Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Erməni lobbisinin məqsədi Azərbaycan-Türkiyə birliyinə zərbə vurmaq, vahid siyasi xətdən yayındırmaqdır

Erməni lobbisinin məqsədi Azərbaycan-Türkiyə birliyinə zərbə vurmaq, vahid siyasi xətdən yayındırmaqdır

31.01.2012 [10:53]

Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin əbədiliyi növbəti dəfə ermənipərəst dairələrin arzularını ürəyində qoydu
Fransa Senatının qondarma “erməni soyqırımı”nın inkarına görə nəzərdə tutduğu cəza tədbirlərini özündə əks etdirən qanun qəbul etməsi dünyada söz və fikir azadlığına qarşı yönəlmiş bir addımdır. Rəsmi Parisin bu addımı atması onların tarixi siyasiləşdirmək cəhdi kimi dəyərləndirilir və istər Azərbaycan, istər Türkiyə, istərsə də başqa ölkələr tərəfindən ciddi etiraz və narahatlıqlarla qarşılanıb. Qardaş Türkiyənin məruz qaldığı bu haqsızlığa qarşı Azərbaycan dövləti rəsmi mövqeyini bildirib və XİN məsələ ilə bağlı rəsmi məlumat yayıb, Fransanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb, ölkəmizin narahatlığı ilə bağlı informasiya səfirə çatdırılıb. Bundan başqa, ölkə ictimaiyyəti, ziyalılar, millət vəkilləri, siyasi partiyalar, o cümlədən, qeyri-hökumət təşkilatları Fransa Senatının bu addımını pisləyən bəyanatlar yayıblar.
Təəssüfləndirici haldır ki, istər Türkiyədə, istərsə də Azərbaycanda iki ölkə arasındakı qardaşlığa kölgə salmaq üçün min bir oyunlara əl atırlar. Türkiyənin bəzi KİV-ləri Azərbaycanı bu məsələdə “fəaliyyətsizlikdə” günahlandırmağa çalışır. Az müddət öncə Azərbaycanda səfərdə olan Türkiyə TBMM-in nümayəndə heyətinin üzvü, İğdır millət vəkili Sinan Oğan isə bildirib ki, Azərbaycan tərəfi sadəcə bu məsələ ilə bağlı apardığı işləri reklam etmək fikrində deyil. Maraqlıdır ki, Türkiyə rəsmiləri ölkəmizin bu məsələdəki mövqeyini dəyərləndirir və razılığını bildirir. Bir para kəslər isə bu məsələdən öz maraqları çərçivəsində istifadə edib dövlətlərarası münasibətlərə zərbə vurmağa çalışırlar.
Qeyd olunan həmin qüvvələr məhz birmənalı şəkildə erməni lobbisinin dəstəklədiyi antitürk qüvvələridir ki, Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, mədəni, strateji tərəfdaşlıq əlaqələrinin güclənməsindən narahat olur və iki xalq arasında münasibəti zəiflətmək arzusundadırlar. Həmin qüvvələr, o cümlədən, erməni lobbisi dərk edir ki, qısa müddətdə Cənubi Qafqaz regionuna bu qədər inkişaf bəxş edən Azərbaycan-Türkiyə birliyi artıq dünyanın qəbuledilən iqtisadi gücünə çevrilir. Vurğulamaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin səyi nəticəsində imzalanan “Əsrin müqaviləsi”nin ardından Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin çəkilməsi həm Azərbaycanın, həm də Türkiyənin dünyanın ən əsas enerji tranziti ölkələri olmasında əhəmiyyətli rol oynayıb. Bu mənada Azərbaycanın səyi ilə həyata keçirilən böyükmiqyaslı layihələr iki qardaş dövləti dünyanın enerji təminatında mühüm istinad nöqtələrinə çevirib. Siyasi müstəvidə isə hər iki dövlətin erməni lobbisinə qarşı apardığı birgə siyasətin uğuru artıq qarşı tərəfi qorxuya salıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, bu böyük tribunadan Türkiyə ilə birgə erməni yalanlarına qarşı sərt mübarizə imkanları əldə etməsi erməni lobbisini bu cür çirkin nifaq kampaniyası aparmağa məcbur edir. Bu səbəbdən də erməni lobbisi və onun yerlərdəki nümayəndələri iki qardaş xalq arasında münasibətləri zəiflətməyə çalışırlar.
Bu “çalışmalar” isə fərqli istiqamətlərlə yerinə yetirilir. Türkiyədə “həpimiz erməniyik, həpimiz Hrantız” şüarı ilə keçirilən nümayişlər, qardaş ölkənin mətbuatında Azərbaycana qarşı əsassız ittihamlar, bu zərərli xəttin Azərbaycanda bəzi siyasi qüvvələr və qəzetlər tərəfindən dəstəklənməsi prosesin bir antitürk mərkəzi tərəfindən təşkil olunduğunu və idarə edildiyini təsdiqləyən faktlardır. Düşmən dəyirmanına su tökən belələrinin ard-arda eyni kampaniyanı gerçəkləşdirməsinin, təbliğ etməsinin ardında isə bir mətləb dayanır. Onlar yalnız Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin gərginləşdiyi mənzərəsini yaratmaq istəyirlər. Bunu bacarmaq üçünsə hər iki tərəfin ermənipərəst qüvvələri qardaşlıq münasibətlərinə qara yaxmaqla məşğuldurlar.
Vurğulamaq yerinə düşər ki, bu kampaniyanın aparılması həm də Azərbaycanla Türkiyəni vahid siyasi xətdən yayındırmağa, onların arasında fikir ayrılığı yaratmağa xidmət göstərir. Bunun nəticəsində isə həmin maraqlı dairələr imkan dərəcəsində ziddiyyətlərə, narazılıqlara yol açmaq istəyirlər. Qeyd etdiyimiz kimi, Azərbaycanla Türkiyənin hər bir məsələdə vahid mövqe nümayiş etdirməsi, problemlərin həllinə qarşı birgə çıxış etməsi erməni lobbisini bu cür iyrənc yollara əl atmağa məcbur edir. Erməni lobbisi, onların Azərbaycandakı və Türkiyədəki əlaltıları bilirlər ki, iki qardaş dövlətin birgə addımlamağı qısa zamanda bölgədə inkişafa və sülhə mane olan erməni probleminə son qoyacaq. Bunun üçün də onların yeganə məqsədi iki dövlət arasındakı əlaqələrə xələl gətirməkdir.
Qeyd edək ki, həmin qüvvələr yenidən Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasını gündəmə gətirmək istiqamətində fəal iş aparırlar. Bu da təsadüfi deyil. çünki həmin qüvvələr bilir ki, bu məsələ hər iki ölkədə həssaslıqla qarşılanır. Məhz cəmiyyətlərimiz arasında narazılıq yaratmaq üçün bu cür yalanlara əl atırlar. Həmin qüvvələr bilir ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin zəifləməsi qondarma “erməni soyqırımı”nın dünyada tanıtdırılması, ermənilərin Türkiyəyə qarşı ərazi və maliyyə təzminatı iddialarının reallaşdırılması, Azərbaycan ərazilərinin işğalının rəsmiləşdirilməsi üçün düşmən qüvvələrə geniş imkanlar yaradır. Bu səbəbdən də onların öz məqsədlərinə çatmaq üçün seçdikləri yeganə hədəf məhz Türkiyə-Azərbaycan birliyi, qardaşlığıdır.
Lakin erməni lobbisi və Ermənistan havadarlarının ciddi cəhdlərinə baxmayaraq, Azərbaycan-Türkiyə qardaşlığını, strateji müttəfiqliyini heç bir qüvvə sarsıda bilməz. Eyni kökə, eyni soya, eyni dilə bağlı olan bu iki qardaş dövlətin birliyinin əsasını, təməlini erməni lobbisinin və onun havadarlarının sandığı kimi asan dağıtmaq mümkün deyil. Bu əsaslar, bu təməllər minilliklərlə formalaşıb, inkişaf edib. Bu gün Türkiyə-Azərbaycan münasibətləri Ulu öndər Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlət” prinsipi əsasında formalaşıb. Bütün dövrlərdə olduğu kimi anti-Türkiyə, anti-Azərbaycan qüvvələrinin bu istiqamətdəki bütün cəhdləri iflasa uğrayacaq. Necə deyərlər, onlar lap başından məğlubiyyətə məhkumdurlar...
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 919 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30