Qriqoryanın KTMT “şousu”
10.06.2023 [10:24]
O, növbəti dəfə təşkilat üzvlərini aldatmağa çalışıb
Nardar BAYRAMLI
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Minsk şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Təhlükəsizlik Şurası katiblərinin iclasında çıxışı zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsələndirib. A.Qriqoryan iddia edib ki, guya Azərbaycan güc tətbiq etmək və ya güc tətbiq etmək hədəsi siyasətini davam etdirir, əvvəllər əldə edilmiş razılaşmaları pozmağa çalışır. O, əsassız olaraq Azərbaycanın təkcə şərti dövlət sərhədində deyil, Qarabağda və Laçın dəhlizində də vəziyyəti gərginləşdirməkdə davam etdirdiyini deyib. Ermənistanın Təhlükəsizlik Şurasının katibi öz yalanları ilə KTMT-dakı həmkarlarını inandırmağa və onları vəziyyətə “aydın və məqsədyönlü” qiymət verməyə, Qarabağda yaşayan “120 min (?!) erməninin etnik təmizləməyə məruz qalmaması üçün təsirli addımlar atmağa” çağırıb. O çıxışında yenə də Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üzrə hansısa beynəlxalq mexanizmin yaradılmasından danışıb.
Qriqoryanın məntiqsiz çıxışı
Ermənistan Təhlükəsizlik Şurasının katibinin Azərbaycana qarşı söylədikləri qəbulolunmazdır. Onun Laçın yolu ilə bağlı dedikləri, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünə ziddir. Azərbaycan suveren ölkədir və sərhədlərinə də özü nəzarət edir. Üçüncü ölkənin Azərbaycanın daxili işlərinə qarışması beynəlxalq hüquqla yolverilməzdir. Qriqoryan Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu ərazisindən keçən hissəsində sərhəd-keçid məntəqəsinin quraşdırılmasını qəbul etmək istəmir və bəzi iddialar irəli sürür. Onun Ermənistanın Qarabağda beynəlxalq mexanizmlərin tətbiqi haqqında dedikləri də heç bir məntiqə sığmır.
XİN: Ermənistan TŞ katibinin iddiaları manipulyasiyadır
Azərbaycanın Xarici İşlər Nazirliyi A.Qriqoryanın iddialarına cavab verib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibinin Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı guya Azərbaycanın Ermənistanla sərhəddə və Laçın yolunda vəziyyəti gərginləşdirdiyi, güc tətbiqi siyasəti yürütdüyü, Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı etnik təmizləmə həyata keçirmək niyyətində olduğu barədə səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və bu, Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır. Qeyd edilib ki, Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə erməni sakinlərin reinteqrasiyası kimi daxili məsələlərə müdaxilə cəhdlərinə hələ də son qoymaması bu ölkənin bölgədə sülh və sabitlikdə maraqlı olmadığını göstərir. Misal olaraq, Ermənistan Təhlükəsizlik Şurasının katibinə xatırladırıq ki, Ermənistan üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq hələ də çıxarmayıb və bu qüvvələrin ölkəmizin ərazisində mövcudluğu beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozuntusu olmaqla yanaşı, ciddi təhdid mənbəyidir.
Rəsmi İrəvanın puç olan arzuları
“Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsi bir daha göstərir ki, Ermənistanın reinteqrasiya prosesinə maneçilik cəhdləri uğursuzluğa düçar olub. Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə çağırır, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edirik”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında vurğulanıb.
Göründüyü kimi, Ermənistan yenə də KTMT-dən Azərbaycana qarşı istifadə etməyə çalışır. Ötən ilin sentyabrında şərti dövlət sərhədində baş verən hadisələr zamanı da erməni tərəfi KTMT-yə müraciət edərək guya Azərbaycanın hərbi “təcavüzünə” qarşı yardım istədi və müvafiq sənəd qəbul edilməsinə cəhd göstərdi. Lakin KTMT ölkələri onların yalançı “göz yaşlarına” haqlı olaraq inanmadı.Nəzərə almaq lazımdır ki, Ermənistan istisna olmaqla bu təşkilata üzv dövlətlərin ölkəmizlə çox yüksək münasibətləri var. Ona görə də, rəsmi İrəvanın məqsədləri heç vaxt gerçəkləşməyəcək. Bu baxımdan, Qriqoryanın KTMT-nın toplantısına göstərdiyi “şou” fiaskoya məhkumdur.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52

