Vyanadan verilən mesajlar...
08.06.2023 [10:30]
Nardar BAYRAMLI
Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilib. İclasda iştirak edən xarici işlər naziri Ceyhun Bayramov çıxışında ATƏT regionunda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətindən söz açaraq Helsinki Yekun Aktında təsbit edilmiş ATƏT iştirakçı dövlətlərinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətdən başlayaraq təşkilatın prinsipləri və öhdəliklərinin sülh və təhlükəsizliyin təməli olaraq qalmasının, coğrafi üstünlüklər və ikili standartlar olmadan bərabər və qeyd-şərtsiz tətbiq olunmasının əhəmiyyətindən bəhs edib.
Sülhün astanasında...
Nazir Azərbaycanın ATƏT də daxil olmaqla, müxtəlif platformalarda səmərəli çoxtərəfli əməkdaşlığın tərəfdarı olduğunu, ehtiyacları və prioritetləri əsasında ATƏT və onun təsisatları çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Çıxış zamanı nazir Azərbaycan və Ermənistan arasında davam edən normallaşma prosesindən söz açıb, ikitərəfli danışıqların hazırkı mərhələsinə dair ölkəmizin mövqeyini səsləndirib. Ermənistanın təcavüzü nəticəsində, təxminən otuz il davam etmiş silahlı münaqişənin başa çatması və iki ölkənin öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət öhdəliyi ilə sülhün astanasında olduğu bildirilib. Münaqişə sona çatdıqdan sonra Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal işin aparıldığı qeyd olunub. Eləcə də sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəli sürülməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoyuluşu üçün imkan və real perspektivlərin olmasından bəhs edilib.
Üç istiqamətdə fikir ayrılıqları var
Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində ikitərəfli sülh sazişi mətni üzərində danışıqlar aparıldığını bildirib. Son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişinyovda keçirilən danışıqların tərəflərin mövqeyini daha yaxşı anlamağa imkan yaratdığını diqqətə çatdırıb. O, Azərbaycanın ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfdən qarşılıqlı siyasi iradə gözlədiyini bildirib. Bu kontekstdə, Ermənistanın Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsi, daxili işlərimizə ardıcıl müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa mane olması və beynəlxalq miqyasda, o cümlədən ATƏT çərçivəsində qarayaxma kampaniyası aparılmasının Azərbaycan Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneə olduğu diqqətə çatdırılıb.
Qarabağda yaşayan erməni sakinlərin inteqrasiyasına qərarlıyıq
Nazir çıxışında ərazilərimizin otuz il davam etmiş hərbi işğalının ağır nəticələrini aradan qaldırmaq üçün Azərbaycanın genişmiqyaslı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərindən də danışıb. Bu kontekstdə ölkəmizin Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlı olduğu vurğulanıb. Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə öz öhdəliklərinə ciddi şəkildə riayət etməyin zəruriliyi qeyd olunub.
Bildirilib ki, Azərbaycan hökuməti keçmiş məcburi köçkün ailələrinin birinci qrupunun artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə qayıdışını təmin edib. Ceyhun Bayramov bununla belə, Azərbaycan ərazilərinin kütləvi şəkildə mina və digər partlayıcı maddələrlə çirklənməsinin əsas maneə və ciddi humanitar təhlükə olmaqda davam etdiyini diqqətə çatdırıb. Çıxışında ağır hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı ədalətin təmin edilməsinin əhəmiyyətindən də söz açan nazir keçmiş münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə məlumatların açıqlanması ilə bağlı Ermənistanın öhdəliklərinə əməl etməklə bağlı davamlı çağırışlarımıza məhəl qoymadığı bildirilib.
Sonda nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiq qaldığını, konstruktiv dialoqa açıq olmaqla yanaşı, beynəlxalq hüququn pozulmasına göz yummayacağını və beynəlxalq səviyyədə müvafiq addımlar atmağa davam edəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33

