Əsl dost olan ölkələr - Azərbaycan və Bolqarıstan
27.04.2023 [10:26]
Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasəti, regional və qlobal əməkdaşlığa verdiyi davamlı töhfələr ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. Səmərəli multiregional siyasətin məntiqi nəticəsidir ki, dünyada respublikamızla münasibətlərini dərinləşdirmək istəyən dövlətlərin sayı getdikcə artır. Belə ölkələrdən biri də Bolqarıstandır. Aprelin 25-də Prezident İlham Əliyevin Bolqarıstana növbəti işgüzar səfəri uğurla baş tutub. Səfər proqramı kifayət qədər zəngin olub.
Son altı ayda ikinci səfər
Dövlətimizin başçısının son altı ayda Bolqarıstana ikinci dəfə səfər etməsini müxtəlif baxış bucaqlarından dəyərləndirmək mümkündür. Bolqarıstan Avropa İttifaqına (Aİ) üzv dövlətdir. Prezident İlham Əliyevin bəhs olunan səfəri də ilk növbədə Azərbaycan - Aİ dialoqu kontekstində diqqət çəkir. Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə də əməkdaşlıq uğurla inkişaf edir. Bütövlükdə, gündəlik kifayət qədər genişdir və müxtəlif istiqamətləri əhatə edir. Siyasi təmaslar əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Tərəflər uzun illərdir ki, müxtəlif sahələrdə birlikdə işləyirlər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmizin ticarətinin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Respublikamız Aİ-nin Cənubi Qafqazda ticarət dövriyyəsində lider mövqeyə malikdir. Belə ki, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-si Azərbaycanın payına düşür. Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 2021-ci ildə 15 milyard dollaradək yüksəlib. Aİ-yə üzv dövlətlərdən olan 1700-dən çox şirkət ölkəmizdə uğurla fəaliyyət göstərir.
Ölkəmiz, həmçinin Aİ-yə üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox böyük fəallıq göstərir. Bolqarıstanla getdikcə genişlənən əməkdaşlıq buna misaldır. Prezident İlham Əliyev aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimindəki çıxışında Azərbaycanla Bolqarıstanı əsl dost ölkələr kimi səciyyələndirərək vurğulayıb: “Altı ay əvvəl mən Bolqarıstana rəsmi səfər etdim. Beləliklə, altı ay keçdikdən sonra yenə buradayam. Həmin vaxt, biz Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya mərasimində iştirak etdik. Bu layihə Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir. Bir ay əvvəl Prezident Radev Azərbaycanda bizim qonağımız oldu. Bu, həqiqətən ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir”.
İkitərəfli əməkdaşlıq yeni müstəvidə
İki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Ötən il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd olundu. Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.
İki ölkə arasında siyasi dialoqun möhkəmlənməsində qarşılıqlı yüksəksəviyyəli səfərlər mühüm rol oynayır. 1995-ci il 29-30 iyun tarixlərində Azərbaycanın dövlət başçısının Bolqarıstana ilk rəsmi səfəri baş tutub və bundan sonra belə yüksəksəviyyəli səfərlər intensiv hal alıb. Aprelin 25-də baş tutan səfər Prezident İlham Əliyevin Bolqarıstana sayca 5-ci səfəridir (Bundan əvvəl Azərbaycanın dövlət başçısı bu ölkəyə üç dəfə rəsmi (2005-ci, 2015-ci və 2022-ci illərdə), bir dəfə isə işgüzar (2009-cu) səfər edib). Prezident İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana səfəri zamanı iki ölkə arasında “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bu sənəd qarşılıqlı əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir. Son dərəcə vacib əhəmiyyət daşıyan bu sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq miqyasda iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib. Hazırda Azərbaycan Hökuməti və Bolqarıstan Hökuməti arasında iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya fəaliyyət göstərir. Bütövlükdə, indiyədək Azərbaycanla Bolqarıstan arasında müxtəlif istiqamətləri əhatə edən 70-dən çox sənəd imzalanıb.
Bolqarıstan Prezidenti Rumen Radev isə indiyədək ölkəmizə iki dəfə (1 rəsmi (2017-ci il 12-14 oktyabr) və 1 işgüzar (2023-cü il 10-11 mart) səfər edib. Ötən il Bolqarıstanın digər yüksəksəviyyəli rəsmiləri də respublikamıza intensiv səfərlər ediblər.
İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fond tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası həyata keçirilib. Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub.
Dərinləşən iqtisadi əlaqələr
Azərbaycanla Bolqarıstan arasındakı siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da getdikcə dərinləşir. 2022-ci ildə Bolqarıstan Azərbaycanın 28-ci xarici ticarət tərəfdaşı olub - iki ölkə arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları, ikitərəfli ticarətin saldosu 259 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə təşkil edib.
Enerji sahəsində əməkdaşlıq ölkələrimizin iqtisadi əlaqələrinin əsas istiqamətlərindən biridir. Bolqarıstan da Azərbaycan qazının yeni müştərilərindən biri qismində çıxış edir. Ötən il iyunun 19-da “Interconnector Greece - Bulgaria” (IGB) kəməri ilə Azərbaycan qazının Yunanıstandan Bolqarıstana sınaq nəqlinə başlandı. Xatırladaq ki, IGB 2022-ci il martın sonunda TAP-a qoşulub. Bolqarıstan əvvəllər Rusiyadan ildə təxminən 3 milyard kubmetr “mavi yanacaq” idxal edirdi. Məlum gərginliklərdən sonra bu ölkə alternativ mənbə kimi Azərbaycana üz tutub. Bolqa?ıstan Azərbaycan qazını daha böyük həcmdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə alacaq. Bolqarıstan hökumətinin rəsmilərinin bildirdiklərinə görə, Azərbaycandan “mavi yanacaq” idxalı aşağı qiymətlər və daha çox enerji müstəqilliyi deməkdir. Xatırladaq ki, Bolqarıstan Azərbaycanla ildə bir milyard kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb. Eyni zamanda, Bolqarıstan respublikamızdan əlavə qaz həcmləri almaq niyyətini də bildirib. Cənub Qaz Dəhlizinin qollarından biri kimi Bolqarıstana “mavi yanacaq” daşıyacaq IGB-nin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə isə onun ötürücülük gücünü 5 milyard kubmetrə çatdırmaq mümkündür. Eyni zamanda, Azərbaycanın beynəlxalq brendinə çevrilən SOCAR ölkəmizi Bolqarıstanda da təmsil edəcək. Dövlətimizin başçısının dost ölkəyə son səfəri çərçivəsində Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub. Həmçinin Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

