Yumruq daim yerində olmalıdır!
19.10.2023 [10:03]
Yorulmadan Ordu quruculuğu yolunda...
Son üç ildə Azərbaycan xalqı tarixi anlara şahidlik edib. 2020-ci ildə 44 günlük müharibədə qazanılan şanlı Zəfər sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 2023-cü il sentyabrın 19-da keçirilən bir günlük uğurlu antiterror tədbirlərinin nəticəsində isə Qarabağda suverenliyimiz tam təmin edildi, torpaqlarımızda separatizmin kökü kəsildi, Xankəndidə Azərbaycan gerbi asıldı, üçrəngli bayrağımız ucaldıldı.
Bu qələbələr Azərbaycanın son 200 illik tarixinin ən şanlı səhifələridir və hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir. Bu əbədi qürur hissini bizlərə bəxş edən isə başda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla Ordumuz oldu. Dövlətimizin başçısı oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında aparılan uğurlu hərbi əməliyyatların əsas ağırlığının Silahlı Qüvvələrimizin şəxsi heyətinin üzərinə düşdüyünə minnətdarlıq hissi ilə diqqət çəkərək vurğulayıb: “Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək”.
Büdcədən ayrılan vəsaitlər
Azərbaycanın dövlət siyasətində mövcud reallıqlar və çağırışlar nəzərə alınmaqla bir sıra prioritet istiqamətlər müəyyənləşdirlib. Müdafiə potensialının və milli təhlükəsizliyin möhkəmləndirilməsi də ölkəmiz üçün belə prioritetlər sırasında yer alır. Son 30 ildə güclü ordu quruculuğu Azərbaycanın gündəliyində dayanan əsas məsələlərdən biri olub ki, bu da təsadüfi deyil. Müstəqilliyimizin ilk illərindən etibarən ölkəmiz havadarlarının dəstəyinə arxalanan Ermənistanın təcavüzü ilə üzləşdi. Bu təcavüz nəticəsində ərazilərimizin 20 faizi işğal altına düşdü, bir milyondan çox soydaşımız doğma yurd yerlərini tərk etmək məcburiyyətində qaldı.
Azərbaycan işğal faktı ilə heç vaxt barışmadı. 44 günlük müharibədən əvvəlki mərhələdə keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqlarda daim konstruktivlik göstərən ölkəmiz paralel şəkildə öz iqtisadiyyatını möhkəmlətdi, maliyyə imkanlarını genişləndirdi və buna əsaslanmaqla müasir ordu quruculuğunu davamlı olaraq diqqət mərkəzində saxladı. Prezident İlham Əliyev işğal dövründə müxtəlif auditoriyalar qarşısında çıxışlarında qətiyyətlə bildirirdi ki, biz ərazilərimizi istənilən yolla geri qaytaracağıq. Dövlətmizin başçısı bu inamı ifadə edərkən ilk növbədə Ordumuzun gücünə arxalanırdı.
Son 20 ildə Prezident İlham Əliyevin tapşırıqları əsasında dövlət büdcəsindən ordu quruculuğuna ayrılan vəsaitlər daim artırılıb. Dövlət büdcəmizin xərc istiqamətlərində ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsinin prioritetliyi postmüharibə dövründə də qorunub saxlanılır. Respublikamızda 2022-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə 5622,5 milyon manat məbləğində vəsait yönəldilib. Qeyd olunan rəqəm dövlət büdcəsi xərclərinin 17,5 faizini təşkil edib. Ötən il ayrılan vəsait 2021-ci illə müqayisədə 737 milyon manat və ya 15,1 faiz çox olub . Ordu quruculuğunun prioritetliyini 2023-cü ilin büdcəsinin timsalında da izləyə bilərik. Xatırladaq ki, hələ ötən ilin sonlarında parlamentdə qəbul olunan 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard manat vəsait nəzərdə tutulmuşdu. Lakin uğurlu siyasətin məntiqi nəticəsi olaraq cari ilin birinci yarısında dövlət büdcəsinə proqnozlardan əlavə 3 milyard manat vəsait cəlb olunub. Beləliklə də, dövlət büdcəsində dürüstəşdirmə aparılıb. Büdcəyə cəlb olunan əlavə vəsaitlərin 1 milyard 105 milyon manatı məhz ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəldilib. “Biz bu illər ərzində həm iqtisadiyyatı qurduq, həm ehtiyatlar yığdıq. Nə üçün? Bilirdik ki, bu gün gələcək, o vəsait bizə lazım olacaq və biz haraya xərcləyirdik - orduya. Birinci yerdə ordu xərcləridir, ikinci təhsil xərcləridir. Həmişə bizim büdcəmizdə, bu iki əsas prioritet var idi. İndi ordu xərclərinə biz yenə də vəsait ayırmalıyıq. Çünki yumruq daim yerində olmalıdır. Ancaq, eyni zamanda, indi vəsaitin əsas hissəsi Qarabağın bərpasına gedir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bütövlükdə, respublikamızda hər il ordu quruculuğuna ayrılan maliyyə vəsaitlərinin həcmi Ermənistanın hərbi xərclərini həmişə üstələyib. Revanşist iddialarına rəğmən, bu ölkənin kiçik iqtisadiyyatı güclü ordu quruculuğunu mümkünsüz edir. Ermənistan ianələrlə yaşamaq məcburiyyətindədir. Bu ölkənin cari il üçün dövlət büdcəsində müdafiə sektorunun xərcləri cəmi 509 milyard dram (1,3 milyard dollar) səviyyəsində nəzərdə tutulub. Bu, tamamilə dağılmış ordunu yenidən qurmaq üçün çox kiçik rəqəmdir. Hazırda bu ölkə silah tədarükü üçün əsasən Hindistana üz tutur. Ermənistanın almaq gücündə olduğu ucuz silahlarının texniki parametrləri isə aşağı səviyyədədir.
Silahlı Qüvvələrimiz üç il bundan əvvəlkindən daha güclüdür
“Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik”. Bu fikirləri isə Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında səsləndirib.
Qarabağda suverenliyimizin tam bərpası ilə nəticələnən uğurlu antiterror tədbirləri göstərdi ki, Ordumuz üç il bundan əvvəlkindən daha güclüdür. Postmüharibə dövründə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Orduda aparılan islahatlar müxtəlif istiqamətləri əhatə edir. Büdcədən ayrılan vəsaitlərin həcminin artırılması ilə paralel şəkildə, Silahlı Qüvvələrimiz üçün peşəkar kadrların hazırlanmasına, yüksək səviyyəli hərbi texnikanın alınmasına xüsusi diqqət göstərilir. Qeyd edək ki, Ordumuzun silah-sursatla təchizatı dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Bundan başqa, milli müdafiə sənayeniz inkişaf etdirilir. Qürurverici haldır ki, hazırda Silahlı Qüvvələrimizin ayrı-ayrı pozisiyalar üzrə təchizatı məhz daxili istehsal hesabına təmin olunur. Eyni zamanda, İlham Əliyevin tapşırıqları əsasında milli Ordunun tərkibində yeni Komando birlikləri yaradılır. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

