Amerikalı konqresmenin separatizm xəstəliyi...
12.08.2023 [10:50]
Bred Şermanın təxribatçı “təbriki”...
Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqlar bəzi ermənipərəst mərkəzləri və erməni lobbisini narahat edir. Aparılan sülh prosesindəki açıq üstünlüyümüz isə erməni lobbisini bəzi təxrtibatçı hərəkətlərə sövq edir. Lobbi təsiri altında olan bir sıra şəxsləri mütəmadi təxribatçı hərəkətlərə yönəldir ki, bu da nəinki həmin şəxslərə, eləcə də onların təmsil etdikləri siyasi təşkilatlara və ya ölkələrə baş ucalığı gətirmir. Bu mənada Fransa xüsusilə seçilsə də, bir sıra başqa ölkələrin də təmsilçiləri belə “hərəkətlərlə” yadda qalır.
Məsələn, bir neçə gün öncə ABŞ konqresmeni Bred Şermanın David İşxanyanı rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə hələ də qalan qondarma və oyuncaq qurumun “parlament sədri” vəzifəsinə seçilməsi münasibətilə təbriki də bu qəbildəndir. Bred Şerman özünün “təbrik məktubunda” ölkəsinin siyasi mövqeyinə əks gedərək separatizmi dəstəkləyir, həqiqətlərəi təhrif edir, beynəlxalq hüquqa qarşı hörmətsizlik edir.
Şerman kimdir - ermənilərlə “işbirliyi”...
ABŞ konqresmeninin Azərbaycanın ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik etməsi faktı ortadadır və əslində onun kimliyi bir daha təxribatçı hərəkətinin mahiyyətini ortaya qoyur. Belə ki, David Şerman ABŞ Konqresinə Kaliforniya ştatında, Los Anceles şəhərindəki San Fernando dairəsindən (30-cu dairə) seçilib. Kaliforniyanın, demək olar, bütün Demokrat partiyalı üzvləri kimi o da Azərbaycan və Türkiyəyə qarşı qatı düşmən mövqeyi sərgiləyir. Şerman, həmçinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin və Konqresin Erməni Məsələləri üzrə Komissiyasının üzvüdür.
Şermanın həyat yoldaşı, dövlət departamentinin əməkdaşı olan Liza Nikole Kaplanın da milliyyəti şübhəlidir. Onun ermənilərlə yaxınlığı və ya fransız əsilli olması da istisna edilmir.
Qarabağın Azərbaycan olması hər kəs tərəfindən etiraf edilir...
Bir daha vurğulanmalıdır ki, Azərbaycanda “artsax” adlı ərazi vahidi və ya “artsax xalqı” anlayışı yoxdur. Şermanın beynəlxalq hüquq çərçivəsində davranış sərgiləməsi, ona hörmət göstərməsi isə ABŞ kimi bir dövlətin konqresmeni olaraq birinci vəzifəsidir. Bu mənada, onun artıq tarixə çevrilmiş “ATƏT-in Minsk qrupu” havası ilə danışması qəbulolunmazdır. Şerman unudur ki, Qarabağın tarixi Azərbaycan torpağı olması, hazırki dönəmdə Azərbaycanın suveren ərazisi sayılması faktı bütün dünya tərəfindən öz təsdiqini tapıb. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə həm də detallı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Beləliklə, erməni baş nazir Azərbaycanın Xankəndi üzərindəki suveren hüquqlarını da tanımış olur. Bu isə onu göstərir ki, Şerman Paşinyandan daha artıq “canıyananlıq” etməməlidir.
Hətta separatçı rejimin özü Qarabağın Azərbaycanın torpağı olduğunu təsdiqləyir. Rejimin başçısı Artyunyanın, rejimə müxalif olan siyasətçilərin bununla bağlı kifayət qədər etirafları mövcuddur.
Bu ilin yanvarında isə Fransa Milli Assambleyasının sədri Yael Bron-Pive Ermənistana rəsmi səfəri zamanı bildirmişdi ki, Fransa “Dağlıq Qarabağın” (qondarma rejim nəzərdə tutulur - red.) müstəqilliyini tanımır - “bu, bizim tabe olduğumuz beynəlxalq hüquq normalarına uyğundur”.
Bu siyahını çox uzatmaq olar. Belə ki, hətta Rusiyanın dövlət rəsmiləri, ABŞ-ın ayrı-ayrı dövlət rəsmiləri məsələ ilə bağlı açıqlamalarında danışıqların tərəfi kimi Azərbaycan ilə Ermənistanı nəzərdə tuturlar. Hətta Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə belə dövlət katibi Blinken “üçüncü tərəf”lə bağlı ifadə işlətməmişdi - Şermanın açıqlaması öz ölkəsinin maraqlarına zidd dəyərləndirilə bilər.
Beynəlxalq hüquqa qarşı...
Ümumiyyətlə, ABŞ-ın son dövrlərdə sülh prosesinə diqqəti və aktiv müdaxiləsi müşahidə edilir ki, bu da hər iki ölkə tərəfindən təqdir olunur. Maraqların qarşılıqlı uzlaşdırılması ilə bağlı ABŞ üçün Brüssel formatı məqbul sayılır. Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin mayın 31-də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda bildirilirdi ki, “bu tədbirlərin, habelə qanunun aliliyinin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ yanınızda olacaqdır. Bununla yanaşı, biz gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyik”.
Eyni zamanda, bu ilin fevralın 18-də isə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi ?ntoni Blinken, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirildi. Yəni, ABŞ Aİ-nin təşəbbüsü ilə formalaşan Brüssel formatını dəstəkləyir. Həmin format isə artı? bir ildən artıqdır ki, davam edir - 2021-ci ilin dekabrından başlanan görüşlərin hansı formatda gerçəkləşdiyini yəqin ki, Şerman da bilir və görür. Bu mənada, amerikalı konqresmenin öz dövlətinin mövqeyinə zidd olaraq hansısa qondarma qurumu “dəstəkləməsi” və ya bu kimi təxribatçı “təbriki” birmənalı şəkildə beynəlxalq hüquqa ziddir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxElm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

