Fransa Polineziyası müstəqillik arzusundadır
05.05.2023 [10:30]
Paris 15 min kilometr uzaqlıqda olan koloniyasını Çinə “uduzmaq” istəmir
Yaşadığımız XXI əsrin ən mühüm prioritetləri demokratiya, sülh və əməkdaşlıq, humanizm prinsipləri sayılır. Təəssüfləndirici haldır ki, bəzi dövlətlər üzdə “demokratiya” pərdəsinə bürünməyə çalışsa da, özlərinin sərsəm iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam edirlər. Bu dövlətlər arxada qalan XIX və hətta XX əsrin ilk yarısında olduğu kimi müstəmləkə qurmaq, insanları bir digər ölkəyə tabeçiliyə zorlamaq kimi niyyətlərini açıq şəkildə ortaya qoyurlar.
Məsələn, neokolonist arzularından əl çəkməyən Fransa kimi... Tarixdən dərs götürmək istəməyən Fransa müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq edən ölkədir. Ümumiyyətlə, fransız müstəmləkə imperiyası XIX-XX əsrlərdə daha çox təşəkkül tapmışdı və fransız müstəmləkə imperiyasının ərazisi 1900-1939-cu illərdə 13 milyon 500 min kvadrat kilometrə çatmışdı. Bu ölçü həm də dünyanın ümumi ərazisinin 10 faizinə uyğun gəlirdi. 1958-ci ildə Afrika müstəmləkələrinə müstəqillik verərək geri çəkilən Fransa özündən asılı gördüyü bəzi ölkələrə hələ də mədəni, iqtisadi və siyasi baxımdan nəzarət edir. Hətta bu nəzarəti tədricən artırmağa çalışan Fransa özündən on minlərlə, uzaqda olan torpaqları - məsələn Fransa Polineziyasını “əldən vermək” istəmir.
15 min kilometr uzaqda olan “koloniya”...
Fransa Polineziyasına Markiz, Cəmiyyət, Qambye, Tubuai və Tuamotu arxipelaqları daxildir. Ümumiyyətlə, təxminən 130 ada bu “dövlətdə” birləşir. Adaların ən böyüyü Taiti adasıdır ki, mərkəzi şəhər Papite də məhz bu adadadır. Fransa Polineziyasının ümumilikdə sahəsi 4167 km - dir. Torpaq sahəsi isə 3660 km - dir. Sahil xətti 2,525 km təşkil edir.
2020-ci il siyahıyaalınmasına görə, Fransa Polineziyasının əhalisi 295 min nəfər təşkil edir. İllik əhali artımı isə 0,79 faizdir. Eyni zamanda, immiqrasiya - 1000 nəfərə 2,7 nəfər təşkil edir. “Adalar ölkəsi”ndə savadlılıq səviyyəsi 98 faiz təşkil edir. Etnik tərkibinə gəldikdə isə, əhalinin 78 faizini polineziyalılar, 12 faizini çinlilər, 6 faizini Fransız-Polineziya qarışıq insanlar, 4 faizini isə təmiz fransızlar təşkil edir. Əhalinin 70 faizi fransız, 28,2 faizi isə Taiti dilində danışır.
Dini etiqad məsələsində də “adalar qrupu” çoxkonfessialı sayıla bilər. Belə ki, insanların 54 faizi protestant, 30 faizi katolik inanclıdır. 10 faiz əhali digər dinlərə sitayiş etsələr də, 6 faiz əhali ateistdir. Protestantları isə əsasən Protestant Yevangelist Kilsəsi, Tanrı Assambleyaları, Adventistlər, Yehovanın Şahidləri və Anqlikanlar təmsil edir. Əhali də qeyri-bərabər paylanıb. Paytaxt Papite şəhərində 26017 nəfər və ya Fransız Polineziyası əhalisinin 7,5 faizi məskunlaşıb.
Parisdən 15 min kilometr uzaqda, Sakit Okeanın cənub hissəsində yerləşən Polineziyanın gələcəyinin isə artıq təhlükəli olacağı ehtimal edilir. Belə ki, Polineziyada 10 ildən sonra yenidən separatçılar hakimiyyətə qayıdırlar. Müstəqillik tərəfdarı olan Tavini partiyası ərazi seçkilərində 44,3 faiz səs toplayaraq qalib gəlib. Bununla da Fransa və Polineziyanın paytaxtı Papite (Papeete) arasında münasibətlərdə “yeni səhifə” açılır.
Seçkilərdən sonra dərhal - Fransa ilə əlaqələrin kəsilməsi zərurəti...
Bir sözlə, Polineziyanın öz müqəddəratını təyinetmə məsələsi yenidən gündəmə gəlib. Seçkilərin nəticələri açıqlanan kimi Tavini müstəqillik siyahısının lideri Oskar Temaru Fransa ilə əlaqələri kəsmək istəyini bir daha dilə gətirərək təsdiqləyib. Bildirilir ki, Tavini partiyasının tərəfdarları arasında da iki cərəyan mövcuddur. Parisdən azad olmağa tələsən “ənənəçilər” və 1966-1996-cı illərdə Polineziyada keçirilmiş 198 nüvə sınağını bağışlamayan “köhnə qvardiyaçılar” bir az daha çox vaxta ehtiyac olduğunu söyləyirlər. İkinci cərəyanın aparıcısı, Fransız Polineziyasının prezidentliyini təhvil alacaq Moetai Brodersan isə yerli TNTV telekanalına müsahibəsində deyib ki, tezliklə müstəqil olmaq fikrində deyillər, dövlətlə işləməkdə problemi yoxdur və bu, yaxın gələcəkdə də dəyişməyəcək. Separatçıların mötədil qanadının lideri onu da bildirib ki, öz müqəddəratını təyin etmək üçün referendumun təşkili 10-15 il çəkəcək. Məhz buna görə də o, səlahiyyət müddəti ərzində buna nail ola bilməyəcək.
Yeni Kaledoniyanın ardından Polineziya...
Moetai Brodersanın Parislə münasibətləri sakitləşdirmək niyyətində olduğu və Fransa ilə mütərəqqi müstəmləkəsizləşdirmə prosesini müzakirə etmək üçün BMT-yə güvənməyə üstünlük verdiyi qeyd olunur. 1946-1947-ci illərdə ilk qeydiyyatdan sonra Fransız Polineziyası 2013-cü ildə BMT-nin müstəmləkəsizləşdiriləcək qeyri-muxtar ərazilər siyahısına reinteqrasiya edilib və bu siyahıda 1986-cı ildən qonşu Yeni Kaledoniya da yer alıb.
Xatırladaq ki, Yeni Kaledoniya da Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumu sayılır. Fransa 1853-cü ildə Yeni Kaledoniya adalarına sahib olduğunu iddia edir və 1864-cü ildən 1896-cı ilə qədər Fransa hökuməti ən ağır cinayətlərə görə məhkum edilmiş cinayətkarları bu koloniyaya göndərib. XIX əsrin sonundan etibarən isə mineral ehtiyatların - nikel, kobalt, xrom, dəmir, manqan, qızıl, qurğuşun və s. hasilatına başlanılır. 1946-cı ildə Yeni Kaledoniya Fransanın xaricdəki ərazisi “statusu” qazanır. 1980-ci və 1990-cı illərin əvvəllərində adaya müstəqilliyin verilməsi şüarı altında aborigen əhali (melaneziyalılar) tərəfindən təşkil edilmiş üsyanlar başlayır. 1987-ci ilin sentyabrın 13-də Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı ilk referendum keçirilir. İlk referendum Fransanın təqibləri və hədələri ilə baş tutmur - seçicilərin cəmi 59 faizi səsvermədə iştirak edir. Seçkiyə gələnlər isə güclü təzyiq altında ayrılmaya tərəfdar olmadığını bildirir - cəmisi 1,7 faiz müstəqilliyə səs verir. 1998-ci ildə imzalanan Noumea Sazişinə görə isə 20 ildən sonra ərazinin sakinləri iki il fərqlə müstəqillik məsələsi ilə bağlı üç referendum keçirmək hüququ əldə edir. Sazişdə nəzərdə tutulan referendumlardan birincisi 2018-ci il noyabrın 4-də keçirilib. Bu səsvermə “dövlət səlahiyyətlərinin Yeni Kaledoniyaya verilməsi, tam məsuliyyət daşıyan beynəlxalq status və vətəndaşlığın təşkili” ilə bağlı idi. İkinci müstəqillik referendumu isə 4 oktyabr 2020-ci ildə keçirilib. Üçüncü referenduma gəldikdə isə... Ölkə pandemiya dövründə də Fransanın kolonial siyasəti ilə üzləşib - 2021-ci ilin dekabrında yerli hökumət şəhərlərdə və kəndlərdə pandemiya ilə mübarizə apardığı bir zamanda, Fransanın təzyiqi ilə ölkədə referendum keçirilib. Halbuki bu, pandemiya dövründə doğru deyildi. Beləliklə, Fransanın naqis siması növbəti dəfə üzə çıxır - bütün dünya qlobal pandemiya dövründə insanların sağlamlığını düşünürkən, onlar siyasi oyunbazlıqla məşğul olub.
Vurğulanmalıdır ki, BMT qətnaməsi “Fransız Polineziyası əhalisinin də öz müqəddəratını təyin etmək və müstəqillik hüququnu” təsdiqləyib. Fransa hökumətindən bu ərazidə “öz müqəddəratını təyinetmə prosesinin ədalətli və səmərəli qurulmasını asanlaşdırmaq və sürətləndirmək”, eləcə də Polineziya əhalisinin müstəqilliyə qərar verə biləcəyi referenduma və ya öz müqəddəratını təyinetmənin ara statusuna yol açmaq tələb olunub.
Fransanın reaksiyası: Hökumət bu demokratik seçimi nəzərə alır...
Məsələyə Fransa hökuməti də reaksiya verib. Daxili işlər naziri Jerald Darmanın tviter hesabı vasitəsilə “Polineziyalılar dəyişikliyə səs verdilər. Hökumət bu demokratik seçimi nəzərə alır” deyib. Politoloq Benjamin Morel isə Yeni Kaledoniya ilə bağlı kifayət qədər ciddi məsələdən sonra Polineziyada separatçıların hakimiyyətə qayıdışının Paris üçün yaxşı xəbər olmadığını qeyd edib. Hökumətin istər-istəməz qarşıdurmaya girdiyini deyib.
2021-ci ilin yayında Polineziyaya dörd günlük səfəri zamanı prezident Emmanuel Makron bu dəniz-aşırı ərazini tərk etmək istəyən icmalara xəbərdarlıq edərək, Pekinə eyhamla hegemon güclərin iqtisadi resurslar axtarışı ilə bu əraziyə gələcəyi ilə bağlı xəbərdarlıq edib. Bu ilin fevral ayında Jerald Darman?n Parisdə təşkil edilən dəniz-aşırı ərazilərlə bağlı konfrans zamanı oxşar fikri səsləndirərək deyib: “Fransa getsə, kim gələcək? Özünü idarə edə bilməsən, kim gələcək? Çin!”.
Polineziyalılar müstəqillik arzusundadır...
Fransa dövlətinin müstəqillik baxımından vəziyyətə tam nəzarət etdiyi də bildirilir. Qeyd edək ki, 2022-ci ilin martında Fransız Polineziyasında Statistika İnstitutunun apardığı araşdırmaya görə, polineziyalıların 26 faizi yoxsulluq həddinin altında yaşayır. Yaşayış bahalığına qarşı mübarizə kampaniyası aparan separatçılar həm də yerli məşğulluğu qorumaq, kənd təsərrüfatı və sənətkarlığa kömək etmək istədiklərini bildirirlər. Onlar, həmçinin ilk növbədə arxipelaqın əsas iqtisadi mühərriki olan turizmi təşviq etmək niyyətlərini dilə gətirirlər. Çünki ərazi İqtisadi olaraq da əsasən Fransaya bağlıdır. Milli iqtisadiyyat Fransa parlamenti və qismən yerli icra orqanları tərəfindən həyata keçirilir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

