Humanitar, yoxsa qaçaqmalçılıq?
12.07.2023 [10:45]
Qırmızı Xaçın “üzqızardan” fəaliyyəti
BQXK-ya aid nəqliyyat vasitələrində qaçaq malın keçirilməsi cəhdləri aşkarlanıb
2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə tariximizdə yeni mərhələnin başlanğıcını qoydu. Ərazi bütövlüyünü təmin edən Azərbaycan ötən 3 ilə yaxın dövr ərzində regional təhlükəsizlik arxitekturasının formalaşdırılması yönündə mühüm addımları ilə seçildi. Bütün sferalarda əməkdaşlığı əsas meyar hesab edən Azərbaycan üçün əsas məsələ təhlükəsizliyin təmin edilməsi, irəliləmə prosesində olan sülh gündəliyinin təhdid altına düşməməsi, eyni zamanda, ərazi bütövlüyünün hər hansı bir müzakirə obyektinə çevirilməməsi və suveren ərazilərinə nəzarəti gücləndirməkdən ibarətdir. Bu mənada, aprelin 23-də Laçın - Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması olduqca böyük əhəmiyyət kəsb etdi. Sərhəd buraxılış məntəqəsinin qurulmasından ötən dövr ərzində bununla bağlı çox müzakirələr aparıldı - ermənilər və onların havadarları bu addımı hədəfə çevirməyə çalışsalar da, mümkün olmadı. Azərbaycan suveren hüquqlarından istifadə edərək, beynəlxalq hüquqa və müvafiq konvensiyaslara söykənərək bu sərhəd buraxılış məntəqəsinin qurulmasını təmin edib. Bir sözlə, hər şey qanuni və hüquqi xarakter daşıyır. Yaxın dövrdə isə ard-arda ermənilərin təxribatları Azərbaycanı daha kəskin və qətiyyətli addımlar atmağa sövq etdi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərinə məntəqədən keçmək hüququ hər zaman tanınıb. Amma görünən budur ki, BQXK da Azərbaycanın humanist davranışlarından sui-istifadə etməyə çalışıb. Son yayılan məlumatlar birmənalı qarşılana bilməz - öz fəaliyyətinə hər zaman müəyyən mənada ermənipərəst ştrixlər qatan BQXK bu dəfə də qeyri-qanuni addımları ilə yadda qalıb.
BQXK-nın “gizli yük” fəaliyyəti...
Dövlət Sərhəd Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Belə ki:
- 01.07.2023-cü il tarixdə saat 16:41 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 17.06.1976-ci il təvəllüdlü Hartunyan Garikin (pasport: AT0573343) idarə etdiyi Reno markalı 35VX480 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda bəyan olunmamış halda əl yüklərinin arasında gizlədilmiş 15 ədəd mobil telefon sərhəd naryadı tərəfindən aşkar olunaraq saxlanılıb.
- 03.07.2023-cü il tarixdə saat 15:52 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 12.04.1977-ci il təvəllüdlü Grigoryan Vrezhin idarə etdiyi (pasport: AU040291) UAZ markalı 768UU22 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda bəyan olunmamış halda əl yüklərinin arasında gizlədilmiş 115 ədəd mobil telefon ekranları, 10 ədəd mobil telefon platası, 120 ədəd mobil telefon üçün qida bloku, 1 ədəd ekran yapışqanı sərhəd naryadı tərəfindən aşkar olunaraq saxlanılıb.
- 05.07.2023-cü il tarixdə saat 16:10 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 26.04.1981-ci il təvəllüdlü Harutyunyan Sasunun (pasport: AU0219416) idarə etdiyi İveco markalı 711FF11 nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda 17 adda 848 qutu siqaret və ehtiyat yanacaq çənindən gizlədilmiş 320 lt benzin aşkar olunaraq saxlanılıb.
- 05.07.2023-cü il tarixdə saat 16:54 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 04.12.1959-cu il təvəllüdlü Musaielian Vakifin (pasport: AU031091) idarə etdiyi DAF markalı 37FF609 nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda 5 adda 125 qutu siqaret və ehtiyat yanacaq çənindən gizlədilmiş 1000 lt benzin aşkar olunaraq saxlanılıb.
Tibbi təxliyyə vasitələrindən təynatına uyğun olmayan istifadə...
Məlumatda qeyd olunur ki, bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb. Eyni zamanda, BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən də qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır. “Yuxarıda qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılmışdır. Bütün qaçaqmalçılıq faktları yerində əməliyyat çəkilişləri ilə sənədləşdirilmişdir”, - deyə məlumatda vurğulanır.
BQXK-nın Zabux “macərası”...
Hər zaman beynəlxalq hüquqa əsaslanan Azərbaycan dövləti regionda sülhün və təzlükəsizliyin təmini üçün əsaslı addımlar atmaqdadır. Sonuncu Brüssel görüşündə Ermənistanın Azərbaycanın ərazi bütövluyünü detallı şəkildə tanıması isə təhlükəsizlik arxitekturasının yaxın zamanda daha da möhkəmlənəcəyinə ümidlər yaradırdı. Azərbaycan ərazi bütövlüyünü təmin edib - sadəcə olaraq, Ermənistanın 2020-ci ildə imzaladığı üçtərəfli Bəyanata əməl etməsini səbrlə gözləyir. Ölkəmizin bu qədər humanist davranışlarının qarşılığında BQXK-nın sui-istifadə hallarına əl atmağa çalışması yolverilməzdir. Ümumiyyətlə, BQXK bir neçə dəfə bu kimi əməllərə yol verib. Məsələn, ötən ilin avqustunda Laçın şəhəri və rayonun ətraf kəndlərində qanunsuz şəkildə məskunlaşdırılmış ermənilər o əraziləri boşaldan zaman da bəzi proseslərin şahidi olmuşduq - Zabuxdan köçməyə hazırlaşan hər bir ailəyə əşyaların daşınması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən 500 ABŞ dolları məbləğində vəsait ayrıldığı bildirilirdi. Bunu kəndi tərk etməyə hazırlaşan ermənilər demişdi. Təbii ki, humanitar təşkilat funksiyasını yerinə yetirən bir Komitənin işğalçıya, başqasının torpağında məskunlaşmış insana pul ayırması hansısa ədalətin göstəricisi sayıla bilməz. Zabuxdan ayrılan ermənilərin törətdikləri təxribatlar, etdikləri vəhşiliklər isə göz önündə idi. Onlar evləri, meşələri yandırır, mövcud infrastrukturlara ziyan vururdular. Həmin ermənilərə hansı statusla Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən maliyyə yardımı ayrılmışdı?
“Humanitar” adlı qaçaqmalçılıq...
Neytrallıq və qərəzsizlik prinsiplərinə əsaslanan humanitar təşkilat sayılan Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyası silahlı münaqişə və məişət zorakılığı hallarının qurbanlarını müdafiə etmək, onlara yardım göstərməkdir. Başqa sözlə, müstəqil və neytral təşkilat olan BQXK mandatına uyğun olaraq, qərəzsizlik prinsipini rəhbər tutaraq, silahlı münaqişələrdən zərər çəkmiş məhbuslara, xəstələrə, yaralılara və mülki şəxslərə yardım göstərir. Birincisi, Azərbaycan dövləti hər zaman bəyan edib ki, Xankəndidə yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, biz prosesin danışıqlar və reinteqrasiya yolu ilə həllini istəyirik. Belə olan halda, BQXK-nın qeyri-qanuni yolla həmin ərazilərə nələrisi daşımasına nə ad vermək olar?
Digər tərəfdən, BQXK qaçqın və məcbur köçkünlərə yardım edən bir təşkilatdır. Bu təşkilat bilirmi ki, 1988-90-cı illərdə yüz minlərlə azərbaycanlı ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıblar və dədə-baba torpaqlarından qovulublar?
Bəli, BQXK hüquqi müstəvidə hər hansı beynəlxalq və ya hökumətlərarası təşkilat sayılmır - sadəcə olaraq, Cenevrə Konvensiyaları kimi əsas beynəlxalq müqavilələrdə onun tanınması və beynəlxalq statusu, mandatını müəyyən edilir. Bu mənada, onların həyata keçirdiyi fəaliyyət də Azərbaycan dövlətinin razılığı əsasında formalaşdırılır - amma bu kimi hallar bəzən səbri də daşıra bilir. “Humanitar adı” altında qaçaqmalçılıqla məşğul olmaq BQXK-ya baş ucalığı gətirməyəcək...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

