Ermənilər yenə məyus oldu
13.07.2023 [10:40]
BƏM Ermənistanın Azərbaycana qarşı növbəti iddiasını da rədd edib
NARDAR
Beynəlxalq Ədalət Məhkəməsi İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı məhkəmə işi üzrə 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi məqsədilə Ermənistanın 2023-cü il 12 may tarixli tələbini yekdilliklə rədd edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, bununla da məhkəmə qərarı ilə bir daha təsdiq edib ki, “2023-cü il aprelin 23-dən etibarən Laçın dəhlizində və ya onun boyunca yerləşdirilən hər hansı bir və bütün şəxsi heyəti geri çəkməyi və belə şəxsi heyətin Laçın dəhlizi üzərində və ya Laçın dəhlizi boyu yerləşdirilməsindən çəkinməyi Azərbaycandan tələb edən əlavə müvəqqəti tədbiri daxil etməklə” 2023-cü il 22 fevral tarixli Qərara dəyişiklik etmək barədə Ermənistanın tələbi əsassızdır. “Ermənistanın yalanlarının əksinə, Beynəlxalq Ədalət Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 22 fevral Qərarını pozduğunu müəyyən etməyib. Ermənistanı tərəflərin mübahisəsini daha da gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək barədə məhkəmənin Qərarına əməl etməyə və Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinə maneə törədən davranışa son qoymağa çağırırıq”, - deyə nazirliyin məlumatında vurğulanıb.
Ümumiyyətlə, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin müstəsna hüququdur. Əslində, Ermənistan tərəfinin bu məsələyə hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır. Yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi tamamilə yanlışdır. Bununla yanaşı, 10 noyabr üçtərəfli Bəyanatına əsasən, Azərbaycanın Laçın yolu üzərində səlahiyyətləri və suveren hüquqları mövcuddur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələrinin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək. Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin “etnik təmizləmə” məqsədi güddüyü barədə rəsmi İrəvanın cəfəng iddiası qəbuledilməzdir. Məntəqədən Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq lazımi şərait yaradılıb.
Lakin Ermənistan Azərbaycanın bu yola nəzarət etməsini istəmir, çünki yol vasitəsilə Qarabağda yaşayan erməni separatçılarına daha silah-sursat daşıya bilmir. Ona görə də, beynəlxalq ictimaiyyəti aldatmaq üçün guya Azərbaycanın Laçın-Xankəndi yolunu bağladığını, Qarabağda yaşayan ermənilərin blokadaya alındığı barədə informasiya yaymağa başladı. Bu prosesdə Ermənistanın xarici havadarları da ona ciddi dəstək verirdilər. Lakin video-görüntülər vasitəsilə beynəlxalq birlik Qarabağ ermənilərinin gediş-gəlişinin çox rahat şəkildə təmin olduğuna şahidlik etdi. Belə olan halda, Ermənistan iyunun 15-də Laçın postunda təxribat törədərək bir hərbi qulluqçumuzu yaraladı. Bundan sonra Azərbaycan tərəfi istintaqın gedişi ilə bağlı yoldan istifadəni məhdudlaşdırıb.
Əslində, Ermənistanın Azərbaycanı beynəlxalq məhkəmələrə verməsi paradoksal haldır. Çünki 30 illik işğal siyasəti yürüdən, bir çox hərbi, insanlığa qarşı cinayətlər törətmiş Ermənistanın özü məhkəmə qarşısına çıxarılmalıdır. Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Hazırda Ermənistanın törətdiyi hərbi cinayətlər sənədləşdirilir. Belə ki, törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlanılıb. Mülki əhali, infrastruktur, dini, tarixi və mədəni abidələrə dəymiş ziyanın müvafiq təhlili aparılır, hər bir fakt sənədləşdirilir. Ermənistan dövləti işğal dövründə humanitar hüquq normalarının kobud şəkildə pozulması hallarına yol verib. Hələ işğal dövründə Azərbaycanın təkidi ilə ATƏT-in iki faktaraşdırıcı missiyası erməni əsarətində olan torpaqlarımızda monitorinq aparmışdılar. Həmin missiyalar Ermənistanın qanunsuz əməllərini, cinayətlərini öz hesabatlarında əks etdirməyə məcbur olmuşdular. Çünki bu cinayətləri inkar etmək mümkün deyildi. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərə xarici ekspertlərin, diplomatların, jurnalistlərin səfərləri təşkil edilir. Onlar Ermənistanın hərbi cinayətlərinin - yaşayış məntəqələrinin tam dağıdılmasının, təbiətə vurulan ziyanın, qeyri-qanuni məskunlaşmanın şahidi olublar.
Məlumdur ki, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində, Avropa Məhkəməsində, Beynəlxalq Arbitraj Məhkəməsində Ermənistana qarşı iddialar qaldırıb. Dövlətimizin başçısı da Ermənistanın cinayətlərinin cəzasız qalmayacağına dair dəfələrlə fikirlərini ifadə edib. Çünki Ermənistan bəşəri dəyərlərə, humanizm prinsiplərinə hörmətsizlik nümayiş etdirib, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozub. Ermənistanın cinayətlərinin hüquqi qiymətləndirilməsində, işğal nəticəsində dəymiş ziyanın hesablanmasında beynəlxalq hüquq mütəxəssisləri də iştirak edir. Ermənistan törətdiyi bütün cinayətlərə görə cavab verməlidir. Bütün bunların fonunda bu forpost ölkənin Azərbaycandan beynəlxalq instansiyalara şikayət etməsi absurddur.
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

