Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan region üçün təhdid mənbəyidir

Ermənistan region üçün təhdid mənbəyidir

14.07.2023 [10:10]

Azərbaycan QHT-ləri ekoloji terrorun dayandırılması tələbini irəli sürür 

Günel ABBAS

Məlum olduğu kimi, 1 həftə əvvəl Azərbaycanın 24 vətəndaş cəmiyyəti təşkilatı Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktub yazıb. Məktub Ermənistanın apardığı ekoterrorun dayandırılması ilə bağlı məsələni özündə əks etdirib. Ümumiyyətlə, Ermənistanın yürütdüyü siyasət bütün müstəvilərdə olduğu kimi, ekoloji müstəvidə də terrora, dağıdıcılığa əsaslanır. 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi barbar davranışlar nəticəsində Azərbaycanın fauna və florasına böyük ziyan dəyib. İndiki halda Ermənistanın siyasi rəhbərliyi eko terroru başqa istiqamətlərdə davam etdirir. Məsələn, Naxçıvan yaxınlığında Ermənistanın tikdiyi zavod bütövlükdə, regionda ekoloji tarazlığa qarşı təhdiddir. İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı QHT-lərin Ermənistanın bölgədə yaratdığı ekoloji təhdidlə bağlı N.Paşinyana müraciəti, eləcə də işğalçı ölkənin dağ-mədən sənayesi müəssisələrinin ağır fəsadları barədə fikirlərini bildirmişdi.

İrəvan regionu ekoloji

fəlakətə sürükləyir

“Pasiyent Təşkilatları İttifaqı və Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında Ermənistanın dağ-mədən sənayəsində apardığı işlərin bütövlükdə, region üçün ciddi risk olduğunu deyib. Onun sözlərinə görə, bu vəziyyət ekologiyanın çirklənməsinə, ən əsası isə insanların sağlamlığına ciddi şəkildə mənfi təsir edir: “Bizi narahat edən əsas təhlükə ondan ibarətdir ki, axıdılan ağır metallar birbaşa Araz çayına, ya da Araz çayı ilə birləşən digər çaylara axıdılır. Bununla da, Ermənistan həm öz vətəndaşlarını təhlükədə saxlayır, həm də qonşu dövlətlərin, yəni Azərbaycan və Gürcüstan vətəndaşlarının sağlamlığına ciddi ziyan vurur. Ümumilikdə isə regionu ekoloji fəlakətə sürükləyir”.

A.Hüseynov qeyd edib ki, qeyri hökumət təşkilatları Ermənistan dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıblar: “Ermənistan hakimiyyəti özlərinin və ən əsası qonşu ölkələrin vətəndaşlarına ziyan vurulmasının qarşısını almalı, atılan addımlara görə məsuliyyət daşımalıdır. Məktubda beynəlxalq standartlara uyğun işlərin aparılması üçün monitorinq qruplarının təşkili və bu qrupların tərkib hissəsində Azərbaycan nümayəndələrinin olmasının vacibliyini açıq şəkildə qeyd edilib. Bizim üçün prioritet məsələ Azərbaycan vətəndaşlarının sağlamlığını qorunması, təhlükə saçan Ermənistanın dağ-mədən sənayəsində aparılan işlərin dayandırılması və beynəlxalq hüquq normalarına əməl edilməsidir”.

Ermənistan ekoterrordan əl çəkməlidir

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli bildirib ki, ermənilərin ölkəmizə qarşı apardığı təcavüzkar siyasətin bir qolu da məhz ekoloji terrora əsaslanır. Hələ 1988-ci illərdə Ermənistan azərbaycanlıların kütləvi deportasiyasını həyata keçirdikdən sonra həmin regiondakı maddi-mənəvi abidələri dağıtmağa başladı. Onlar istəyirdilər ki, həmin regionların tarixi Azərbaycan torpağı olması ilə bağlı hər hansı bir maddi fakt olmasın. Onlar hətta meşələri belə yandırır, evləri dağıdır və bu kimi barbar hərəkətlərə yol verirdilər: “1988-ci ildə Xankəndinin ozamankı erməni rəhbərliyi Topxana meşəsi deyilən ərazidə kimya zavodu tikmək tələbi ilə hərəkətə başladı. O zaman xalqımız haqlı olaraq buna etiraz etdi. Bu proses müvəqqəti dayandırılsa da, sonradan müharibə və işğal dövrü başladı. 30 ildən artıq gedən bu prosesdə ermənilər ərazinin maksimum istismarı üçün əllərindən gələnləri etdilər. Onlar işğal etdikləri ərazilərimizdə təkcə şəhər, qəsəbə və kəndlərimizi deyil, həm də təbiətimizi dağıtmağa başladılar. Təxminən 280 min hektar meşəlik olan ərazimizdə yerləşən tarixi çinar meşələri də daxil olmaqla, təbiətimizə xeyli ekoloji ziyan vuruldu”.

Onun sözlərinə görə, bu acı mənzərə torpaqlarımızın işğaldan azad edilməsinin ardından daha bariz şəkildə ortaya çıxdı. “Məlum oldu ki, minlərlə hektar meşələrimiz qırılaraq, qonşu İrana və Ermənistana daşınıb. Nəticədə, o ərazilərdə  digər bitki və heyvan aləminə ciddi zərər vurulub.Hazırda mütəxəssislər bu zərərin maddi dəyərini hesablayırlar. Bildiyim qədəri ilə bəzi beynəlxalq şirkətlər də bu işə cəlb edilib. Təkcə meşələr deyil, eyni zamanda, tikinti materialı mədənlərimiz də vəhşicəsinə istismar olunub. Bundan başqa, bir neçə mədəndə istismar işi qanunazidd olmaqla bərabər təbiətə ziyan vurmaqla aparılıb. Bundan başqa çaylarımıza zəhərli maddələr, ağır metal tullantıları axıdılıb ki, nəticədə fauna və floraya ciddi zərər dəyib. Biz məktubumuzda Ermənistanı bu eko terrordan əl çəkməyə çağırmışıq. Mütləq şəkildə Ermənistan bu yoldan çəkinməli və prosesi dayandırlmalıdır”.

Paylaş:
Baxılıb: 610 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31