Ərdoğan qələbəyə doğru addımlayır
25.05.2023 [10:35]
Yerlərdə keçirilən görüşlər, mitinqlər bunu deməyə əsas verir
Türkiyədə seçki marafonu sona yaxınlaşdıqca regionlarda seçicilərlə görüşlər, mitinqlər daha intensiv hal alıb. Son günlərdə bəzi regionlarda görüşlər keçirən Prezident Rəcəb Tayyib Ərdoğan və AK Partiyanın rəhbər funksionerləri seçiciləri gələcək hədəfləri ilə yaxından tanış ediblər. AK Partiya iqtidarı dövründə Türkiyənin əldə etdiyi uğurlar, keçdiyi şərəfli yol, qazandığı nailiyyətlər, regional əməkdaşlığa verdiyi töhfələr haqda söz açılıb. Yerlərdə keçirilən görüşlərdə kütləviliyin yaşanması, seçicilərin hazırki dövlət başçısının gələcək planlarına böyük maraq göstərməsi isə Prezident Ərdoğanın qələbəyə doğru addımladığını təsdiqləyir.
“Qardaşlarımızla nəqliyyat şəbəkəsini də gücləndirəcəyik”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda xalq qarşısında çıxış edərkən bildirib ki, biz Qarabağı 30 illik işğaldan sonra azad etdiyimiz və iqtisadiyyatdan müdafiə sənayesinə qədər hər sahədə əməkdaşlığımızı gücləndirdiyimiz kimi, azərbaycanlı qardaşlarımızla nəqliyyat şəbəkəsini də gücləndirəcəyik. “Bunu “Qarabağı yox sayan CHP rəhbərinə rəğmən bunu edəcəyik”, - deyə dövlət başçısı əlavə edib.
Türkiyənin mənəvi dəstəyi ilə ərazi bütövlüyünü təmin etmiş və 44 günlük Vətən müharibəsində qələbə qazanmış Azərbaycanın yeni dövr üçün regional əməkdaşlığa verdiyi töhfələrdən biri də Zəngəzur dəhlizi ilə bağlı layihədir. Bu layihə Şərq-Qərb, başqa sözlə, Orta Dəhliz marşrutu üzrə ən mühüm logistik halqalardan biri kimi çıxış edir. Eyni zamanda, bu dəhliz Türkiyə ilə Azərbaycan və bizim vasitəmizlə digər Türk dövlətləri arasında əlaqələrin daha da yaxınlaşmasına zəmin yaradacaq. Prezident Ərdoğan isə bu prosesdə mühüm rol oynayır - Türkiyə lideri dövlətlərarası münasibətlərin daha da yaxınlaşması, Türk Dövlətləri Təşkilatının daha funksional bir quruma çevrilməsi üçün bütün səylərini səfərbər edib.
Türkiyə Prezidenti öz tvitter hesabında da paylaşım edib. ? bildirib ki, Türkiyə kimi vətənimiz, Türkiyə kimi evimiz olduğu üçün Allaha nə qədər şükür etsək, azdır. “Ortaq tariximiz, dilimiz, inancımız və mədəniyyətimiz bir olan bütün ölkələrə yenidən qucaq açdıq. Türk Dövlətləri Təşkilatını yaratmaqla Türk dövlətləri ilə əlaqələrimizi daha da gücləndirdik. Can Azərbaycanla birlikdə 30 illik işğaldan sonra Qarabağı müstəqilliyinə qovuşdurduq”, - deyə, Ərdoğan vurğulayıb. Türkiyə lideri paylaşımına Şuşada çəkilən fotonu da əlavə edib.
910 mindən çox çadır və 117 min konteyner...
Prezident Ərdoğan sosial şəbəkə hesabından fevralın 6-da baş vermiş dəhşətli zəlzələdə dağılan bölgələrin əhalisinə də müraciət edib. Dövlət başçısı siyasi baxışlarından asılı olmayaraq, fevralın 6-da baş vermiş böyük fəlakətdən sonra seçkiyə gedərək demokratik yollarla öz seçimini nümayiş etdirən zəlzələ bölgəsində yaşayan bütün qardaş və bacılara ürəkdən təşəkkür etdiyini bildirib. Prezident Ərdoğan seçicilərin iradəsinə hörmət etdiyini vurğulayıb: “Bizim borcumuz heç bir ayrı-seçkilik etmədən sizə sevgi ilə xidmət etməkdir və bunu 21 ildir edirik. Müəyyən dairələrin gözlədikləri nəticə çıxmadığı üçün yaralı xalqımıza qarşı nümayiş etdirdiyi kin və nifrəti, qəzəbi rədd edirik”.
Zəlzələ baş verən regionlarda 910 mindən çox çadır və 117 min konteynerin quraşdırılmasının başa çatdırıldığını, 13 minə yaxın iş yerləri açıldığını bildirən dövlət başçısı indiyə qədər 175.000 yaşayış evi qarışıq obyektin tikinti prosesinə başlanıldığını diqqətə çatdırıb. “Müxalifətin təhrif olunmuş foto üzərindən istinad etdiyi Hatay Dəfnə Dövlət Xəstəxanasını 57 gündə xidmətə təqdim etdik. Ümid edirəm ki, oktyabr-noyabr aylarında sizi də yeni evlərinizə köçürməyə başlayacağıq. Birinci ildə 319 min olmaqla, ümumilikdə, 650 min ev tikilib zəlzələdən zərərəçəkmişlərə təqdim olunacaq”, - deyə Prezident Ərdoğan bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada çıxışı zamanı da zəlzələnin nəticələrinin aradan qaldırılması məsələsinə toxunub. Bildirib ki, fevral ayında baş verən zəlzələdən sonra Qətərdən Azərbaycana qədər bütün qardaşlarımızın dəstəyini hiss etdik. O vurğulayıb ki, Türkiyə çətin vaxtlarda hər kəsə kömək edib: “Ona görə dünya dövlətləri də bizim yanımızda oldu”. Ərdoğan qeyd edib ki, zəlzələnin təsirlərinin aradan qaldırılması üçün işlər davam edir.
CHP-nin PKK və HDP ilə müzakirəsi...
Bu arada CHP-nin terror təşkilatları ilə “isti münasibəti” Türkiyə cəmiyətində böyük hiddət yaradıb. Bunun qəbuledilməz olduğunu dilə gətirən seçicilər CHP-ni Türkiyəyə xəyanətdə ittiham edirlər. Türkiyənin vitse-prezidenti Fuat Oktay məsələ ilə bağlı bildirib ki, bizim prinsiplərimiz son dərəcə aydındır: “Bizim Millət İttifaqından əsas fərqimiz budur. Onlar PKK və HDP ilə müzakirəyə qatılıblar. Düşünürəm ki, Kılıçdaroğlunun heç bir etibarı qalmayıb. Prinsipsizlik maraqlar əsasında birliyə çevrilib. Biz isə ölkənin, millətin maraqlarını düşünürük. Güclü bir Türkiyə hədəfləyirik”.
O qeyd edib ki, xalq onsuz da Rəcəb Tayyib Ərdoğanı seçəcək və Kılıçdaroğlunun referenduma aparacağı bir şey qalmayıb. “Onların heç bir baxışı, gələcək perspektivi yoxdur. Onların Türkiyəyə təklif edəcəkləri heç nə yoxdur” - Oktay əlavə edib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

