Azərbaycanla Rumıniya dost ölkələrdir
28.07.2011 [10:25]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Rumıniyanın hakim Liberal-Demokrat Partiyasının (PDL) Gənclər Təşkilatının nümayəndə heyəti dünən YAP Nəsimi rayon təşkilatında olublar. Qonaqları salamlayan YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı Azərbaycanla Rumıniya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
Hər iki ölkənin dost, strateji tərəfdaş olduğunu deyən M.İbrahimqızı Rumıniyanın Azərbaycanın müstəqilliyini ikinci tanıyan dövlət olduğunu xatırladıb: “Bu fakt Rumıniyanın Azərbaycana olan münasibətinin göstəricisidir. Rumıniya Avropa İttifaqının, NATO-nun üzvü kimi Avropada xüsusi çəkisi olan dövlətdir. Biz beynəlxalq təşkilatlar səviyyəsində fəal əməkdaşlıq edirik. Sevindirici haldır ki, Rumıniya ölkəmizi beynəlxalq müstəvidə hər zaman dəstəkləyir. Mən dəfələrlə Rumıniyada səfərdə olmuşam və bu ölkənin Azərbaycana olan isti, xoş münasibətinin şahidiyəm”.
Onun sözlərinə görə, Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfərləri, dövlətlər arasında imzalanmış vacib sənədlər münasibətlərin əhəmiyyətindən xəbər verir.
Hər iki ölkənin hakim partiyaları arasında da sıx münasibətlərin olduğunu vurğulayan M.İbrahimqızı partiyaların gəncləri arasında yaranmış əlaqələrin də təqdirəlayiq olduğunu deyib. Onun fikrincə, gənclərin qarşılıqlı əlaqələri partiyaların gələcək əməkdaşlığının uğurlu perspektivindən xəbər verir.
M.İbrahimqızı, həmçinin, qonaqlara Azərbaycan dövlətinin gənclər siyasəti haqqında da məlumat verib. O, bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində son illər ölkəmizdə bu istiqamətdə böyük nəticələr əldə edilməkdədir. Millət vəkili Azərbaycanda gənclər siyasəti ilə əlaqədar qəbul olunmuş Dövlət proqramları, gəncliyin inkişafı istiqamətində atılan addımlar, xüsusi istedada malik olan gənclərə olan qayğının ciddi nəticələr verdiyini vurğulayıb.
Rumıniyanın Liberal-Demokrat Partiyasının Gənclər Təşkilatının nümayəndə heyətinin rəhbəri Andrey Florea yüksək qonaqpərvərliyə görə təşəkkür edib. Azərbaycanla Rumıniyanın dost ölkələr olduğunu deyən qonaq hər iki ölkənin gəncləri arasında da dostluq əlaqələrinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın və Rumıniyanın hakim partiyalarının gəncləri arasında yaranmış münasibətlər məhz dostluq əlaqələrimizin inkişaf etdirilməsinə və gücləndirilməsinə xidmət edir: “İnanırıq ki, YAP və PDL gəncləri arasında əməkdaşlıq bundan sonra da uğurla davam edəcək. Biz gələcəkdə də birgə layihələri həyata keçirməyi nəzərdə tuturuq. ümumiyyətlə, rumın gəncləri olaraq Azərbaycanın gənclər təşkilatlarının Avropaya inteqrasiya etməsinə dəstək verməyə hazırıq”.
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Sərraf Hüseynov isə təşkilatda 5 min nəfərə qədər gəncin birləşdiyini bildirib. Onun sözlərinə görə, bu gənclər YAP-ın bütün tədbirlərində, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. “Sizin ölkəmizə səfəriniz dövründə belə bir xəbər eşitdik ki, Rumıniyada keçirilən beynəlxalq güləş yarışında azərbaycanlı idmançı ermənini məğlub edib. Yəqin ki, bu qələbənin əldə olunmasında Rumıniyanın insanlarının Azərbaycana olan isti münasibətinin də rolu var”, - deyən S.Hüseynov Azərbaycanın idman sahəsində də əhəmiyyətli nəticələr əldə etdiyini qonaqların diqqətinə çatdırıb.
Görüşün sonunda M.İbrahimqızı rumın gənclərə Ermənistanın Azərbaycana qarşı təcavüzünü əks etdirən ingilis dilində nəşr olunmuş kitab hədiyyə edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

