Qafan aeroportu “oyunu”...
23.08.2023 [10:39]
Paşinyan yeni təxribata zəmin hazırlayır
Ermənistan və havadarlarının böyük ümidlər bəslədiyi BMT TŞ müzakirələri gözlədikləri nəticəni vermədi. Dünya ictimaiyyəti, Təhlükəsizlik Şurasının üzvləri Azərbaycanın beynəlxalq hüququn kodeksləri çərçivəsində fəaliyyət göstərdiyini, beynəlxalq qanunları və konvensiyaları pozmadığı qənaətinə gəldi. 44 günlük müharibədən sonrakı dövrdə dildə sülh prosesinə “sadiq olduğunu deyən”, əməldə isə addımbaşı təxribatlar törətməyə hazır Ermənistandan fərqli olaraq Azərbaycan bütün addımlarında ədalətə və hüquqa riayət edib.
Ermənistan isə tək Laçın dövlət sərhəd buraxılış məntəqəsi ətrafında yaratdığı qondarma səs-küydə deyil, bütün addımlarında ali hüquq kodekslərini pozub. Üçtərəfli Bəyanatın müddəalarına riayət etməyən, sülh prosesində davamlı və sədaqətli mövqe sərgiləməyən, Naxçıvanla sərhəd ərazidə ekoterror cəhdi ilə yadda qalan İrəvanın bütün fəaliyyət trayektoriyası təxribata əsaslanır. Məhz BMT TŞ “faciəsini” kompensasiya etmək üçün hazırlanan “Qafan aeroportu” təxrbatı kimi...
Nikolun Qafan “səfəri”...
Bəli, Nikol Paşinyan və dəstəkçilərinin bir neçə aydır ki, Laçın dövlət sərhəd buraxılış məntəqəsi üzərindən apardığı yalan təbliğat bir anda puç oldu - əhali danışılan yalanların hesabını soruşur. Ermənistan əhalisi Paşinyanın sülhdən yayınmaq üçün əl atdığı bütün oyunların fiaskosunun şahidinə çevrilir. Paşinyan isə ard-arda bu kimi rəzil durumlara düşmək vərdişindən imtina etməkdənsə, yeni təxribatlara əl atmağa niyyətlənir. Məsələn, Qafanda aeroport inşası fikri kimi.
Xatırladaq ki, ölkəsinin regionlara səfər edən baş naziri Nikol Paşinyan cəmiyyətdəki gərginliyi görür. Bunu özünəməxsus formada azaltmaq üçün isə real iş görməkdənsə yeni təxribatlara və yalanlara əl atmağa niyyətlənir- erməni baş nazir populist addımlarından “geri durmaq” istəmir. Bu addımlardan biri isə Qafana səfəri oldu - təyyarə ilə İrəvandan Qafan aeroportuna gələn baş nazir ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla birlikdə Qafan hava limanını “gəzdi”.
Yeni təxribata start verilir...
Təbii ki, ortada yeni təxribatlara hazırlığın getməsi sirr deyil. Qafan-İrəvan daxili reyslərinin açılması bu təxribatın əsas özəyini təşki edir. Xatırladaq ki, bu istiqamətdə iş gedirdi və sınaq texniki uçuşları artıq həyata keçirilmişdi. Lakin aeroportda ilk uçuş həyata keçirilsə də, uğursuz alınmışdı. Paşinyan isə yenə də təxribatçı addımlarından əl çəkməyərək Ermənistan hökumətinin İrəvandan Qafana müntəzəm uçuşlar təmin etməyi qarşısına vəzifə qoyduğunu “bəyan etdi”. Müntəzəm uçuşların başlanması üçün son tarix də açıqlanmayıb. Çünki Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan sınaq uçuşu zamanı hələ də həllini tapmayan problemlərin olduğunu bildirib. Sanosyan deyib ki, hökumət uçuşların təşkili ilə bağlı bəzi texniki məsələləri də həll etməlidir. Qeyd edək ki, İrəvandan Qafana sınaq uçuşu 46 dəqiqə davam etmişdi.
Azərbaycanla razılaşdırılmalıdır...
Beləliklə, BMT TŞ şousunun ardından Ermənistan hakimiyyəti sərhəddə yeni bir təxribat - “aeroport şousu”na start verib. Məsələ ondadır ki, sülh şəraitində olmayan bir dövlətlə sərhəddə aeroport tikintisi mümkünsüzdür. Azərbaycan mövqelərindən hətta aeroportun daxili yolları belə açıq-aydın görünür. Maraqlıdır ki, Ermənistan tərəfi aeroportun açılışının təxirə salınmasını da “təhlükəsizlik nöqteyi-nəzərindən” əlaqələndirmişdi. Demək ki, Ermənistan ilk olaraq sülh müqaviləsini imzalamalı, sonra Qafan-İrəvan reysini açmalıdır. Çünki Qafan aeroportundan qalxan təyyarələr istəməsə də, Azərbaycanın hava məkanını pozmuş olacaq. Bu, qaçılmazdır. Digər məsələ, istisna deyil ki, “mülki” adı altında Ermənistan bu aeroportdan hərbi məqsədlər üçün istifadə edəcək. Məsələn, Azərbaycan Zəngilan hava limanını tikərkən sərhəddən xeyli aralıda yer seçdi, marşruta təsir edə biləcək mümkün külək gücünü nəzərə aldı və bununla da təyyarələrin Ermənistan ərazisinə uçması riskini aradan qaldırdı. Ermənistanın indiki addımının isə sırf təxribata əsaslanması ilk baxışdan da ortadadır.
Eyni zamanda, beynəlxalq praktikada bu kimi hallar zamanı ikitərəfli razılaşmanın olması nə vacib şərtlərdən sayılır. Başqa sözlə, Ermənistan Qafan aeroportunu “işlətmək” üçün Azərbaycanın razılığını almalıdır. Müqayisə üçün deyək ki, Avropada da analoji hallara rast gəlinir və sərhəd və transsərhəd hava limanlarının fəaliyyəti üçün ya ümumavropa və ya ikitərəfli müqavilələrə, razılaşmalara əsaslanılır. Qafan aeroportuna gəldikdə, bununla bağlı Azərbaycanla heç bir razılaşma yoxdur.
Bu təxribat da uğursuz olacaq...
Qeyd edildiyi kimi təxribatın “sədası” uzaqdan gəlir. Ermənistanın niyyəti aşağı-yuxarı təxminən bəllidir. Aeroport istiqamətindən Azərbycana qarşı hərbi təxribatlar törədiləcək, ən azından atəş açılacaq. Cavab hüququndan istifadə ediləcəyi təqdirdə isə Aİ-nin xain “missiyası” yeni “hesabat”ı hazırlayacaq. Beləliklə, Ermənistan Azərbaycana qarşı yeni kampaniyaya başlayır.
Təbii ki, bu da mümkünsüzdür. Azərbaycan hər zaman sülh və humanizm dəyərlərinə verdiyi qiymət ilə tanınıb, şöhrət tapıb. Amma bu, o demək deyil ki, Azərbaycan baş verənləri susub müşahidə edəcək - Qafan hava limanının açılması kimi birtərəfli təxribatçı addımlar cavabsız qalmayacaq. Ermənistan başa düşməlidir ki, Azərbaycan öz hava məkanının pozulmasına imkan verməyib və verməyəcək də. Ermənistanın digər layihələri kimi bunun da uğursuz olacağı şəksizdir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

