Vasitəçilik missiyası...
09.06.2023 [10:10]
ABŞ birbaşa dialoqu, Rusiya isə “alternativsiz yol”u təşviq edir
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda, vasitəçilik cəhdləri və bu istiqamətdə açıqlamalar da təsdiqləyir. Məsələn, danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılsa da, sülh gündəliyi Qərbin, əsasən də ABŞ-ın diqqətindən yayınmır. Bunu, rəsmi Vaşinqtonun davranışları və verilən bəyanatlar da təsdiqləyir. Belə ki, hər görüşdən sonra və ya öncə ABŞ rəsmilərinin tərəflərlə danışıqlar aparması, Ağ Ev administrasiyasının nümayəndələrinin demək olar ki, bütün brifinqlərində bu məsələyə toxunmaları prosesin diqqətlə izlənildiyini deməyə əsas verir. Xatırladaq ki, bu ilin mayın 1-dən 4-nə kimi Azərbaycan ilə Ermənistan XİN rəhbərləri arasında məhz ABŞ-da görüş keçirilmişdi. Nazirlər ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşmüşdülər. Ardından Brüsseldə baş tutan danışıqlar prosesinin növbəti görüşü mühüm irəliləyişlə yadda qalmışdı. Kişinyovda keçirilən görüş isə qeyri-rəsmi xarakter daşısa da, tərəflər arasında təmasın olması prosesə dinamizm qazandırmaq imkanındadır.
Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü keçirilib. Bu görüşdə də bir sıra məsələlər, əsasən kommunikasiya məsələləri müzakirə mövzusu olub.
Rəqabət genişlənir...
Beləliklə, iki ölkə arasında münasibələrin normallaşması ilə bağlı proses diqqət mərkəzində qalmaqla xüsusi dinamizm qazınır. Aİ Şurasının Prezidenti Şarl Mişelin qarşıdakı dövrdə yeni görüşlərlə bağlı anonslar səsləndirməsi isə digər vasitəçi olan Rusiyanı da məsələyə xüsusi diqqətlə və həssaslıqla yanaşmağa məcbur edir. Başqa sözlə, prosesin vacibliyi iki vasitəçi arasında müəyyən mənada həm də bir rəqabət formalaşdırıb.
Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Azərbaycan arasında normallaşma prosesini şərh edərkən deyib ki, Azərbaycan və Ermənistanın mövqelərinin yaxınlaşması, dayanıqlı balanslaşdırılmış qərarların hazırlanması Moskva üçün həmişə prioritet olaraq qalır: “Biz dəfələrlə bəyan etmişik ki, ölkələrimizin liderlərinin bəyanatları əsasında Bakı və İrəvan arasında münasibətlərin normallaşması üzrə üçtərəfli formatda (Rusiya, Azərbaycan, Ermənistan) iş aparırıq. Biz hesab edirik ki, üçtərəfli danışıqlar kompleksi Rusiyaya qardaş olan iki xalq arasında barışıq prosesi üçün alternativi olmayan yol xəritəsidir”.
Ermənistan bəyanatlara məhəl qoymur...
Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, bu prosesin öz istiqamətləri, formatları, danışıqlar prosesinə məxsus dinamikası var. “Biz heç nəyi qabaqlamağa cəhd etmirik, nəzərdə tutulan plan üzrə hərəkət edirik, razılaşdırılmış bütün məsələləri həyata keçiririk. Azərbaycan və Ermənistanın mövqelərinin yaxınlaşması, dayanıqlı balanslaşdırılmış qərarların hazırlanması bizim üçün həmişə prioritet olaraq qalır. Gələcəkdə də məhz bu yanaşma üzrə, belə şəraitdə qarşılıqlı fəaliyyət göstərməyə hazırıq”, - deyə M.Zaxarova vurğulayıb.
Təbii ki, Rusiyanın məsələnin həllindəki rolu və iştirakı hər zaman Azərbaycan dövləti tərəfindən yüksək dəyərləndirilib. Rusiyanın vasitəçiliyi ilə 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat silahlı qarşıdurmanın yekunlaşmasına səbəb oldu. Amma sonrakı dövrdə Ermənistanın davranışları adekvat qəbul oluna bilməz. Məsələn, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan fərqli məsələlərlə bağlı manipulyasiyalar etməyə çalışır. Bu isə rəsmi İrəvanın hələ də müəyyən “qaranlıq müəmmalara” ümid etdiyini fikirləşməyə əsas verir. Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bir sıra qəbuledilməz nüansları davamlı şəkildə qabardır. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr bəyanatlarına belə əməl etməyən, bu görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan nümayiş etdirdiyi mövqeyi ilə Rusiyanın vasitəçilik missiyasına kölgə salır. Məsələn, hələ də Azərbaycan torpaqlarında erməni silahlılarının mövcudluğu, Azərbaycanı Naxçıvanla birləşdirən yolun açılmaması və bu kimi başqa məsələlər Ermənistanın yerinə yetirmədiyi öhdəliklərdir - bu isə Rusiyanın apardığı vasitəçilik missiyasının qeyri-ciddi obrazda təqdim olunmasına yol açır. M.Zaxarova iddia etdiyi kimi Rusiyanın yürütdüyü vasitəçilik missiyası iki xalq arasında barışıq prosesi üçün alternativi olmayan yol xəritəsidirsə, onda Kreml Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməlidir. Ötən 3 ildə isə bu kimi hallar müşahidə edilməyib - əksinə, bəzi məqamlarda Qarabağdakı erməni silahlılarına aparılan sursatların hətta “mühafizəsi” belə təşkil edilib...
Danışıqılara sadiqlik əsas şərtdir...
Aparılan danışıqlar prosesinə sadiqlik nümayiş etdirərək Azərbaycan isə bir daha sülhün tərəfdarı olduğunu nümayiş etdirir. Ölkəmiz qalib tərəf olsa da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istəmədiyini önə çəkir - 2023-cü ilin sülh ili olmasını arzulayır. Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Bu, münasibətlərin normallaşması üçün ən əsas formuldur.
Digər tərəfdən, regional problemlərin həlli bölgədə sülhün formalaşmasını təmin edəcək. Bu isə öz növbəsində qlobal laiyhələrin reallaşması və genişləndirilməsi üçün bir təkan olacaq. Xüsusilə vurğulamaq lazımdır ki, yeni dövrün iqtisadi münasibətlərinin nizamlanması, yeni mərhələnin formalaşdırılması həm də Ermənistan ilə Azərbaycan arasında sülhün yaradılmasından asılıdır. Bunun üçün isə Ermənistan daha çox səy göstərməlidir.
ABŞ birbaşa dialoqun vacibliyini bildirir ...
Bu arada ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü ilə bağlı sualı cavablandırarkən vurğulayıb ki, ABŞ əvvəlki kimi inanır ki, birbaşa dialoq davamlı və layiqli sülhə nail olmaq üçün açardır. Dövlət Departamentinin sözçüsü görüşün cədvəli və ya mümkün tarixi ilə bağlı hər hansı məlumatı təsdiqləməkdən imtina edib. Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə səy göstərdikləri üçün biz Vaşinqtonda növbəti danışıqlar raundunu səbirsizliklə gözləyirik. Biz əvvəlki kimi inanırıq ki, birbaşa dialoq davamlı və layiqli sülhə nail olmaq üçün açardır”- deyə Vedant Patel bildirib.
ABŞ rəsmisinin “birbaşa dialoq” fikri müəyyən dövrlərdə də seçilib. Azərbaycan Prezidenti öz çıxışlarında da bu məsələyə toxunub, amma Ermənistan buna da adekvat cavab verməyib. Daha doğrusu, müstəqil dövlət olmağı bacarmayan Ermənistanın tutduğu mövqenin özündən asılı olmaması buna şərait yaratmır. İndiki halda, ABŞ-ın bu aktivliyi danışıqlarda hansısa intensivliyi formalaşdırmaq üçün mühüm fürsətdir və birbaşa dialoq bu mənada mühüm əhəmiyyətə malikdir. Amma Ermənistanın hətta adi danışıqlarda belə tək iştirakdan “yayınması” kimi hallar birbaşa dialoq imkanlarını zəiflədir.
Geoiqtisadi münasibətlərdə yeni perspektiv...
Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın inkişafı üçün yeni bir mərhələ deməkdir. Azərbaycan bu gün Şərq-Qərb marşurutunun ən mühüm mərkəzlərindən sayılır və yeni iqtisadi nizamda, konfiqurasiyada özünün xüsusi yeri var. Ermənsitan isə uzun illər apardığı işğalçı siyasətlə bu konfiqurasiyadan uzaqda qalıb. İndiki halda regionda sabitliyin formalaşdırılması istiqamətində atacağı önəmli addımlar İrəvana bu konfiqurasiyada yer almaq şansları qazandıra bilər. Azərbaycan dövləti hər zaman bildirib ki, Ermənistanın sülh gündəliyini təsdiqləməsi, qəbul etməsi bu ölkəni də yeni əməkdaşlıq platformalarının bir hissəsinə çevirə bilər. Bu isə öz növbəsində yeni inkişaf mərhələsi deməkdir. Vasitəçilərin məsələyə diqqəti və səyləri də məhz büna yönəlib - yeni geoiqtisadi münasibətlərin Cənubi Qafqaz xəttinin qısa müddətdə həlli bütün ölkələr üçün yeni perspektiv vəd edir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

