz kompleks üçtərəfli razılaşmalar əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məqsədi ilə vəziyyətin tezliklə həllini gözləyirik”, - deyə, Rusiya XİN sözçüsü vurğulayıb.
Ermənistanın Azərbaycanda həyata keçirdiyi təxribatlara və qeyri-qanuni fəaliyyətlərə son qoymaq məqsədilə Laçın yolunun başlanğıcında sərhəd nəzarət-keçid məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifinə müsbət cavab vermək əvəzinə, Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı qərarını da təhrif etməkdən çəkinmir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın Laçın yolu ilə bağlı səsləndirdiyi iddiaları şərh edərkən bildirib ki, Azərbaycan hökumətinin Laçın yolunda baş verən etirazların təşkilatçısı olduğu iddiası məhkəmə tərəfindən rədd edilib, “yolun bağlandığı” və “ərazinin blokadada” saxlandığı barədə iddiaların heç bir əsası yoxdur: “Ermənistan tərəfini əsassız bəyanatlar vermək əvəzinə, ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara geri qayıtmağı, kommunikasiyaların açılması, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik”.
Maraqlıdır ki, Zaxarovanın dediyi “Laçın yolunun açılması ilə bağlı Azərbaycan və Ermənistan tərəfinin detallı təklifləri” nə ola bilər? Məsələ ilə əlaqədar qəzetimizə açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, Rusiya Laçın dəhlizi mövzusunda manipulyasiyalar edir: “Bizə bəllidir ki, separatçılığın kökünün kəsilməməyinin ən böyük səbəbkarı Rusiyadır. Rəsmi Moskva daim prosesin müsbət məcraya keçməsinə şərait yaratmır. Bu günə qədər Ermənistanın bütün sabotaj və şıltaqlıqları sakit izlənilir”. Onun sözlərinə görə, Azərbaycan ən qısa zamanda Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin olmağında israrlıdır. Hazırda yolda ekoaktivistlərin aksiyaları davam edir. Aksiyaçılar hansısa humanitar yüklərə əsla əngəl olmur.
“Xəlfəli-Turşsu yolunu nəzarətə götürməyimizdən sonra separatçılara gedən silah-sursatın kökü tam kəsilib. Bu da Ermənistan havadarlarını əməllicə narahat edən məqamdır. Zaxarova həm də etiraf edir ki, Ermənistanın Rusiyaya yalvarışları artıb. Hər halda öz səhvlərinə və təxribatlarına görə Laçın yolundakı aksiyalar start götürüb”, - deyə T.İsmayılov vurğulayıb.
Politoloq Ramiz Alıyev isə hesab edir ki, Laçın yolu ilə bağlı tərəflərin təklifləri reallığı əks etdirməlidir. Onun sözlərinə görə, erməni tərəfinin detallı təklifləri haqqında konkret nəsə demək çətindir. Çünki Zaxarova bu təklifləri açıqlamayıb, ermənilərin təklifləri yalnız onlara məlumdur. “Amma onu deyə bilərəm ki, Ermənistan Laçın yolundan tam sərbəst istifadə etməyə çalışır. Yəni ermənilər istəyirlər ki, bu yola heç bir nəzarət olmasın, onlar Qarabağ separatçılarını silah-sursatla təmin edə bilsinlər. Amma bizim üçün bu, qəbulolunmazdır. Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün heç bir zəruri tədbir görülmürdü. Ermənistan tərəfinin sözügedən hərbi təxribatları, həmçinin hakimiyyət nümayəndələrinin təcavüzkar ritorikası ilə müşayiət olunub. Ona görə də, Azərbaycan Ordusu bu halların qarşısını almaq üçün bəzi torpaq yolları da nəzarətə götürdü. Üçtərəfli bəyanatda da qeyd olunur ki, bu yoldan yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır”, - deyən politoloq bildirib ki, Ermənistanın məkrli niyyətlərinin gerçəkləşməsinə bundan sonra da imkan vermək olmaz.
Azərbaycanın mövqeyinə gəlincə, həmsöhbətimiz deyib ki, Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsi yaradılmalıdır. Çünki burada ölkəmizin suveren ərazisində baş verən proseslərdən söhbət gedir. Qarabağdakı erməni separatçılarının silahlandırılmasının qarşısını almaq üçün belə bir addımın atılması şərtdir. Bu, Azərbaycanı daha çox maraqlandıran və öz iradəsilə gerçəkləşdirəcəyi prosesdir. Son hadisələr də bu zərurəti bir daha təsdiqləyir.
NARDAR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

