Parisin “səhvi”, Makronun “təhrifi”...
03.06.2023 [11:00]
Fransanın növbəti özünüifşası
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi üzrə artıq bir neçə rəsmi, eləcə də qeyri-rəsmi danışıqlar raundu baş tutub. Aİ-nin və Rusiyanın vasitəçiliyi ilə ard-arda keçirilən görüşlərdən sonra Kişinyovda baş tutan qeyri-rəsmi görüş də bunlardan biri kimi yadda qaldı. Azərbaycan hər zaman olduğu kimi öz mövqeyini ortaya qoyur, sülhü və ədaləti dəstəkləyir. Bu kimi qeyri-formal görüşlərin regionda sabitliyin və davamlı təhlükəsizliyin formalaşmasında rolu az olsa da, ölkəmiz qarşı tərəfin əsl reallıqları dərk etməsi üçün belə görüşlərə də etiraz etmir - bəlkə Ermənistan və onun havadarları məsələlərə beynəlxalq hüququn prizmasından yanaşma sərgiləyələr. Bu mənada, ölkəmizin yüksək mövqeyinin humanizmə söykəndiyini xüsusi qeyd etmək olar.
Daşıdığı vəzifəyə qeyri-mütənasib davranışlar...
Təəssüf ki, ölkəmizin nümayiş etdirdiyi humanizm, sülhpərvərlik bəzi hallarda kimlərdəsə fərqli asossasiyalara yol açır - onlar bundan sui-istifadə etməyə çalışırlar. Məsələn, Fransa və onun prezidenti kimi... Məsələ orasındadır ki, adətən rəsmi və Kişinyov görüşü kimi qeyri-rəsmi görüşlərdən sonra siyasi etiket qaydalarına uyğun olaraq mətbuata açıqlamanı Aİ Şurasının prezidenti Şarl Mişel təqdim edir. Bu dəfə Makronun da özünə havadan belə bir “vəzifə” çıxarması təəccüblüdür - Fransa kimi Avropanın aparıcı dövlətinin, müəyən mənada tarixi olan bir dövlətin rəhbərinin bu qədər ucuzlaşması, tutduğu posta mütənasib olmayan fikirlər səsləndirməyə çalışması, fürsətcilliyi heyrət doğurur. Onun görüşdən sonra tələm-tələsik verdiyi “açıqlama” siyasətçiyə xas olmayan davranışdır. Orada səslənən bəzi ifadələr isə təhrif və birbaşa beynəlxalq hüquqa ziddir. Emmanuel Makron Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına həqiqətən də dediyi kimi “töhfə vermək” niyyətindədirsə, məsələyə beynəlxalq hüququn tələbələri müstəvisində yanaşmalıdır. Yoxsa, ermənidən betər erməni olmaqla heç bir töhfə vermək olmaz, tam əksinə, prosesin uğurlu inkişafına yalnız mane olmaq olar.
Fransa imicini erməni marağına qurban verir
Təbii ki, Makron əsl həqiqəti bilir - sadəcə təhrifə yol vermək, qəsdən qıcıq yaratmaq istəyi onun ermənilərə xoş gəlmək arzusundan qaynaqlanır. Hətta Ermənistan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyi, Qarabağı Azərbaycan torpağı kimi tanıdığı bir yerdə olmayan “Dağlıq Qarabağ” ifadəsindən istifadə etmək Makronun xəbis siyasi tablosunu ortaya qoyur - bu kimi “oyunların” pərdəarxasında yatan isə birmənalı şəkildə erməni maraqlarıdır. Fransa özünü demokratiyanın “beşiyi” olan ölkələrdən saysa da, bu kimi ucuz addımları onun fərqli imicini yaradır. Beynəlxalq sənədlərə, konvensiyalara və razılaşmalara zidd olan bu kimi “ifadələr” işlətməklə Fransa özünün dövlət maraqlarını zərbə altına salmış olur. Demək ki, rəsmi Paris üçün öz dövlət maraqları erməni lobbisinin maraqlarından sonra gəlir. Bu isə dövlət olaraq Fransa üçün üzqızardıcı haldır.
Yelisey sarayı da Kişinyovda keçirilən qeyri-rəsmi görüşlə bağlı bəyanat yayıb. Rəsmi Parisin bəyanatı da Makronun açıqlamalarından fərqlənmir. Bəyanatda qeyri-rəsmi görüşdəki predmetlərlə bağlı müəyyən açıqlamalar da verilir. Qeyd olunur ki, 2022-ci il oktyabrın 6-da Praqada sərhədlərin tanınmasına dair Alma-Ata Bəyannaməsinə sadiqlik növbəti dəfə təsdiqlənib. Eyni zamanda, qeyri-rəsmi görüşdə iştirak edən Almaniya və Fransanın bəzi məsələlərlə bağlı tərəflərə çağırışları da bəyanatda əks olunub. Bəyanatda hərbi əsirləri tez bir zamanda azad etməyə çağırışla yanaşı, Aİ-nin müşahidə missiyası ilə bağlı məsələyə də toxunulub və bu missiya Ermənistanın “mənafeyi üçün” vacib sayılıb. Təəssüfləndirici haldır ki, rəsmi Parisin adından yayılan bu bəyanat da Makronun “ritorika”sından fərqlənməyib - bəyanatda da Azərbaycanla və proseslə bağlı təhriflər yer alıb.
Azərbaycandan etiraz: “Açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir”
Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa prezidenti Emmanuel Makron tərəfindən Azərbaycan və Ermənistan liderləri arasında Kişinyov görüşünün nəticələrinə dair yayılmış bəyanatına cavab verib. A.Hacızadə bildirib ki, əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir. O qeyd edib ki, Kişinyovda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib. “Daha sonra, Fransa prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir”, - XİN sözçüsü vurğulayıb.
Göründüyü kimi, Fransa növbəti dəfə özünün əsl məqsədini ortaya qoydu - yalvar-yaxarla bu kimi qeyri-rəsmi görüşlərdə iştiraka can atan Makron bir daha özünü ifşa etdi. Fransanın ölkəmizə qarşı tutduğu mövqe beynəlxalq hüquqa əsaslanmır - rəsmi Parisin “ermənipərəst arzulara” düşməsi, bütün məsələlərə “erməni prizması”ndan yanaşması onu “ələ verir”. Bu isə Parisin prosesdəki iştarıkınının haqlı şəkildə istisna edilməsinə növbəti dəfə haqq qazandırır. Azərbaycan rəsmi danışıqlar prosesində Fransanın iştirakına icazə vermir - çünki bu kimi qeyri-formal görüşlərdəki sərgilədiyi “davranışlar” Fransanın Brüssel sülh gündəliyi çərçivəsində keçirilən görüşlərə “can atmasının” səbəblərini ortaya çıxarır. Onlar öz aləmlərində bu kimi qeyri-rəsmi görüşlərdən sonra mikrofon qarşısında Azərbaycana qarşı “təzyiq” həyata keçirdiklərini düşünürlər - amma unudurlar ki, Azərbaycana heç bir ölkə təzyiq göstərə bilməz. Makron isə bu kimi yalan və “yanlışlıqlarla” ancaq özünə və ölkəsinə pislik etmiş olur...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26

