Erməni mediasının “Xaçaturyan yalanları”
05.08.2023 [10:40]
Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunun Meşəli kəndinin azərbaycanlı sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərdə iştirak etmiş cani Vaqif Xaçaturyanın Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində həbs edilməsi Azərbaycan cəmiyyəti tərəfindən təqdir olunur. Çünki bu şəxsin adı çoxdan beynəlxalq axtarışa verilmişdi və onun cinayətlərini təsdiqləyən çoxsaylı sübutlar var. Meşəli faciəsinin şahidi olan insanlar V.Xaçaturyanın hansı amansız cinayətlər törətdiyini KİV-ə danışırlar. Azərbaycan hüquq-mühafizə orqanlarının onu həbs etməsi Meşəli faciəsini yaşamış insanların qəlbinə böyük təsəllidir, şəhid olanların isə ruhu şaddır.
Azərbaycan bütün müstəvilərdə ədalətin bərpası uğrunda mübarizə aparır və buna nail olur. Meşəli cinayətinin iştirakçılarından olan, günahsız azərbaycanlıların qətlində iştirak edən Vaqif Xaçaturyanın saxlanılması, istintaqa cəlb edilməsi də ədalətin bərpasının növbəti təntənəsidir. Azərbaycan xalqına qarşı qanlı cinayət törədənlər məhkəmə qarşısında cavab verir. Əslində, tarixi və ilahi ədalət hər zaman öz yerini tapır - hər kəs törətdiyi cinayətin məsuliyyətini daşımağa məhkumdur. Xaçaturyanın da məsuliyyətə cəlb olunması bunu təsdiqləyir.
Ermənistan Xaçaturyanın cinayətlərinə “bəraət” qazandırmağa çalışır
Əli günahsız azərbaycanlıların qanına batmış Xaçaturyanın saxlanmasına qarşı Ermənistanın etiraz etməsi isə bu ölkənin hərbi cinayətləri dövlət səviyyəsində açıq şəkildə dəstək verməsinin bariz sübutudur. Bu, bir daha göstərir ki, sözdə guya Azərbaycanla sülh müqaviləsinin imzalanmasını “istəyən” hazırkı Ermənistan iqtidarı, əslində azərbaycanlılara qarşı soyqırımda əli olmuş şəxsləri müdafiə etməklə, onların törətdiyi cinayətlərə bəraət qazandırmağa çalışır. Xüsusilə bu yöndə Ermənistan mətbuatı “canfəşanlıq” edir. Belə ki, erməni mediası X.Xaçaturyanın törətdiyi cinayətləri görməzdən gələrək, onu müdafiə etməyə çalışırlar. Bu ölkənin qəzetlərində, saytlarında və televiziyalarında iddia olunur ki, guya Azərbaycan Qarabağda “humanitar problemlər yaratmaqla” yanaşı, dinc əhali arasında qorxu mühiti yaratmağa çalışır. “İyulun 29-da Azərbaycan BQXK-nın müşayiəti ilə müalicə üçün Dağlıq Qarabağdan Ermənistana aparılan Vaqif Xaçaturyanı oğurlayıb. Azərbaycan prokurorluğu Xaçaturyanı hərbi cinayətlərdə, soyqırım törətməkdə, əhalini deportasiya etməkdə ittiham edib”- deyə bildirən erməni mediasının yaydığı dezinformasiyalarda bu da iddia olunur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəflərə köçürüləcək xəstələrin siyahılarını əvvəlcədən təqdim edir və onların köçürülməsini yalnız razılıq əldə edildikdən sonra həyata keçirir.
Erməni mediasının saxtakarlığı
Erməni mediasının yazdığı “Azərbaycan Baş Prokurorluğu tərəfindən Vaqif Xaçaturyanın “oğurluğundan” dərhal sonra saxta ittihamlarla dolu mesajın yayılması bu əməliyyatın əvvəlcədən təfərrüatlı şəkildə planlaşdırıldığını göstərir. Üstəlik, mesajda eyni yanaşmanın Qarabağın digər sakinlərinə də tətbiq edilməsi ilə bağlı açıq təhdid var” kimi fikirlər qərəzin və yalanın görünməmiş həddidir.
Azərbaycan Ombudsmanı Xaçaturyana baş çəkib
Bu yalan və böhtanların əsas məqsədi isə Azərbaycana qarşı beynəlxalq müstəvidə mənfi rəy yaratmaqdır. Halbuki V.Xaçaturyanın həbs olunması həm beynəlxalq hüquqa, həm də ölkəmizin qanunvericiliyinə tamamilə uyğundur. Digər tərəfdən, həbsdə olan V.Xaçaturyana münasibətdə humanitar hüququn qaydalarına uyğun davranılır. Xaçaturyanın özü də saxlanma şəraitindən razılıq edir. Belə ki, avqustun 3-də Azərbaycanın insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib. Ombudsman tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində milli və beynəlxalq hüquq normalarının, o cümlədən BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolunun tələblərinə uyğun həyata keçirilən növbəti başçəkmə çərçivəsində iyulun 29-da Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” buraxılış məntəqəsində saxlanılan Vaqif Xaçaturyan fərdi qaydada qəbul edilib.
Xaçaturyan vəziyyətindən razı olsa da...
Ombudsman və onun İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərinin də iştirak etdikləri başçəkmə zamanı qəbul edilən V.Xaçaturyanın müraciəti dinlənilib. O, ilkin tutulma anından ona göstərilən humanist münasibətdən, keyfiyyətli tibbi xidmətdən razılığını bildirib və səhhətində müsbət dəyişikliklər olduğunu deyib. V.Xaçaturyan bütün bunlara, eyni zamanda, onunla rəftara, saxlanma şəraitinə, ailəsi ilə əlaqə imkanı yaradıldığına görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti - şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, həmin şəxsə münasibətdə də heç bir fərq qoyulmadan milli qanunvericiliyə və beynəlxalq sənədlərə uyğun olaraq hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu, palatasında bədii ədəbiyyat və lazımi informasiya materiallarının olması müəyyən edilib. Qəbul edilmiş şəxsə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dilində qanunvericilik aktları və beynəlxalq sənədlər, ombudsmana və 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub.
Başçəkmə çərçivəsində qəbul edilmiş həmin şəxslə bağlı məlumatlar, video və fotoşəkillər müvafiq beynəlxalq qurumlara da göndərilib. Amma nədənsə Ermənistan mediası V.Xaçaturyanın saxlanma şəraitindən razı olduğunu, səhhətinin yaxşılaşdığını və dövlətimizdən razılıq etdiyini görməzdən gəlir. Bu haqda bəzi saytlarda verilən məlumatlarda isə sadəcə “Azərbaycan ombudsmanı Vaqif Xaçaturyana baş çəkib” cümləsi yer alıb. Bütün bunlar erməni xislətinin göstəricisidir. Amma onların nə etməsindən asılı olmayaraq, Azərbaycan dövləti öz prinsipial və ədalətli mövqeyində qərarlıdır.
NARDAR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

