İran yeni təhdid axtarışında...
09.06.2023 [10:35]
Kürdüstan ostanlığına qoşun və hərbi texnikalar daşınır
İranın son dövrlərdə müsəlman ölkələrinə qarşı apardığı qeyri-adekvat siyasətinin fiaskoya uğradığı göz önündədir. Bəzi müsəlman ölkələrinə qarşı haqsız aqressiv münasibət rəsmi Tehranı İslam dünyasından təcrid halına gətirib. Belə demək mümkündürsə, özünü sivil bir dövlət, beynəlxalq hüququ dəstəkləyən subyekt kimi aparmayan İran daha çox təxribatçı addımları, terrora çağırışları ilə seçilir. Bu isə yolverilməz olduğu qədər təhlükəlidir. İranın regionda yürütdüyü siyasət, müxtəlif qrupların silahlandırılması, onlara sponsorluq edilməsi, təlimlərin keçirilməsi kifayət qədər ciddi təhdiddir. Bu addımlardan müxtəlif dövlətlər də narahatdır. Məsələn, ötən ilin sonunda İranın ərəb dövlətləri ilə müharibə aparmaq fikrində olması haqda xəbərlər yayılırdısa, son aylarda rəsmi Tehranın yeni hədəfi İraqdır. Ötən ay İranın teleqram kanallarında yayılan məlumatlarda bildirilirdi ki, Tehran İraqın şimalını bombalamaqla bağlı xəbərdarlıq edib. İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı general Məhəmməd Pakpur Bağdada xəbərdarlıq edərək bunları demişdi: “Ölkənin şimalında separatizm təhlükəsini aradan qaldırmaq üçün təsirli addımlar atılmasa, İran ordusu bu ərazilərə yenidən zərbələr endirəcək”.
İran hərbi texnika yeridir...
İndi isə artıq İran ordusu Kürdüstan əyalətinə hərbi texnika yeridir. Bu barədə “Azad İran” teleqram kanalı kadrlar yayıb. Divandərə şəhərində çəkilmiş videoda ağır hərbi texnikaların yük maşını ilə daşınması əks olunub. Xatırladaq ki, Divandərə İranın qərbində, Kürdüstan əyalətində yerləşir. Statistik məlumatlara görə, 30 minə yaxın əhalisi olan şəhərin sakinlərinin etnik tərkibi əsasən kürdlərdən ibarətdir. Şəhər Kürdüstanın şimal hissəsində, dağlıq ərazidə, dəniz səviyyəsindən 1810 metr yüksəklikdə yerləşir. Divandərə Kürdüstan əyalətinin mərkəzi olan Sənəndəcdən 65 kilometr şimalda və ölkənin paytaxtı Tehrandan 380 kilometr qərbdə yerləşir.
Vurğulanmalıdır ki, İran son dövrlərdə şimal hissəsi ilə bağlı mühüm “problemlər” yaşamaqdadır. Əslində, bu problemlərin süni şəkildə molla rejimi tərəfindən ortaya atıldığı da söylənilir. Vurğulanır ki, Tehran hakimiyyəti bu yolla Kürdüstan ostanlığını “terror mərkəzi” elan etmək, oraya qoşun yeritmək, dövlətin “təhlükəsizliyi” üçün bəzi addımlar atmaq niyyətindədir. Başqa sözlə, məhz bu yolla daxili etirazlara qarşı reppressiv addımlar atmaq istəyən rəsmi Tehran həyata keçirəcəyi aqressiv addımlarına “dövlətin təhlükəsizliyi” donunu geyindirmək istəyir.
Sülhə qarşı yeni təhdidlər...
Xatırladaq ki, İran son aylarda Rusiya, Türkiyə və Suriyanın iştirakı ilə keçirilən danışıqlar prosesində təmsil olunur. Bu danışıqlar formatı isə Yaxın Orta Şərqdə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün mühüm bir mərhələ sayılır. Bir sıra siyasi analitiklərin fikrincə, İran regionda yaranacaq yeni siyasi situasiya - sabitliklə barışmaq niyyətində deyil. Sülhün təmin edilməsi isə bütövlükdə, Yaxın Orta Şərq üçün mühüm perspektivlər formalaşdırır. Türkiyə ilə Rusiyanın masa arxasında müzakirə etdikləri predmetlər regionun gələcək inkişafına böyük təsir göstərəcək - ən azından terrorizmə qarşı mübarizə yeni forma alacaq. Bu proses bütövlükdə, bölgənin inkişafına mühüm təsirlər göstərəcək - siyasi sabitliyin əldə olunması, hərbi qarşıdurmaların dayandırılması və dialoqun formalaşdırılması, iqtisadi münasibətlərin sırf dövlət maraqları səviyyəsində inkişaf etdirilməsi bütövlükdə, regiona yeni nəfəs verəcək. Bu isə İranın terrora əsaslanan siyasi niyyətləri ilə uzlaşmır. Bu baxımdan, İran yeni “təhdid kampaniyası” görüntüsü yaratmaq üçün min bir yola əl atır. Gah İraqın Kürdüstan əyalətini bombalamaqla hədələyir. Gah da özünün Kürdüstan əyalətinə qoşun yeridir, qüvvələr toplayır...
İranın narahatlığı...
Digər tərəfdən, İranın “təhdid” adlandırdığı İraqın şimalı, yəni, Kürdüstan regionu son dövrlərdə beynəlxalq diqqət mərkəzindədir. Bu ərazidə sülhün formalaşdırılması yeni iqtisadi münasibətlər sistemi üçün olduqca əhəmiyyətlidir. Hətta bəzi siyasi mütəxəssislər bu regionun yeni inkişaf perspektivi qazanacağını düşünür. Eyni zamanda, Türkiyə İran Kürdüstanı ilə sərhəd olan İraq Kürdüstanı vilayətinin ən mühüm sərmayəçilərindən sayılır. Digər tərəfdən, İraqın Kürdüstan regionunun enerji sahəsində fəallığı get-gedə artır. Hətta bu ərazinin “tranzit xətt”ə çevrilməsi perspektivi də var ki, bu da İranın “nəfəsliyinin” bağlanması deməkdir:
- Avropa məhz İraq Kürdüstanı üzərindən Türkiyə xətti ilə özünün yeni enerji təminatı marşrutunu müəyyənləşdirə bilər;
- Yaxın Orta Şərqin və Aralıq dənizi hövzəsi ölkələrinin birliyi İranı bu regionda da “ofsayd” vəziyyətinə salır - yeni iqtisadi nizamda Tehran çıxdaş olunur.
Beləliklə, bu kimi məqamlar İranın “terror təhlükəsi” adı altında İraqa, dolayısı ilə Türkiyə sərhədində yeni eskalasiya təhdidi yaratmaq arzusunu “stimullaşdırır”. Bu layihənin isə qarşıdakı dövr üçün ən mühüm regional xətlərdən birinə çevrilmə potensialı mövcuddur. İran bunu bildiyi üçün ciddi-cəhdlə maneə olmaq arzusunu ortaya qoyur. Beləliklə, Tehran yenidən regionda sülhün və sabitliyin bərqərar olmasına maneçilik törədir...
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

