/ / Novruz Məmmədov: Ermənistan öz mövqeyini dəyişməsə, iqtisadi, siyasi və sosial cəhətdən zəif quruma çevriləcək
Novruz Məmmədov: Ermənistan öz mövqeyini dəyişməsə, iqtisadi, siyasi və sosial cəhətdən zəif quruma çevriləcək
13.07.2011 [11:37]
“Şübhəsiz ki, Serj Sarkisyanın çıxışında heç olmasa azacıq məntiq və reallığın hiss olunmasını gözləmək olmaz. İlk növbədə, Ermənistandakı bugünkü vəziyyət səbatsız hakimiyyəti müxtəlif piar metodları axtarmağa vadar edir və bu, müxalifətin güc topladığı və ölkənin dönmədən sabitsizliyə yuvarlandığı dövrdə baş verir. Bu kontekstdə bu qurultayın “patologiyası” Ermənistan cəmiyyətinin mənəvi ruhunun yüksəldilməsinə yönəldilən daxili siyasi təbliğatdır. İllərlə mövcud olmayan tarixi faktlara söykənən cəmiyyət reallıqla xəyallar arasındakı sərhədi dəyişdirib. Serj Sarkisyanın çıxışı tutarlı faktların axtarışına zəhmət tələb etməyən daxili tələbat məhsulundan başqa bir şey deyil”, - Novruz Məmmədov deyib.
Onun sözlərinə görə, Sarkisyan öz çıxışında bütün ermənilərin sevimli tarixi mövzusunu geniş işıqlandırıb və əsl ermənilərə xas olan tərzdə bütün tarixi faktları saxtalaşdırıb.
“Şübhəsiz ki, XXI əsrdə hətta məktəbli də onun dediklərini təkzib etməyə və ya ən azı şübhə altına almağa qadirdir. Hamıya məlumdur ki, ermənilərin tarixi kitablarının əsasında elmi faktlar deyil, saxtalaşdırılmış tarix durur. Belə ki, Aram Andronyan “soyqırım”la bağlı tarixi hadisələri təhrif edərək onları bütün dünyaya yaymağa başladı. Digər erməni - Suren Ayvazyan Ermənistanın heç bir tarixi əlaqəsi olmayan, guya 5 min il əvvəl mövcud olan coğrafi xəritəsini uydurdu. Bu gün isə daha bir erməni - Serj Sarkisyan təcrübəsiz gənc zabitlər qarşısında “tanınmış nəslə mənsub olan” qoçaq erməni əsgərinin obrazını cızır, orta əsrlərdə “parlayan” erməni hərbi zümrəsi haqqında danışır, lakin xatırlatmağı unudur ki, o zaman Ermənistan dünya xəritəsində olmayıb” - deyə, Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri bildirib.
“Nə üçün ermənilər tarixi mövzuları belə çox sevirlər? Bəlkə ona görə ki, məhz burada onların bütün mahiyyəti aşkar şəkildə meydana çıxır: satqınlar, yaltaqlar və konyunkturaçılar. Burada əvvəllər Gürcüstanın milli arxivində qorunub saxlanan bir sənədi misal gətirmək istərdim. Söhbət 1827-ci il 4 iyul tarixli sənəddən gedir. Orada deyilir ki, erməni-nestorianlar öz vətənlərini sataraq Rusiya ilə birgə İrana qarşı döyüşməyə hazırdırlar. Arxivlərdə belə sənədlərin sayı kifayət qədərdir. Ola bilsin ki, zabitlərin növbəti qurultayında Sarkisyan gənclərə bu barədə daha ətraflı danışacaq. Qoy, o, əsir düşərək Sultan bəy qarşısında diz çökən və göz yaşı içərisində yalnız əvf olunmasını istəyən “dahi sərkərdə” Andranik haqqında gənc zabitlərə danışsın. “Ermənistanın əfsanəvi qəhrəmanı, erməni dövlətinin bərpası uğrunda alovlu döyüşçü” kəndlilərin gülüşü altında yaxşı təlim görmüş sirk iti kimi yalnız öz canını xilas etmək üçün sürünərək Sultan bəyin çəkmələrinin arasından keçməyə razılaşıb”, - Novruz Məmmədov deyib.
Onun sözlərinə görə, Serj Sarkisyan erməni ordusunda elə erməni cəmiyyətinin özündə olduğu kimi, zadəganlıq aspektlərinin qətiyyən mövcud olmaması haqqında gözəl məlumatlandırılıb.
“çünki daha çox zadəgan doğulurlar, nəinki olurlar. Lakin mahiyyət etibarilə Ermənistanda bir institut kimi mövcud olmayan zadəganlıqla bugünkü ordu arasında paralellər apararaq, Serj Sarkisyan ilk növbədə cəmiyyətin diqqətini işsizlik və ya ölkədəki çıxılmaz siyasi, iqtisadi və mənəvi vəziyyət kimi fundamental problemlərdən yayındırır. Bu siyahıya narkomaniya və ludomaniyanı (qumar oyunları düşkünlüyü), “dedovşina”nın çiçəkləndiyi ordudakı atmosferi, rüşvətxorluğu, nizam-intizamın olmamasını, hakimiyyətin ictimai fikrə laqeyd münasibətini, eləcə də ölkə rəhbərliyinin bir cür danışıb başqa cür hərəkət etməsi faktını da əlavə etmək olar” - deyə, Novruz Məmmədov bildirib.
“Zabitlərlə ziyalılar arasındakı paralellərlə bağlı qeyd etmək lazımdır ki, yüksək mənəviyyatlı, yüksək əxlaqlı ziyalı sifarişlə olmur, onları uyğun mühitdə, nəsildən-nəslə tərbiyə edirlər. Ziyalılıq dünyada azlıq təşkil edən təbəqədir, eyni zamanda, orduda müxtəlif sosial siniflərin nümayəndələri üstünlük təşkil edilər. Lakin Serj Sarkisyan öz çıxışında bu nüansı dəqiqləşdirmək üçün zəhmət çəkmədi. Əlbəttə ki, qanunla deyil, anlayışla yaşayanların hakimiyyətdə olduğu, milli etikanın əsla mövcud olmadığı və faktiki həqiqətə məhəl qoyulmadığı ölkənin prezidentindən belə incəlikləri gözləmək çox sadəlövhlük olardı”, - Azərbaycan Prezidenti Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri deyib.
“Bununla yanaşı, Ermənistan Azərbaycandan fərqli olaraq hələ də dövlət görüntüsünü saxlayan dilənçi payı sayəsində digər dövlətlərin ön istehkamı olub və olaraq qalır. Burada belə bir atalar sözünü xatırlamaq yerinə düşərdi: “İt araba kölgəsində yatıb, elə bilib öz kölgəsidir”. Bu yaxınlarda aparılan araşdırmalar sübut edir ki, Ermənistanda doğulan ermənilər işğal olunmuş Dağlıq Qarabağ ərazilərində xidmət etmək istəmirlər. Eyni zamanda, həyat standartları o qədər aşağı düşüb ki, artmaqda olan mühacirət müşahidə olunur. Bu da yaxın onillikdə demoqrafik böhrana gətirib çıxara bilər”, - Novruz Məmmədov bildirib.
“Bəs nəyə görə Ermənistan hakimiyyəti bu qurultayı məhz indi keçirməyi qərara alıb? Bu sualın cavabı sadə olduğu qədər də aydındır. Məsələ bundadır ki, Ermənistan diplomatik mübarizədə Azərbaycana ciddi şəkildə uduzur. Son vaxtlar Azərbaycan özünün siyasi-hüquqi, sosial-iqtisadi dayaqlarını əhəmiyyətli dərəcədə möhkəmlədib, regionda iqtisadi potensialına, demokratik inkişafına görə şərtsiz lider olub, beynəlxalq arenada öz mövqelərini möhkəmlədib. Bu zaman ilk növbədə qonşu ölkələrə ərazi iddiaları ilə bağlı öz siyasətinin qurbanı olan Ermənistan “blokada”ya düşüb. Maraqlıdır ki, daxildəki qorxu erməni cəmiyyətindəki ziddiyyətləri dərinləşdirir, onlar üçün Bakıdakı parad Azərbaycan Respublikasının üstünlüyünün inkaredilməz sübutudur. Bu gün vaxt Azərbaycanın xeyrinədir, Ermənistanı isə çıxılmaz vəziyyətə sürükləyir. Geoiqtisadiyyatın geosiyasət üzərində üstünlük təşkil etdiyi dünyada regionun iqtisadi gücünün 70 faizi Azərbaycanın payına düşdüyü halda üstünlüklər qarşısında qorxunu bayağı nitqlərlə gizlətmək mümkün deyil”, - Novruz Məmmədov bəyan edib.
Onun sözlərinə görə, artıq indi aydındır ki, əgər Ermənistan öz siyasətini dəyişməsə, gün gələcək, o, iqtisadi, siyasi və sosial cəhətdən zəif quruma çevriləcək, öz güclü qonşularından mərhəmət diləməli olacaq.
“Serj Sarkisyan öz çıxışını gənclər qarşısında qoyulan nəsihətlər, tapşırıqlar formasında qurub. Əsgərlər fiziki olaraq prezidentlərinin onlara sırıdıqları ideala nail ola bilərlər, bəs onlar cəsurluq və şərəf nümunəsi ola biləcəklərmi? Hesab edirəm ki, cavab heç kimdə şübhə doğurmayacaq - heç vaxt!” - Novruz Məmmədov bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

