“Taxıl sazişi” ilə bağlı təkliflər hazırlanır
05.09.2023 [10:30]
BMT Rusiyaya güzəşt edəcək?
Nardar BAYRAMLI
Rusiya-Ukrayna müharibəsi geosiyasi vəziyyəti mürəkkəbləşdirməklə yanaşı, qlobal iqtisadiyyata da ciddi mənfi təsirlər göstərir. Qlobal ərzaq təhlükəsizliyinə yaranan təhdidlər isə xüsusi narahatlıq doğurur. Uzun müzakirələrdən sonra taxıl sazişi üzrə ötən il iyulun 13-də Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələrindən ibarət dördtərəfli görüş keçirildi. Bu görüşün nəticəsi olaraq iyulun 22-də İstanbulda taxıl ixracına dair saziş imzalandı. Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarından təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, müxtəlif ölkələrə taxıl daşındı. Ukrayna taxılı ilə yanaşı, Rusiya istehsalı olan gübrənin də daşınmasına qoyulan maneələr aradan qaldırıldı. Ardınca isə İstanbulda taxıl dəhlizi haqqında sazişə uyğun olaraq, Birgə Koordinasiya Mərkəzi yaradıldı. Xatırladaq ki, saziş paketi ilkin olaraq 120 gün müddətinə bağlanmışdı.
Ötən dövrdə “Taxıl sazişi”nin icrası tam miqyası ilə təmin edilməsə də, belə bir razılaşmanın əldə olunması dünya ərzaq bazarında mənfi meyilləri müəyyən qədər azaltdı, yaranan ajiotaj səngidi. “Taxıl sazişi” çərçivəsində 30 milyon tondan çox taxıl ixrac edilib. Sonrakı mərhələdə ötən ilin noyabrında və cari ilin martında olmaqla iki dəfə uzadılan “Taxıl sazişi”nin icra müddəti 2023-cü il mayın 18-də bitirdi. Həmin ərəfədə BMT-dən, Türkiyədən, Ukraynadan, ABŞ-dan sövdələşmənin uzadılmasının zəruriliyi ilə bağlı ardıcıl açıqlamalar gəlirdi. Birgə səylər nəticə verdi. Cari il mayın 17-də “Taxıl sazişi”nin daha 60 gün uzadılması barədə razılıq əldə olundu.
Şərtlər nədən ibarətdir?
Ancaq “Taxıl sazişi”nin növbəti müddət üçün uzadılması fonunda etiraf olunurdu ki, razılaşmanın gələcək taleyi kifayət qədər kövrəkdir. Antonio Quterreş sazişlə bağlı bəzi problemlərin davam etdiyini və Rusiya, Ukrayna, Türkiyə və BMT-nin bu məsələlərin müzakirəsini davam etdirəcəklərini bildirib. Sazişi təkmilləşdirmək və genişləndirmək üçün hərtərəfli razılaşmaya ümid bəslədiyini vurğulayan Antonio Quterreş danışıqları müsbət atmosferdə aparan tərəflərə təşəkkür edib. O, Türkiyənin rolunu yüksək dəyərləndirərək deyib: “Mən Prezident Ərdoğana və Türkiyə hökumətinə BMT ilə koordinasiyada çalışdıqları üçün təşəkkür edirəm”.
Beləliklə, iyulun 18-də “Taxıl sazişi”nin növbəti uzadılma müddəti də başa çatdı. Rusiya sazişin yenidən uzadılmasını onun şərtlərinin yerinə yetiriləcəyi halda baş tutacağını bəyan edib. Bəs “Taxıl sazişi” ilə bağlı Rusiyanın hansı şərtləri var? Rusiya Xarici İşlər Nazirliyinin məlumatında sövdələşmənin uzadılması ilə bağlı növbəti qərarın “Rosselxozbank”ın SWIFT sisteminə yenidən qoşulmasından, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və xidmətlərin tədarükünün bərpasından, sığorta və təkrar sığortaya qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından və sığorta müqaviləsinin ləğvindən asılı olacağı vurğulanıb.
Ərdoğanla Putin də məsələni müzakirə etdilər
Türkiyənin “Anadolu” dövlət agentliyi isə bugünlərdə məlumat yayıb ki, BMT-nin “Taxıl sazişi”nin bərpası ilə bağlı yeni təkliflərində Rusiya Federasiyasına qoyulan bəzi məhdudiyyətlərin aradan qaldırılması variantları var. Bu təkliflərin BMT-nin Türkiyə ilə birgə hazırladığı yeni paketdə yer aldığı iddia edilir. Onların əsas elementləri Rusiya Kənd Təsərrüfatı Bankının Avropa törəmə qurumunun SWIFT sisteminə daxil edilməsi və Rusiyanın gübrə şirkətlərinin Avropada dondurulmuş aktivlərinin blokdan çıxarılmasıdır.
Xatırladaq ki, avqustun 31- də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Hakan Fidan “Taxıl sazişi” barədə fikir mübadiləsi aparmışdılar. H. Fidan həmin görüşdən sonra BMT-nin “Taxıl sazişi” ilə bağlı yeni təkliflər hazırladığını bildirmişdi. Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında sentyabrın 4-də Soçidə keçirilən görüşdə də “Taxıl sazişi” müzakirə olunub. Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu gün “Taxıl dəhlizi” ilə bağlı atacağımız addım bir çox ölkə üçün, xüsusən də az inkişaf etmiş ölkələr üçün xeyirli olacaq. Vladimir Putin isə “Taxıl sazişi” ilə bağlı danışıqlara açıq olduğunu deyib.
Beləliklə, yenə də Türkiyə dövlətinin təşəbbüsləri sazişin tezliklə bərpasına ümidləri artırır. Həmçinin, BMT-nın hazırladığı təkliflər rəsmi Moskva üçün uyğun olacaqsa, məsələ qısa zamanda öz həllini tapacaq.
Xəbər lenti
Hamısına baxGündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

