Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində "dəyirmi masa" keçirilib
23.09.2011 [10:24]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Dövlət Komitəsinin sədri Hidayət Orucov tədbir iştirakçılarını bu əlamətdar hadisə münasibətilə təbrik edib. O, müstəqil Azərbaycanın inkişafının əsas mərhələləri üzərində dayanaraq qeyd edib ki, Ermənistanın hərbi təcavüzünə və bizim torpaqları işğal etməsinə baxmayaraq, Azərbaycan böyük uğurlar qazanıb, sürətli iqtisadi inkişafa nail olub.
H.Orucov vurğulayıb ki, müstəqillik illərində Azərbaycan təkcə sosial-iqtisadi sahədə uğurlar qazanmaqla kifayətlənməyib həm də vicdan və dini etiqad azadlığını təmin edib: “Dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzinə çevrilmiş ölkəmizin tolerantlığı dünya dövlətləri üçün nümunə olub”.
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov çıxış edərək deyib ki, regionda və dünyada Azərbaycanın mövqelərinin möhkəmlənməsi, milli-mənəvi dəyərlərin möhkəm dayaqlar üzərində qərar tutması ölkənin müstəqilliyinin birbaşa nəticəsidir: “İnkişafın kökündə dayanan çoxlu amillər içərisində milli-mənəvi dəyərlər xüsusi qeyd olunmalıdır. Milli-mənəvi dəyərlər Azərbaycanın inkişafının vacib şərtlərindən hesab olunmalıdır”.
Onun sözlərinə görə, Azərbaycanda dözümlülük və tolerantlığın təmin edilməsinin kökündə dayanan əhəmiyyətli faktorlardan biri mili-mənəvi dəyərlər sistemidir: “Hər bir xalqın və millətin milli-mənəvi dəyərlər sisteminin nüvəsini onun dini baxışları təşkil edir”.
Ə.Əhmədov bildirib ki, din, dini inanclar sistemi də hər bir millətin inkişafında əhəmiyyətli rol oynayır: “Dinə təkcə insanların inanclar sistemi kimi baxmağın tərəfdarı deyiləm. Din daha geniş, daha əhatəli dəyərlər sistemidir”.
Sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Eldar Mikayılov, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının başçısı Aleksandr, Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Semyon İxiilov, digər dini icmaların rəhbərləri qeyd ediblər ki, ölkəmizdə dini dözümlülük və tolerantlıq ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq təcəssüm tapıb. Hazırda Prezident İlham Əliyev bu kursu uğurla davam etdirir. Müsəlman, yəhudi və pravoslav məbədlərinin bərpası və inşası üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Milli mədəni və mənəvi dəyərlərin qorunub saxlanmasında, onların dünyada təbliğ edilməsində Heydər Əliyev Fondunun və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük rolunu da qeyd etmək lazımdır.
Bildirilib ki, Azərbaycan dövləti vətəndaşların mənəvi seçiminə hörmətlə yanaşır, lakin hər hansı ekstremizm, dözümsüzlük təbliği cəhdlərinin qarşısı qətiyyətlə alınıb və bundan sonra da alınacaq, dindən siyasi məqsədlər üçün istifadə edilməsinə imkan verilməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

