Tahir Budaqov YAP-ın Çinə səfər edəcək nümayəndə heyəti ilə görüşüb
09.09.2023 [13:16]
Sentyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın 2023-cü il 11-19 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdə olacaq gənclərdən ibarət nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan-Çin münasibətlərinin dostluğa və tərəfdaşlığa əsaslandığını vurğulayan Tahir Budaqov qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərait və etibarlı zəmin mövcuddur. Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin liderləri – Prezident, partiyamızın Sədri cənab İlham Əliyev ilə ÇXR-in və Çin Kommunist Partiyasının Sədri Si Cinpinin siyasi iradələri sayəsində dinamik inkişafa malik olduğunu diqqətə çatdıran YAP Sədrinin müavini ölkələrimizin ikitərəfli və beynəlxalq platformalar çərçivəsində münasibətləri inkişaf etdirərək əhəmiyyətli nailiyyətlər qazandıqlarını vurğulayıb.
Ötən il Səmərqənddə Prezident İlham Əliyev ilə Si Cinpinin görüşünün əhəmiyyətindən bəhs edən Tahir Budaqov yeni geostrateji reallıqlar fonunda Azərbaycan-Çin əməkdaşlığının inkişafının hər iki dövlət üçün prioritet olduğunu qeyd edib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra yaranmış yeni reallıqlardan söz açan YAP Sədrinin müavini postmüharibə dövründə bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə xidmət edən təşəbbüslərin önəmini diqqətə çatdırıb. Qeyd olunub ki, Zəngəzur dəhlizinin reallaşdırılması və Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsi çərçivəsində işbirliyi yeni çoxtərəfli əməkdaşlıq platformasının formalaşmasını təmin edəcək.
YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının əməkdaşlıq əlaqələrinin mühüm rolunun olduğunu diqqətə çatdırıb. Tahir Budaqov Azərbaycan Prezidenti İlham Əliyev ilə ÇXR-in Sədri Si Cinpinin siyasi iradələrinə uyğun olaraq YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayıb. YAP Sədrinin müavini hakim partiyaların fəal dialoqunun xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, çoxşaxəli əməkdaşlığın dərinləşməsinə və bütövlükdə Azərbaycan-Çin münasibətlərinin inkişafına təkan verdiyini, qarşılıqlı səfərlərin bu baxımdan xüsusi önəm daşıdığını bildirib.
Cari ilin may ayında YAP nümayəndə heyətinin Çin Xalq Respublikasında səfərdə olduğunu və yüksəksəviyyəli, məhsuldar görüşlər keçirdiyini, istər Azərbaycan-Çin münasibətləri, istərsə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında çoxşaxəli əməkdaşlığa dair ətraflı fikir mübadiləsinin aparıldığını xatırladan Tahir Budaqov pandemiyadan sonra ÇXR-ə rəsmi səfərə dəvət edilən ilk nümayəndə heyətinin məhz Yeni Azərbaycan Partiyasından olmasını dostluq və tərəfdaşlıq nümunəsi kimi dəyərləndirib: “Həmin səfər çərçivəsində partiyalarımız arasında təmasların intensivləşdirilməsi, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi ilə əlaqədar geniş müzakirələr aparıldı. Qarşılıqlı səfərlərin davam etdirilməsinə, o cümlədən partiyalarımızı təmsil edən gənclər arasında əlaqələrin sıxlaşdırılmasına dair önəmli təklif və təşəbbüslər irəli sürüldü. 2023-cü il 11-19 sentyabr tarixlərini əhatə edəcək səfər məhz bu əməkdaşlığın mühüm tərkib hissəsidir. Səfər çərçivəsində nümayəndə heyəti önəmli görüşlər keçirəcək, o cümlədən bir sıra tədbirlərdə iştirak edəcək. Bu, partiyalar arasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafı ilə əlaqədar atılan mühüm addımlardan biridir”.
Tahir Budaqov YAP nümayəndə heyətinin ÇXR-ə səfər proqramının zəngin olduğunu diqqətə çatdırıb. YAP Mərkəzi Aparatının rəhbəri səfərin iki ölkənin hakim partiyalarının gəncləri arasında uğurlu əməkdaşlığın, davamlı ünsiyyətin təmin olunması, qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması və işbirliyinə dair yol xəritəsinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Səfərin uğurlu keçəcəyinə inamını ifadə edən YAP Sədrinin müavini nümayəndə heyətinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanla Çin Xalq Respublikası arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib. O qeyd edib ki, YAP nümayəndə heyətinin Çinə səfəri həm ölkələr, həm də partiyalararası əlaqələrin güclənməsinə töhfə verəcək. Z.Əsgərov səfərin məhsuldar olacağına əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

