Ukraynaya qarşı “erməni könüllüləri”...
04.07.2023 [11:09]
Rusiyanın nəzarətində olan ərazilərə erməni silahlıları yerləşdirilir?
Şahanə XANKİŞİYEVA
Son günlər daha da gərginləşən Rusiya-Ukrayna cəbhəsində maraqlı məqamlar nəzərə çarpmaqdadır. Belə ki, Ukraynanın Silahlı Qüvvələri iyulun 2-də cəbhənin altı istiqamətində əks-hücum əməliyyatlarına başlayıb və bəzi ərazilərdə uğur qazanıb. Rusiya Müdafiə Nazirliyi, eləcə də digər mənbələr Ukraynanın Liman istiqamətində, Baxmut bölgəsində, Avdiivka-Donetsk şəhər cəbhəsi boyunca, Donetsk vilayətinin qərbində, Zaporojya və Donetsk vilayətləri arasındakı inzibati sərhəddə hücum əməliyyatları apardığını bildirib. Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü polkovnik Sergey Çerevatıy isə Baxmut istiqamətində irəliləyişlərin əldə olunduğunu deyib.
Qeyd edək ki, Rusiya nəzarəti altına aldığı regionlarla bağlı bir sıra addımlar atmağa başlayıb. Belə ki, bəzi ərazilərə artıq köçürülmə prosesləri həyata keçirilir. Hətta Rusiya Ukraynanın müvəqqəti olaraq nəzarətinə keçirdiyi ərazilərində könüllü erməni batalyonları belə yerləşdirir. Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. İyulun 2-də Moskvadakı erməni katedralınd? keçirilən yolasalma mərasimində iştirak edən “Arbat” könüllü batalyonunun bir sıra fotoları da dərc edilib. Məlumatda bildirilib ki, həmin batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiyanın nəzarətə keçirdiyi Abxaziyadan olan etnik ermənilərin də olduğu güman edilir. Rusiya mənbələri də Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirildiyini təsdiqləyib. Bəzi ekspertlər isə məsələyə Rusiyanın erməni batalyonlarını sadəcə istifadə məqsədi ilə yaratdığını bildirirlər.
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a fikirlərini bölüşən politoloq Ramiz Alıyev bildirib ki, Rusyanın nəzarətə aldığı bəzi ərazilərdə erməni batalyonlarının yerləşdirilməsi təəccüblə qarşılanmamalıdır. “Ermənistanın for-post ölkə olması sirr deyil. Bu mənada, onlar nə ordu quruculuğu prosesində, nə də siyasi məsələlərdə müstəqil addım ata bilmirlər. Təbii ki, Rusiyanın tapşırıqları da qeyd-şərtsiz yerinə yetirilir. Ola bilsin ki, erməni könüllülər muzdlu fəaliyyət göstərəcəklər. Bu da təəccüblə qarşılanmamalıdır, çünki ermənilər üçün dövlət mənafeyi adlı mövhum demək olar ki, yoxdur. Onlar müəyyən bir təşkilat və ya dövlətin nəzarətində hərəkət edə bilirlər. Hesab edirəm ki, erməni batalyonunun köçürülməsi prosesi Qərbin diqqətindən yayınmayacaq və müxtəlif dairələr hərəkətə gələcək. Təbii ki, bununla bağlı informasiyalar verilməli, xəbərlər yayılmalıdır. Qərb bu nöqsanı görməlidir. Beləliklə Ermənistanın Rusiya-Ukrayna müharibəsinə qarışması faktı ortaya çıxır. Onsuz da müharibənin ilk günlərindən erməni əsgərlərin Rusiya tərəfindən Ukraynaya qarşı döyüşməsi ilə bağlı informasiyalar yayılırdı. Təəssüfləndirici haldır ki, Qərb hələ o zaman da buna göz yumaraq heç bir reaksiya vermədi”, - deyə R.Alıyev bildirib. Politoloqun fikrincə, Ermənistanın sözdə “demokratiya”, “Qərbə meyillilik” kimi mövqe nümayiş etdirməsi, digər tərəfdən isə əsgərlərinin Ukraynaya qarşı vuruşmasına göz yumması rəsmi İrəvanın ikiüzlü siyasət yürütdüyünü təsdiqləyir: “Hesab edirəm ki, Ukrayna hakimiyyəti də bu faktla bağlı Qərbin müvafiq reaksiyasına nail olmaq üçün çalışmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42

