Tehranın...
21.04.2023 [10:53]
Sanksiyalardan yayınmaq cəhdləri ifşa olunur
İrəvan illərdir ki, İranın qeyri-leqal ixrac-idxal prosesində aktiv iştirak edir İranın Ermənistan vasitəsilə dünyaya “çıxışı”...
Bu əlaqələri təsdiq edən faktlar da mövcuddur. Məsələn, 44 günlük Vətən müharibəsindən sonra Tehranın regionda Azərbaycan tərəfindən formalaşdırılmış yeni reallıqlarla “barışmaq” istəməməsi, Bakıya qarşı düşmənçilik mövqeyindən çıxış etməsi, hətta səfirliyimizə qarşı terror hadisəsi törətməsi ortaya bir sıra haqlı suallar çıxarırdı. Digər tərəfdən, hər zaman dini əlində “bayraq” edən İran Ermənistana münasibətdə bu amillə bağlı tamamilə sükuta qərq olur. İran rejiminin Azərbaycan - Ermənistan məsələsindəki davranışları heç də bir “İslam dövləti”nə yaraşan davranışlar deyildi. 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarındakı məscidləri dağıdan, təhqir edən, həmin məscidlərdə donuz bəsləyən ermənilərə qarşı nümayiş etdirdiyi “qardaşlıq nümunəsi” İranın əsl üzünü ortaya çıxarmışdı - yaxud, İran rejiminin din pərdəsi altında hansısa fərqli maraq yürütdüyü sübut edirdi. İran Ermənistanla hansı gizli işbirliyində ola bilərdi ki, bu maraq hətta “din marağını” da üstələsin. Təbii ki, yada düşən ilk səbəb İrana qarşı yaradılan embarqonun “yarılması” kimi bir xidmət idi. Erməni işğalının davam etdiyi 30 il ərzində İran Azərbaycanın işğal altındakı torpaqlarından keçən yolu özü üçün “qaçaq yolu” elan etmişdi - bu, həm də, İranın sanksiyalardan yayınması üçün Ermənistanın yaratdığı şərait idi.
İranın Ermənistan vasitəsilə dünyaya “çıxışı”...

Ermənistan İranın nəfəsliyidir...
Maraqlıdır ki, bu gün Ermənistanı Rusiyanı sanksiyalardan yayındırmaqda ittiham edən Qərb mətbuatı özü illərdir ki, İrəvan ilə Tehran arasındakı qaranlıq “dostluq” əlaqələrini təftiş edir. Bu məqamlarla bağlı dəfələrlə Qərb mətbuatında araşdırmalar aparılıb, dərc olunub. Məsələn, SEPAH-ın Avropada “terror təşkilatı” kimi tanınması, qəbul edilməsi İranın bir çox işlərini müşkülə salmışdı. Bu müşkül hələ də davam edir. Başqa sözlə, Ermənistan sanksiyalar içərisində boğulan İran üçün 1990-cı illərdən kiçik nəfəslik kimi işə yarayıb və hazırda da yaramaqdadır - Ermənistan bankalarında İranın həm çirkli pullarının yuyulması həyata keçirilir, həm də İrəvan üzərindən Tehranın qeyri-leqal mallarının ixrac və idxalı reallaşdırılır. İllər öncə baş verən və Qərb mətbuatının yazdığı “təyyarə qalmaqalı” da bu faktı sübut edir. İran Ermənistanda əsasən tikinti biznesi, qida sektoru və digər bu kimi fəaliyyətlə özünə kiçik “pul yuma şəbəkəsi”ni formalaşdırıb. Eyni zamanda, Ermənistan şirkətləri adına ölkəyə gələn bir çox malların əsl alıcısı İrandır.
Yuyulan çirkli pullar Tehranın işinə necə yarayır?
Eyni zamanda, xarici dövlətlərdə yaradılan ofşor şirkətlər vasitəsilə Ermənistan banklarında formalaşdırılan sistem İranın öz çirkin niyyətini həyata keçirməsi üçün imkan yaradıb. İran özünün xarici iqtisadi əlaqələrini məhz Ermənistan üzərindən qurur, həyata keçirir. Ermənistanda açılan “şirkətlər” İran hakimiyətinə sanksiyalardan xilas olmaq imkanı yaradır. İş Ermənistan vasitəsi ilə görülur - çirkli pullar Ermənistan vasitəsi ilə yuyulur. Bu sistemdə vaxtilə ən mühüm yer məhz narkoticarətə ayrılsa da, artıq bu məsələ reallaşa bilmir. Səbəb isə artıq İran yük maşınlarının sərhədd xətti rahat şəkildə “kəsə” bilməməsidir. Daha doğrusu, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi bu tranziti çətinə salıb. Amma bununla belə, çirkli pul yuma əməliyyatı digər sektorlar üzrə hələ də davam etməkdədir.
Tehranın nüvə strategiyasında İrəvan izi...
Bu malların sayı və çeşidi isə Tehranın tələbinə uyğun olaraq formalaşdırılır. Hətta bəzi məlumatlara görə, İran özünün nüvə strategiyasının mühüm bir hissəsini də Ermənistanın əli ilə formalaşdırır. Daha doğrusu, xarici ölkələrdən istifadə üçün zəruri olan texniki elementlər və kimyəvi məhsullar Ermənistan tərəfindən idxal edilir, daha sonra İrana “ötürülür”. 44 günlük müharibə İranın bu işini də müşkülə saldı. Tehranın Azərbaycana qarşı olan “incikliyi”nin bir səbəbi də budur. Çünki Azərbaycan özünün ərazi bütövlüyünü təmin edərək İran ilə sərhədlərini bərpa etməsi Tehranın işinə yaramayıb - artıq həmin məhsullar rahat şəkildə İrana yol ala bilmir...
İranın Ermənistana “raket hədiyyəsi”...
İran ilə Ermənistan arasındakı işbirliyinin mühüm predmetlərindən biri isə gizli silah alveridir. Xatırladaq ki, ötən ilin oktyabrında İran rejiminin gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərdiyi məlum olmuşdu. Özü də, bu silah - 500 ədəd “Dehjlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi Ermənistana satılmamışdı - İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri tərəfindən hədiyyə edilmişdi. Təbii ki, bu “hədiyyə”ni şərtləndirən mühüm səbəblər də olmalıdır. İran Ermənistanın “xidmətləri” qarşılığında bu raketləri, silahları, dronları “peşkəş” edir. Yəni, Tehran bu sursatı heç də əvəzsiz olaraq İrəvana təqdim etmir. Bu silahlar məhz İranı iqtisadi sanksiyalardan yayındırdığı üçün İrəvana göndərilir. Əks təqdirdə Tehran Ermənistana boş bir giliz də verməzdi...
MƏNSUR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35