Musa Quliyev: Ölkəmizdə gəncliyin hərtərəfli inkişafı üçün şərait yaradılıb
13.08.2011 [11:10]
Onun sözlərinə görə, Azərbaycanda gənclər siyasəti, gənclərə dövlət qayğısı, gənclərin inkişafı, onların sağlam həyat tərzinin təşkili daim dövlətin diqqət mərkəzində olub.
“ümummilli lider Heydər Əliyev gənclərin vətənpərvərlik hislərinin inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyələnməsi və ümumiyyətlə, dünya gəncliyinin proqressiv hissəsinə çevrilməsi üçün mühüm işlər görüb. Məhz ümummilli liderin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Gənclər Günü qeyd edilib. ümummilli liderin təklifi ilə Milli Məclisdə “Gənclər siyasəti haqqında” qanun qəbul olunub. Gənclərin Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində tam iştirakı təmin olunub”, - deyə millət vəkili bildirib.
M.Quliyev qeyd edib ki, bu iş Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir, gənclərin inkişafı üçün işlər görülür.
“Məsələn, xaricdə təhsil alan gənclərin təhsilinin maliyyələşdirilməsi ilə bağlı iş aparılır. Gənclərin inkişafı ilə bağlı iki dövlət proqramı qəbul olunub, sonuncu proqram bu yaxınlarda təsdiq edilib. ölkənin bütün rayon və şəhərlərində Olimpiya kompleksləri tikilir. Bu da gənclərin həm sağlamlığı, həm asudə vaxtlarını səmərəli keçirmələri, həm də idman sahəsində istedadı olan gənclərin aşkarlanması üçün vacib işlərdir. Yerlərdə gənclərin məşğulluğunun təmin olunması üçün həm dövlət proqramına, həm də qanunun tövsiyyələrinə uyğun olaraq istər dövlət orqanları, istərsə də QHT-lər tərəfindən gənclərin məşğulluğunun təmin edilməsi ilə bağlı müxtəlif müəssisələr açılır”, - deputat əlavə edib.
M.Quliyev onu da bildirib ki, gənclərin sağlamlığı ilə bağlı qanunda dəyişiklik edilib. Onun sözlərinə görə, qanuna tələbə gənclərin istənilən dövlət səhiyyə müəssisəsində pulsuz müayinə və müalicələrini həyata keçirə bilmələri ilə bağlı müddəa əlavə olunub.
Millət vəkilinin sözlərinə görə, dövlətin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gənclərinin beynəlxalq səviyyədə əldə etdiyi uğurlar gündən-günə artır.
Quliyev bildirib ki, bu gün dövlətin dəstəyi ilə minlərlə Azərbaycan gənci xarici ölkələrdə təhsil alır.
M.Quliyev qeyd edib ki, bütün bunlarla yanaşı, bəzən Azərbaycan gəncləri ölkə daxilində sabitliyi pozmaq istəyən qüvvələrin oyuncağına çevrilirlər.
“Gənclik açılmamış potensial enerjidir. O enerjini hansı istiqamətdə yönləndirsən, o sahədə müəyyən fəaliyyət göstərəcək. Xeyirə də desən, xidmət edəcək, şərə də desən, xidmət edəcək. Azərbaycanın dostları olduğu kimi, onu istəməyən qüvvələr də var. Həmin qüvvələr bəzən gizli, bəzən də açıq şəkildə Azərbaycanı içdən zəiflətmək, Azərbaycandakı sabitliyi pozmaq istəyirlər. ölkədəki müəyyən sekta, dini icma və digər qruplar vasitəsilə Azərbaycan daxilində öz bəd məqsədlərini həyata keçirirlər. Bu siyasətin həyata keçirilməsi üçün ən optimal qüvvə olaraq gənclik seçilir”, - deyə o, qeyd edib.
“Bəzi qüvvələr Azərbaycan gəncliyini lazım olmayan istiqamətə yönəltmək istəyirlər. İstər din pərdəsi altında, istər demokratiya pərdəsi altında, istərsə də daha yaxşı yaşamaq pərdəsi altında bu işləri görürlər. Bütün bu işlər gənclərə daha yaxşı xidmət göstərmək məqsədi ilə görülmür”, - o qeyd edib. M.Quliyev bildirib ki, Azərbaycan gəncliyinin böyük hissəsi bunu dərk edir, başa düşür və onlar hər zaman dövlətin yanındadırlar. “Müəyyən qruplar da var ki, onlarla daim işləmək lazımdır. Bunun üçün dövlətin müvafiq icra hakimiyyəti orqanlarının da, QHT-lərin də, ictimai təşkilatların da üzərinə müəyyən iş düşür”, - deyə o, vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

