Moskva görüşü nə ilə yadda qaldı?
20.05.2023 [10:10]
Nardar BAYRAMLI
Mayın 19-da Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu baş tutdu. Bu məqsədlə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli və ikitərəfli görüşləri keçirilib.
Rusiya-Azərbaycan əlaqələri hansı səviyyədədir?
Əvvəlcə Rusiyanın XİN başçısı Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Nazirlərin görüşündə ikitərəfli münasibətlər, beynəlxalq və regional gündəmdə duran məsələlər müzakirə olunub. S.Lavrov deyib ki, görüş ölkələrin ikitərəfli münasibətlərini müzakirə etmək imkanıdır: “Növbəti görüşümüzün keçirilməsinə şadıq. Nəhayət ki, erməni həmkarımızla ötən ilin sonuna planlaşdırılan üçtərəfli görüşü keçiririk. Moskvada ikitərəfli münasibətlərimizin vəziyyətinə, xüsusən də liderlərimiz arasında yaranan təmasların gözləntisinə baxmaq üçün burada olmanız yaxşı fürsətdir”.
Rusiyanın XİN rəhbəri iki ölkə arasındakı layihələrin əhəmiyyətindən də danışıb. Lavrov iki ölkə arasında həyata keçirilən layihələr barədə danışıb: “Maraqlı layihələrin sırasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi bizim liderlərimiz və bu layihədə maraqlı olan digər ölkələrin iştirakı ilə müzakirə olunub. Belə layihələrin sayı az deyil. Buna görə də hesab edirəm ki, yaxın zamanda keçiriləcək görüşdə bu və digər layihələr üzərində işlərin həyata keçirilməsi haqda razılıqlar əldə olunacaq”. Lavrov Rusiyada bu yaxınlarda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən silsilə tədbirlərin keçirildiyinə də diqqət çəkib. “Bu həftənin əvvəlindən etibarən Moskvada Sovet İttifaqının və Azərbaycanın dahi siyasi xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən silsilə tədbirlər həyata keçirilməyə başlanıb. Bu münasibətlə də sizin ölkəmizdəki səfirliyinizin bu tədbirlərin həyata keçirilməsində sıx əməkdaşlığına görə təşəkkür edirəm”. Ölkələrimiz arasında ticarət əlaqələrinin yüksəldiyi, investisiya qoyuluşunun artdığını vurğulayan XİN başçısı hər iki ölkənin şirkətlərinin əlavə planları olduğunu deyib.
“Hazırkı görüşün təşkilini və Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində nəzərə çarpan müsbət dinamikanı çox yüksək qiymətləndiririk. Mən may ayındakı yetərincə sıx əlaqələri nəzərdə tuturam. Düşünürəm ki, bu gün Ermənistanla Azərbaycan arasında münasibətlərin postmünaqişə dövründə müxtəlif istiqamətlərdə tənzimlənməsi ilə əlaqədar bir sıra məsələlər barədə də ikitərəfli danışıqlar aparmaq, həmçinin ikitərəfli əlaqələri və Azərbaycanla Rusiya arasında ikitərəfli gündəliyi müzakirə etmək mümkün olacaq”. Bu fikirləri isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. C.Bayramov qeyd edib ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə təxminən 80 nəfərdən ibarət böyük nümayəndə heyəti Kazan şəhərində keçirilən “Rusiya - İslam dünyası: KazanForum” XIV Beynəlxalq İqtisadi forumda iştirak edirlər. Azərbaycanın XİN rəhbəri Rusiya tərəfinə ölkədə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Mirzoyan yenə də “şikayətləndi”
Sonra S.Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. O deyib ki, Ermənistan ilə Azərbaycan arasında əlaqələrin normallaşdırılmasında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli razılaşmalar əhəmiyyətli rol oynayır. Rusiyanın XİN başçısı üçtərəfli bəyanatların sülh müqaviləsinin imzalanmasında, regionda bütün kommunikasiyaların açılmasında və sərhədlərin delimitasiya və demarkasiyasında mühüm rol oynadığını bildirib. Rusiya xarici siyasət idarəsinin rəhbəri ölkəsinin Cənubi Qafqazda ciddi maraqlarının olduğunu da vurğulayıb. A.Mirzoyan isə Azərbaycanın Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi yaratmasından “şikayətlənib”.
Ceyhun Bayramov: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıyıq
Daha sonra üçtərəfli görüş keçirilib. Görüşdə S.Lavrov bildirib ki, Rusiya Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı qərarların həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik: “Ümid edirik ki, bu regionda olmaqda maraqlı olan bütün digər ölkələr onlara hörmətlə yanaşacaqlar”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə deyib ki, ölkəmiz postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır. Nazir qeyd edib ki, postmünaqişə dövründə münasibətlərin normallaşması prosesi müxtəlif mərhələlərdən ibarətdir. Belə ki, ötən ilin sonundan etibarən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində müəyyən durğunluq müşahidə olunub. XİN rəhbəri həmçinin Azərbaycan və Ermənistan liderlərinin son görüşü zamanı bu məsələdə irəliləyiş əldə olunduğunu vurğulayıb: “Bugünkü danışıqlar Ermənistan nümayəndə heyəti ilə bütün mövcud məsələlərin, o cümlədən mümkün sülh müqaviləsi ilə bağlı məsələlərin müzakirəsini davam etdirməyə imkan verəcək”.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da sülh müqaviləsi layihəsində bir neçə bənd üzrə irəliləyişin əldə edildiyini deyib. O əlavə edib ki, bununla yanaşı regionda kommunikasiyaların açılması, sərhədlərin 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə əsaslanan delimitasiya prosesində də irəliləyişlər əldə olunub.
Tərəflər yekun razılaşmaya yaxındırlar?
Üçtərəfli görüşdən sonra S.Lavrovun bu görüşün yekunlarına dair açıqlamasında bildirilib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və bu gün müzakirə edilən bir sıra maddələrə dair hər iki tərəfin düşüncələrini ortaq baxışa yaxınlaşdırmaq mümkün olub. Onun sözlərinə görə, danışıqların ayrıca mövzusu sülh müqaviləsidir: “Tərəflər bunun üzərində işləməyə başlayıblar və hazırda o, digər vasitəçilərin də iştirakı ilə fəal şəkildə müzakirə olunur. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, hər iki ölkənin liderləri ötən həftə Brüsseldə olublar. Sülh müqaviləsi üzərində iş, əlbəttə ki, fundamental məsələdir. Amma bizim tərəfdaşlarımız bu gün təsdiqləyiblər ki, delimitasiya məsələləri həll edilmədən, nəqliyyat və kommunikasiya əlaqələri açılmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir”.
S.Lavrov qeyd edib ki, gələn həftə baş nazir müavinlərinin rəhbərliyi altında üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair görüşü keçirilməlidir: “Ümid edirik ki, yekunda müsbət nəticə əldə olunacaq. Tərəflər artıq yekun razılaşmaya yaxındırlar”.
Qeyd edək ki, üçtərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü baş tutub. Görüşdə sülh sazişinin layihəsi və münasibətlərin normallaşdırılmasının digər aspektləri üzrə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12

