Separatçılar arasında gərginlik pik həddə...
09.09.2023 [10:50]
N.BAYRAMLI
Azərbaycanın ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında mövcud olan Qarabağın erməni separatçıları arasında gərginlik pik həddə çatıb. Sentyabrın 9-da separatçı rejimin qondarma “parlamenti” özlərinə “prezident” seçəcəkləri barədə məlumatlar yayılıb. Ermənistan mediasının məlumatına görə, bu “post”a əvvəlcə iki nəfərin namizədliyi irəli sürülüb. Onlardan biri qanunsuz rejimin “dövlət naziri” adlandırdığı Samvel Şahramanyan, digəri isə “keçmiş müdafiə naziri” Samvel Babayandır. Lakin qondarma “parlament” son 10 il ərzində Qarabağda yaşamadığına görə Samvel Babayanın “sənədlərini” geri qaytarıb. Bu isə onun tərəfdarlarının etirazına səbəb olub.
Ona görə də, Samvel Babayanın tərəfdarlarının “seçki” zamanı qarışıqlıq yaradacağı bildirilir. Qondarma rejimin “anti-böhran şurasının sədri” Tiqran Petrosyan “Jamanak” qəzetinə deyib ki, Samvel Şahramanyan “vəzifədə” uzun müddət qala bilməyəcək: “O, 15-20 gün vəzifədə qalsa, böyük işdir. Əgər Şahramanyan “seçilərsə”, Qarabağda qan töküləcək. Əminəm ki, onun “seçildiyi” gün toqquşmalar olacaq. Bunun məsuliyyəti bütünlüklə Arayik Arutyunyanın və onun “partiyası”nın üzərindədir. Çünki müharibə vaxtı qorxusundan zirzəmidən çıxmayanlar, bu gün yığışıb bizə rəhbər seçmək istəyirlər. Bu qorxaq, satqın, onun-bunun əlaltısı olan adamların “seçdikləri” adam necə legitim ola bilər?”.
Separatçıların nümayəndəsi bildirib ki, hazırda Qarabağda fəaliyyət göstərən bütün “qurum”lar legitim deyil. “Şahramanyan Bako Saakyanın adamı kimi tanınır. Əmin edirəm ki, bu vəziyyət vətəndaş müharibəsinə gətirib çıxaracaq. Çünki Samvel Babayan susmayacaq. Bu dəqiqə ermənilərin böyük bir hissəsi Bako Saakyanın əleyhinədir. Onlar Babayana kömək etməyə yox, Bakonun əleyhinə çıxacaqlar”.
Vaxtilə Azərbaycanın ekofəallarının Şuşa-Xankəndi yolundakı aksiyasına qarşı “kampaniya” aparan Tiqran Petrosyan indi ümidsizlik içindədir. O deyir ki, Ağdamdan yüklərin daşınması məsələsi gec-tez reallaşacaq: “Qarabağda kimin başda olmasının artıq heç bir əhəmiyyəti yoxdur. Çünki kim gəlsə, Azərbaycan Ağdam yolunun açılmasını şərt kimi qoyacaq. Başqa yol da qalmayıb. Biz artıq Laçın dəhlizinin açılması ilə bağlı bütün şanslarımızı əldən vermişik”.
Xatırladaq ki, Samvel Babayan əhalini küçələrə çıxmağa və bir neçə nəfərin “prezident seçməsinə” imkan verməməyə çağırıb. “Əhali tələb etməlidir. “Prezident”lə bağlı üç nəfər tərəfindən qərar verilmir və təyin edilmir. Xalq meydana çıxıb öz “liderini” seçməlidir”, - deyə Babayan bildirib.
Babayanın bu davranışları qanunsuz rejimin rəhbərliyini ciddi narahat edir. Bu səbəbdəndir ki, ötən gün Qarabağdakı qanunsuz rejimin “parlamentinin rəhbəri” daşnak David İşxanyan yerli əhaliyə müraciət edərək “seçki”dən danışıb, insanları təxribatlara “uymamağa” çağırıb. O deyib ki, baş verən hadisələr “xalqın parçalanmasına” gətirib çıxara bilər. “Xüsusilə vurğulamaq və sizi əmin etmək istərdim ki, daxili sabitliyə xələl gətirən bütün hərəkətlər qanunun gücü ilə yatırılacaq”,-deyən daşnak İşxanyan dolayısı ilə Samvel Babayanı hədələyib.
Eyni zamanda, Qarabağdakı qanunsuz rejimin “ofisi” və “polisi” də dünən əhaliyə “seçki günü” təxbiratlara yol verməməyə çağırış ediblər. Buna yol verənlər isə məsuliyyətə cəlb olunmaqla hədələnib. Onlar bu çağırışda qondarma rejimin “qanunlarına” “istinad” ediblər.
Göründüyü kimi Qarabağ separatçıları arasında gərginlik pik həddinə çatıb. Onların qondarma “prezident” “seçmələri” özlərinə baha başa gələcək.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

