Yanpərəst “müdafiə dəstəsi”...
10.08.2023 [10:10]
Anti-Azərbaycan dairələr yenidən fəallaşıb. Qubad İbadoğlunun cinayət məcəlləsinin müvafiq bəndinə əsasən saxlanılması və haqqında həbs-qətimkan tədbirinin seçilməsi sanki ermənipərəst mərkəzlər üçün siqnala çevrilib. Şəbəkələşmiş fəaliyyəti ilə seçilən bu mərkəzlər ard-arda məsələ ilə bağlı “etirazını” ifadə edir. Maraqlıdır ki, çox zaman fəaliyyət sferasına daxil olan konkret vəzifələrini unudan təşkilatlar belə İbadoğlu üçün “səfərbər” olublar.
Yalan, qərəz, maraq...
Məsələn, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı adlı təşkilat Qubad İbadoğlu ilə bağlı “çağırış edib”. “Təşkilatın” yaydığı “bəyanatda” daha çox Q.İbadoğlunun “təqdimatına” yer ayıran təşkilat İbadoğlunu Azərbaycanda demokratik prinsiplərin, sosial-iqtisadi tərəqqinin tərəfdarı kimi qələmə verir. Q.İbadoğlunun kimlərin maraqlarına dəstək verməsi Azərbaycan ictimaiyyətinə yaxşı bələddir. Bu səbəbdən də, həmin təşkilatın Q.İbadoğlunu şişirdərək “demokratiya fenomeni” səviyyəsinə qaldırmaq cəhdlərinin arxasında yatan mətləb də məlumdur. Maraqlıdır ki, təşkilat İbadoğlunun “səhhəti” ilə bağlı yalan SOS səsləndirməyi belə özünə rəva bilir - Qubad İbadoğluna qarşı ittihamların “saxta” olduğuna və “siyasi motivlər”lə irəli sürüldüyünə əminlik ifadə edir. Görəsən təşkilatın bu “əminliyi” haradan qaynaqlanır? Və ya təşkilat “bəyanatında” Qubad İbadoğlunun saxlanma şəraitinin ağır olmasından da “narahat” olduğunu bildirir - bu “narahatlığın” da əbəs olmadığı ortadadır. Bu təşkilat özünün missiya ortağı olan şəxsi qorumaq üçün bütün yalanlara əl atır. Onlar iddia edirlər ki, İbadoğlu lazım olan dərman preparatları, düzgün qidalanma, təmiz içməli su əldə etməkdə çətinlik çəkir - onun kamerasında hava sirkulyasiyası, təbii işıq və lazımi sanitar şərait yoxdur. Bütün bu cəfəngiyyatı uydurmaq üçün təşkilat deyəsən, yalnız xəyali motivlər üzərində çalışıb - çünki reallıqdan kənar olan bu fikirləri ortaya atmaqla onlar həm də Azərbaycana qarşı qərəzlərini yenidən nümayiş etdirirlər.
Təşkilat iddia edir ki, guya İbadoğlu saxlanılarkən həddindən artıq güc tətbiqi, pis rəftar, tibbi yardımdan imtina və pis saxlanma şəraiti qeyri-insani və ləyaqəti alçaldan rəftarla üzləşib - axı, bunların boş yalan olduğunu hər kəs bilir. Ən azından yeni texnologiyalarla saxlanma anı izlənilir, geniş auditoriyaya təqdim olunur - bu isə təşkilatın növbəti dəfə yalan danışdığını ortaya qoyur.
İƏÜT-ün ənənəvi anti-Azərbaycan mövqeyi
Xüsusi olaraq vurğulanmalıdır ki, bu fakt adını İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının praktikasında ilk anti-Azərbaycan kampaniyası deyil. Bu təşkilat fürsət düşdükcə eyni metodlardan istifadə edir, Azərbaycana qarşı təzyiq kampaniyası təşkil etməyə çalışır. Məsələn, 2015-ci ildə təşkilat Azərbaycana qarşı kampaniya təşkil etmişdi. 2016-cı ildə də analoji hal müşahidə olunmuşdu. Maraqlıdır ki, təşkilat yalnız eyni mənbədən qidalanan fərdlərin hər hansı cinayətinin üstünün açılması təqdirində “üzə çıxır” - əsasən də radikal müxalifət nümayəndələrinin yol verdikləri qanun pozuntusunu ört-basdır etmək üçün əl-ayağa düşür. Məsələn, illərlə Ermənistanın azərbaycanlı əsirlərə verdiyi işgəncələrə, eyni zamanda, bu ölkənin özündə baş verən anti-demokratik addımlara, Ermənistan zindanlarında işgəncədən ölən insanlara diqqət yetirən yoxdur.
Təşkilatın qaranlıq maliyyə mənbələri...
Qeyd edək ki, təşkilatın əsası 1985-ci ildə Cenevrədə qoyulub. Sözdə müstəqil, tərəfsiz, beynəlxalq qeyri-hökumət təşkilatı statusu daşıyan bu təşkilat əslində, anti-milli və ermənipərəst mərkəzlərin şəbəkəsidir. 90-dan çox ölkədə fəaliyyət göstərən bu təşkilatın maliyyə mənbələri də qaranlıqdır. Uzun illər Qərb mətbuatına bu barədə informasiyalar sızdırılmasa da, son dövrlərdə təşkilatın əsas maliyyə qaynaqlarının bir sıra erməni əsilli milyarderin, o cümlədən Qərbin anti-milli donor təşkilatlarının təşkil etməsi üzə çıxıb.
Uzun illərdir ki, təşkilatın rəhərliyində təmsil olunan Cerald Staberokun isə ermənilərlə işbirliyini təsdiqləyən onlarla fakt mövcuddur. Ayrı-ayrı vaxtlarda bu şəxsin erməni maraqlarına xidmət edən kampaniyalar təşkil etməsi də göz önündədir.
“Qahmar” çıxanların hamısı...
Qeyd edildiyi kimi, Qubad İbadoğlunu müdafiə edənlər birmənalı olaraq ya ermənipərəst mərkəzlərin xidmətçiləri, ya da birbaşa ermənipərəstlikləri ilə şöhrət qazanmış şəxslərdir. Məsələn, İbadoğluna “qahmar çıxmaq” istəyənlər sırasına ABŞ-ın məşhur konqresmeni Kris Smit də əlavə edilib. Qlobal İnsan Hüquqları alt komitəsinin sədri və Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri olan ABŞ nümayəndəsi Kris Smit də İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının “tezislərini” olduğu kimi təkrarlayıb - bu isə bəyanatların eyni mətbəxdə hazırlandığını deməyə əsas verir Smit də İbadoğlunın həyatının “təhlükə” qarşısında olduğunu iddia edir, saxlanma şəraiti ilə bağlı “narahatlığını” ifadə edir. Demək ki, Qubad İbadoğlunu müdafiə əmri ən yüksək səviyyədə şəbəkələmiş ermənipərəst mərkəzlər tərəfindən verilib.
907-ci düzəlişin müəllifi İbadoğlunu müdafiə edir
Kris Smit adı Azərbaycan oxucusuna yaxşı tanışdır. 1981-ci ildən etibarən Nyu-Cersi ştatının 4-ci dairəsindən Respublikaçılar partiyasından namizədliyi irəli sürülən və hər dəfəsində də qalib gələn Smit o dövrdən erməni lobbisinin müti quluna çevrilib. Bu ştat erməni diasporunun üzvlərinin sayına görə ABŞ-da 4-cü yerdədir. Kris Smitin opponentlərinin verdiyi məlumatlara görə bu dairədən uzun illər stabil olaraq qalib olmağın əsas səbəbi və məhz ermənilərin ona mühüm maliyyə dəstəyi verməsi sayəsində mümkün olub. Sözsüz ki, Kris Smit də öz himayədarlarına borclu qalmır və uzun illərdir ki, erməni lobbisinə xidmət göstərir. Bilavasitə onun fəal iştirakı ilə 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilmiş 907-ci düzəlişlə Azərbayacana Amerikanın birbaşa yardımına qadağa qoyulmuşdu. Kris Smit ABŞ-ın “erməni soyqırımı”nın tanınması ilə bağlı ən çox fəallıq göstərən bir Konqresmendir. O, konqresdə ən fəal ermənipərəst kimi tanınıb. Hətta 2015-ci ilin aprelində qondarma “erməni soyqırımının 100 illiyi” dinləməsi üzrə Helsinki komissiyasını belə təşkil etmişdi. Ardından isə “Azərbaycan demokratiya aktı” layihəsini irəli sürmüşdü ki, bu da ölkəmizə qarşı ən mühüm antiimilli iddialar sayıla bilərdi. Həmin dövrdə konqresmen Kris Smitin rəhbərlik etdiyi ABŞ Helsinki Komissiyası Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə “Azərbaycan Demokratiya aktı” qanun layihəsini Konqresə təqdim etməklə ölkəmizə qarşı mühüm təbliğat kampaniyası başlatmışdı.
Beləliklə, bu kimi ermənipərəst addımları ilə yadda qalan Kris Smitin açıq şəkildə Qubad İbadoğlunu dəstəkləməsi normal sayıla bilməz. Bu, şəxsi maraqlara söykənən və illərə uzanan “dostluğun”, “əməkdaşlığın”, “işbirliyinin” nəticəsidir...
Van Hollen - açıq Türkiyə “düşmənidir”...
İbadoğlunu dəstəkləyən bir digər konqresmen də “məşhur” simadır - ABŞ senatoru Kris Van Hollen də ölkəmizə qarşı ciddi təzyiqlər göstərməyi “təklif edib”. Bu şəxs isə açıq anti-Türkiyə siyasəti ilə seçilən insanlardandır. Uzun müddətdir ki, gündəmdə olan və Türkiyə - ABŞ münasibətlərində mühüm yerə malik “F-16” təyyalərinin təkmilləşdirilməsinə və yeni partiyaların satışı məsələsinə qarşı olan ən “fəal” deputat məhz Van Hollendir. O, hətta ABŞ və NATO-nun Türkiyəni məsuliyyətə cəlb etmək üçün birlikdə çalışmalı olduğunu belə demişdi.
Beləliklə, nə sirrdirsə İbadoğlunu dəstəkləyənlərin hər biri ayrı-ayrılıqda Azərbaycan və Türkiyə düşmənləridir. Bunun arxasındakı mətləblər isə o qədər də təəccüblü deyil...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

