Dost Özbəkistan seçimini etdi
11.07.2023 [10:20]
Bu günlərdə dünyanın diqqəti Mərkəzi Asiyaya - Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərinə yönəlmişdi. Özbəkistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Zayniddin Nizamxocayevin məlumatına əsasən, seçkilərdə ciddi qanun pozuntuları qeydə alınmayıb. Ölkədə seçki hüququna malik 19,5 milyon vətəndaşdan 15 milyon 671 min 405 nəfəri prezident seçkilərində iştirak edib. Bununla da dost ölkədə seçkilər baş tutub. Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik Partiyasından namizəd Uluğbek İnoyatov, Ekologiya Partiyasından namizəd Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya Partiyasının namizədi Roba Mahmudova mübarizə aparıblar.
Xatırladaq ki, cari il aprelin 30-da Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistanda konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilib. Referenduma əsasən, ölkə konstitusiyasına edilən əsas əlavələrdən biri prezidentin səlahiyyətlərinin 5 ildən 7 ilə uzadılması ilə bağlı olub.
Şavkat Mirziyoyevin inamlı qələbəsi
Hazırkı dövlət başçısı Şavkat Mirziyoyev Özbəkistanda keçirilən növbədənkənar Prezident seçkilərində 87,5 faiz səslə qələbə qazanıb. Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilib. Sitat: “İlkin məlumata görə, Şavkat Mirziyoyevə 13 milyon 625 min 55 nəfər və ya səsvermədə iştirak edən seçicilərin 87,5 faizi səs verib”.
Qeyd edək ki, Şavkat Mirziyoyev 1989-cu ildən ölkəyə rəhbərlik edən Özbəkistan prezidenti İslam Kərimovun ölümündən sonra 2016-cı ildə dövlət başçısı seçilib. 2021-ci ildə o, 80,12 faiz səslə növbəti prezident seçkilərinin qalibi olub. Ekspertlər Şavkat Mirziyoyevin növbədənkənar prezident seçkilərində inamlı qələbəsini son illərdə onun rəhbərliyi ilə Özbəkistanın daxili və xarici siyasətdə qazandığı uğurlarla əlaqədar olduğunu bildirirlər. Ş. Mirziyoyevin siyasi iradəsi əsasında ölkədə əhatə dairəsi kifayət qədər geniş olan siyasi və iqtisadi məzmunlu islahatlar aparılıb. İslahatların ardıcıl şəkildə reallaşdırılması sayəsində dost Özbəkistan bütün sahələrdə inkişafın keyfiyyətcə yeni mərhələsinə yüksəlib. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin iyununda Özbəkistana uğurla baş tutan dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə dost ölkənin Şavkat Mirziyoyevin rəhbərliyi ilə böyük nailiyyətlərə imza atdığını məmnunluqla qeyd etmişdi. “Mənim bugünkü dövlət səfərim təkcə bizim niyyətlərimizin təsdiqi deyil, həm də qardaşlıq, dostluq münasibətlərimizin möhkəm təməlinin təsdiqidir. Özbəkistanda Heydər Əliyevin özbək xalqına, Özbəkistana münasibətini çox yaxşı bilirlər. Bu gün biz mənim qardaşım Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə çox şadıq. Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanın müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, şəhərsalma sahələrində necə böyük uğurlar qazandığını görmək üçün son 5-6 ilə aid statistik rəqəmlərə baxmaq kifayətdir. Biz bütün bunları görürük və dostlar, qardaşlar kimi bütün bunlara görə sevinirik”, - deyə dövlətimizin başçısı Daşkənddə Heydər Əliyev Meydanının açılışında çıxış edərkən bildirib.
Dost özbək xalqı seçkilərdə növbəti dəfə Şavkat Mirziyoyevə etimad göstərməklə ölkədə inkişafın, başlanan müsbət dəyişikliklərin ardıcıllığının təmin olunmasını istəyir. Bu cəhəti Prezident İlham Əliyev iyulun 10-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə açdığı telefon zəngində xüsusi olaraq vurğulayıb. Dövlətimizin başçısı Şavkat Mirziyoyevi Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev bu qələbəni Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata keçirilən siyasətə xalqın verdiyi dəstək kimi qiymətləndirib və Özbəkistanın qarşıdakı illərdə də Şavkat Mirziyoyevin liderliyi ilə hərtərəfli inkişaf yolunu davam etdirəcəyinə əminliyini ifadə edib.
Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri
Telefon söhbəti zamanı prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini qeyd edib, əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmaların və qəbul olunan qərarların yüksək səviyyədə icra olunmasından məmnunluqlarını bildiriblər.
Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 154 sənəd imzalanıb.
Azərbaycanla Özbəkistan arasında getdikcə genişlənən münasibətlər ilk növbədə çoxvektorlu olması ilə diqqət çəkir. Təqdirəlayiq haldır ki, ölkələrimizin daha da yaxınlaşmasına həm dövlətlər və liderlər güclü siyasi iradə sərgiləyirlər, həm də buna cəmiyyətlər səviyyəsində böyük istək var. İki ölkə arasında siyasi dialoq öz intensivliyi ilə səciyyələnir. Liderlərin qarşılıqlı səfərləri müntəzəm hal alıb. Onlar müxtəlif platformalarda tez-tez görüşərək ikitərəfli münasibətlərin müxtə?if aspektləri ilə bağlı aktual müzakirələr aparırlar. Eyni zamanda, siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da genişlənir. Özbəkistan ilə ticarətimizdəki 64 faizlik artım birgə dövriyyəmizi 111milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb.
Ötən ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana baş tutan uğurlu dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni imzalayıblar. Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında sənədin qlobal xarakter daşıdığını deyərək vurğulayıb ki, bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir.
Qeyd edək ki, həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan bütün Türk dünyasının qüdrətli dövlətlərindəndirlər. Özbəkistan 57,9, Azərbaycan isə 48 milyard dollar həcmində nominal ümumi daxili məhsula malikdirlər. Nəqliyyat sektoru iki dost dövlət, bütövlükdə, Türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Son vaxtlarda regionda cərəyən edən geosiyasi proseslər Avropadan və Asiyadan olan ayrı-ayrı ölkələrin, transmilli şirkətlərin diqqətini Orta Asiyadan və Cənubi Qafqazdan keçən multimodal dəhlizə cəlb edib. Azərbaycan və Özbəkistan bu marşrutda mühüm halqaları təşkil edirlər.
İki dost ölkə arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri də enerji sektorudur. Ötən il SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”si imzalanıb. Sənəd neft-qaz sahəsində birgə layihələrin reallaşdırılması və treydinq, neft emalı, neft-kimya sahəsində əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması və bu kimi digər önəmli istiqamətləri əhatə edir. Eyni zamanda, sənəd “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin əməkdaşlarının SOCAR-ın müəssisələrində təcrübə keçmələrini, şirkətlərin mütəxəssisləri arasında mütəmadi görüşlərin təşkilini, birgə işçi alt qruplarının yaradılmasını, rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığı nəzərdə tutur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19

