Ermənistana etiraz
18.07.2023 [11:00]
Cənubi Qafqazda ekoloji vəziyyət pisləşir
Günel ABBAS
İyulun 7-də Azərbaycanın Qeyri-Hökumət Təşkilatları Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana müraciət edib. Müraciətdə Ermənistanın dağ-mədən sənayesinin regionda ciddi ekoloji fəlakət yaratdığı bildirilib.
“Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova deyib ki, Azərbaycanda ekologiya və ictimai səhiyyə sahəsi üzrə fəaliyyət göstərən 20-dən çox qeyri-hökumət təşkilatları ilə birgə Ermənistanın baş naziri Nikol Paşinyana məktub ünvanlanıb: “Məktubda Ermənistanda dağ-mədən sənayesində işlərin ekoloji normaları gözlənilmədən aparıldığı qeyd olunub. Biz buna Ermənistan tərəfindən həyata keçirilən ekoloji terror desək daha düzgün olar. Çaylarımızın, atmosferin çirkləndirilməsi, torpaq ekosisteminin məhvi, insanların həyatını təhlükə altında qoyacaq içməli su ehtiyatlarının zəhərlənməsi son illərdə daha geniş vüsət alıb. Məktubda qeyd olunan 12 faktdan göründüyü kimi, ərazidə çirklənməyən çay qalmayıb. Sevan gölü, Həkəri çayı, Bərgüşadçay, Arpaçay, Bazarçay eləcə də Araza tökülən bir çox çaylar ağır metal tullantıları, sionid və digər zəhərli maddələrlə çirkləndirilir.
Naxçıvan Muxtar Respublikası ilə sərhəd bölgədə yerləşən Arazdəyən yaşayış məntəqəsində metallurgiya zavodunun tikintisi davam etdirilir. Həmin zavoda Amerika Birləşmiş Ştatlarının bir şirkəti 70 milyon dollar sərmayə qoyub. İllik dövriyyəsi 180 min ton metal istehsal etməyə imkan verən bu zavod da ətraf mühit üçün ciddi təhdiddir. Ümumiyyətlə, biz düşünürük ki, bu, nəinki regionu, hətta planeti də böyük təhlükə ilə üz-üzə qoyur. Çünki zavoddan buraxılan zəhərli tullantılar atmosferə qalxır, nəticədə turşulu yağışlar yağmağa başlayır. Çaylara axıdılan zəhərli tullantılar faunaya, floraya, canlı aləmin məhvinə gətirib çıxarır. Həmin sulardan istifadə edən insanların səhhətində ciddi problemlər yaranır. Biz ictimai səhiyyə fəalları olaraq bir müddət öncə Arazdəyəndə metallurgiya zavodunun tikilməsi ilə bağlı öz etirazımızı ifadə edən bəyanat yayımlamışdıq. Bu bəyanata artıq 40-dan çox beynəlxalq vətəndaş cəmiyyəti nümayəndələri imza atıblar. Həmçinin bəyanatı 100-dən çox beynəlxalq insan hüquqları üzrə təşkilatlara, Ümumdünya Səhiyyə Təşkilatına, BMT-nin ətraf mühit və insan hüquqları üzrə məruzəçilərinə, “Save the children” təşkilatına və ətraf mühitlə bağlı fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumlarına da göndərmişik”.
“Şəfəq” Ekoturizm İctimai Birliyinin prezidenti Vamiq Babayev bildirib ki, ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq biz hər zaman Ermənistan tərəfindən sərhəd ərazilərimizdə ekoloji fəlakətə yol açan işlərin görülməsini qətiyyətlə pisləyir və müxtəlif etiraz formalarından istifadə etməklə bu kimi zərəli fəaliyyətlərin qarşısını almağa çalışırıq: “Çünki bu proseslər təkcə Ermənistanın və Azərbaycanın ekoloji sisteminə təhdid deyil, eyni zamanda, Cənubi Qafqaz regionunun ekoloji vəziyyətinin pisləşməsinə səbəb olur. Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atır. Bu problemlərin qarşısının birdəfəlik alınması üçün zəruri tədbirlərin görülməsinin vaxtı çatıb. Biz, eyni zamanda, Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının da öz ölkələrində genişlənən ekoloji problemlərlə bağlı artan həyəcanını diqqətlə izləyirik. Azərbaycan QHT-ləri olaraq beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozmaqla, Ermənistanın dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı narahatlığı ifadə edən məktubu bu ölkənin baş naziri Nikol Paşinyana ünvanlamışıq.”
QHT sədri qeyd edib ki, Paşinyana ünvanlanan açıq məktub beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılması tələbidir: “Qeyd edim ki, BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü, 6-cı, 12-ci, 13-cü, 15-ci Məqsədlərinin tamamilə əleyhinə çıxır. Ermənistanda aparılan dağ-mədən sənayesi işlərində heç bir ekoloji norma və prinsiplər gözlənilmədən istehsalat işləri aparılır. İşğalçı dövlət bu işlərin görülməsinə bir sıra xarici şirkətləri də cəlb edərək, onları törətdikləri cinayətlərə şərik edir. Təəssüf edirik ki, xarici şirkətlər də transsərhəd kontekstində zavodların fəaliyyətində heç bir beynəlxalq hüquq normalarını gözləmir.”
V.Babayev bildirib ki, Naxçıvanla həmsərhəd Arazdəyən kəndində ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə zidd inşa olunan yeni metallurgiya zavodunun tikintisi də ətraf mühitin, ekosistemin pozulmasına, biomüxtəlifliyin məhvinə, havanın zəhərli tullantılarla
çirklənməsinə, mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, bu, həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

