Bərdə görüşü baş tutacaq?
26.08.2023 [10:40]
Pərviz
Qondarma rejim prosesin yekuna yaxınlaşdığını görür
Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın reinteqrasiyasının sürətlənməsi üçün təmasların, görüşlərin keçirilməsi mühüm şərt kimi çıxış edir. 2020-ci il Vətən müharibəsinin ortaya çıxardığı ən mühüm reallıqlardan biri Qarabağdakı erməni vətəndaşlarımızla təmasların formalaşdırılmasıdır. Azərbaycan yaratdığı yeni siyasi-iqtisadi situasiya ilə bölgənin sabit inkişafının təmin edilməsində maraqlı olduğunu ortaya qoymaqla yanaşı, humanist davranışlarla da seçilir. Problemlərin sülh, danışıq və təmas yolu ilə tənzimlənməsinə üstünlük verən Azərbaycan ortaya qəti mövqe qoyur - rəsmi Bakı problemlərin həlli üçün səy göstərir.
Təmas reinteqrasiyanı sürətləndirəcək
Bunun ən bariz nümunələrindən biri məhz Qarabağdakı ermənilərlə təmasların formalaşdırılmasıdır. Ermənistanla aparılan sülh danışıqlarının sürətləndirilməsi fonunda isə bu ilin əvvəlində Qarabağdakı erməni vətəndaşlarımızla təmaslar aktuallaşmışdı. Hətta bununla bağlı müvafiq addımlar belə atılmışdı - Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmişdi və martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılmışdı. Daha sonra isə Azərbaycan dövləti Xocalı şəhərində keçirilmiş görüşün davamı olaraq martın 13-də və martın 27-də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə Bakı şəhərində görüşə çağırmışdı. Azərbaycanın erməni vətəndaşlarımıza ünvanlanan bu səmimi çağırışı isə qondarma separatçılar tərəfindən manipulyasiyaya uğramışdı - onlar, bu çağırışı, inteqrasiyanı özləri üçün böyük təhdid saymışdılar və bu kimi görüşlərin baş tutmasına maksimum mane olmaq istəmişdilər.
Bu ilin aprel ayında isə, Ermənistan mətbuatı Qarabağda yaşayan ermənilərin Azərbaycan tərəfi ilə görüş üçün təklif irəli sürdüyünü yazmışdı. Təklifin separatçı rejim tərəfindən irəli sürüldüyü bildirilən xəbərdə qeyd olunurdu ki, qondarma separatçı rejim görüşün Rusiya Federasiyasının sülhməramlı missiyası vasitəsilə Azərbaycan tərəfinə təcili humanitar məsələlərin müzakirəsi üçün onların yerləşdirildiyi yerdə və Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə keçirilməsi təklifini göndərmişdi. Azərbaycan belə bir görüşün keçirilməsinə razı olmamışdı. Beləliklə, məsələ açıq qalmışdı. Bu yaxınlarda Yevlaxda yeni görüşün mümkünlüyü ilə bağlı xəbərlər dolaşmaqda idi. Amma sonradan görüşün Bərdə şəhərində baş tutma imkanları qeyd edilirdi. Əslində, görüşün hansı şəhərimizdə keçirilməsi elə də böyük əhəmiyyət daşımır - istər Xocalı, istər Yevlax, istərsə də Bərdə Azərbaycan torpağıdır. Ölkəmiz isə bu kimi təmaslarla reinteqrasiyanı gücləndirməyə çalışır.
Qondarma rejim anlayır ki...
Qeyd edək ki, Qarabağdakı qondarma qurumun oyuncaq “xarici işlər nazirliyi” BBC-nin Azərbaycan xidmətinin rejimin Ağdamdan keçən yolun açılmasına razılıq verməyə meylli olması barədə xəbərini şərh edib. Erməni mediasında yayılan xəbərdə bildirilir ki, oyuncaq qurum Xankəndi və Bakı arasında gözlənilən danışıqlarla bağlı yayılan xəbərə münasibət bildirib. Məlumata görə, yaxın günlərdə tərəflər Azərbaycanın Bərdə şəhərində bu məsələ ilə bağlı görüş keçirəcəklər. Separatçı qurum şərhində yenidən təxribatlarından geri qalmayıb. Onlar yenə də təmasın hansısa “beynəlxalq format” çərçivəsində baş tutmasını “arzuladıqlarını” bildirir, hətta bunun “danışıqların” beynəlxalq hüququn norma və tələblərinə uyğun aparılmasını “təmin edəcəyini” vurğulayıb. Bildirilib ki, “artsax” dəfələrlə vasitəçilər vasitəsilə görüşlər üçün təşəbbüslər irəli sürsə də, Azərbaycan tərəfi onları rədd edib. “Qeyd edirik ki, Azərbaycan ərazisində, xüsusən də beynəlxalq vasitəçilərin iştirakı olmadan keçirilən istənilən görüş, xüsusilə BQXK-nın mandatı altında olan Vaqif Xaçatryanın Rusiya sülhməramlılarının iştirakı ilə oğurlandığını nəzərə alsaq, kifayət qədər böyük risklər ehtiva edir,” - deyə separatçı qurum bildirib.
Bakının şərtləri...
Əslində bu “şərh” bir daha qondarma rejimin son nəfəsini verdiyini sübuta yetirir. Ermənistanın BMT TŞ müstəvisindəki məğlubiyyəti qondarma rejimin də bütün ümidlərinin üstündən xətt çəkmiş oldu. Onlar bir daha gördülər ki, dünya ictimaiyyəti, beynəlxalq aləm Qarabağın Azərbaycanın suveren əraziləri olduğunu tanıyır və təsdiqləyir. Qondarma separatçı rejimin hansısa “format” arzusu isə boş xəyaldır - Azərbaycan sadəcə olaraq öz torpaqlarında yaşayan ermənilərlə təmas yaradaraq onların reinteqrasiyasının güclənməsinə şərait yaradacaq. Eyni zamanda, belə görüşlər 30 ilə yaxın Azərbaycandan məcburən kənar düşmüş vətəndaşlarla qarşılıqlı etimadın yüksəlməsində əsaslı rol oynaya bilər. Qarabağda yaşayan erməni vətəndaşlarımız ötən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlu inkişafın, əsaslı yeniliklərin şahidi ola bilərlər. Eyni zamanda, qarşılıqlı etimadın möhkəmlənməsi üçün əsas şərt sayılan tolerantlığın, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bir daha görmək imkanı qazanaq. Prosesin uğurla davam etməsi erməni vətəndaşlarımızın gələcək həyatında yeni mərhələ formalaşdıracaq - bunun üçün isə Bakının irəli sürdüyü şərtlərə razı olmaq lazımdır.
Ağdam - Xankəndi yolundan istifadə məsələsi...
Qondarma rejim Ağdam - Xankəndi yolu ilə bağlı məsələdə də artıq dalana dirənib. Dünənə qədər ümumiyyətlə, bu məsələni “qeyri-aktual” hesab edənlər artıq başqa çıxış yolunun olmadığını görür və dərk edir. BMT TŞ üzvlərinin alternativ yol olaraq yüksək dəyərləndirdikləri Ağdam - Xankəndi yolunun fəaliyyəti mütləq şərtə çevriləcək. KİV-də yayılan məlumatlarda da bildirilir ki, artıq Xankəndidəki separatçılar Ağdam yolunun açılması ilə bağlı müzakirə aparırlar, bu məsələ ilə tam olaraq barışıblar. Erməni mətbuatı isə bu müzakirələrin detallarını açıqlayıb. Baş separatçı Araik Artyunyan “təhlükəsizlik şurası”nın iclasında bildirib ki, Ağdam yolu ilə ticarətin aparılması barədə qərar qəbul edilib. Bütün bu açıqlamalardan görünür ki, Azərbaycan hakimiyyəti istəyini reallaşdırır. Xankəndi addım-addım Azərbaycan dövlətinin nəzarətinə keçir. Böyük ehtimalla, separatçılar bütün variantların tükəndiyini və növbəti mərhələdə ordunun işə başlayacağını anladıqları üçün reallıqla barışmalı olublar.
Qeyd edilən yol həm logistik baxımdan, həm də effektivlik baxımından Laçın-Xankəndi yolu ilə paralellik təşkil edir. Bu yol ən müasir standartlarla hazırlanıb. Ağdam - Xankəndi yolundan istifadə həm də bütövlükdə reinteqrasiya prosesinə müsbət təsir göstərmək imkanındadır. Çünki Ağdam-Xankəndi yolu Bərdə-Ağdam yolunun davamıdır. Hazırda Bərdə-Ağdam avtomobil yolunun tikintisi də yekunlaşmaq üzrədir. Qarabağ erməniləri ilə təmasın da Bərdədə baş tutma ehtimalını nəzərə alsaq, bu yolun aktuallığı ortaya çıxır...
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

