Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan – BƏƏ münasibətləri yeni mərhələdə

Azərbaycan – BƏƏ münasibətləri yeni mərhələdə

28.10.2023 [10:13]

İki ölkə arasında çoxşaxəli əməkdaşlıq mühiti formalaşdırılıb

Azərbaycan özünün praqmatik və qarşılıqlı maraqlara əsaslanan xarici siyasət kursunda əməkdaşlığı ən mühüm şərtlərdən biri kimi önə çəkir. Bunun nəticəsidir ki, istər regional, istərsə də daha geniş coğrafiyada Azərbaycan etiabarlı tərəfdaş qismində şöhrət qazanıb. Bütün dövlətlər və təşkilatlar, iqtisadi strukturlar Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını irəli sürürlər. Azərbaycan həm də əlaqələrin inkişafında qarşılıqlı şəkildə ikitərəli mənafenin uzlaşdırılmasını da ən mühüm nüanslardan sayır.

Xüsusilə, son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır - Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir.

Münasibətlər dostluq zəminində inkişaf edir

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. BƏƏ Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanısa da, diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildən, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr isə çoxşaxəli və dinamikdir. Siyasi dialoqun qurulması enerji və iqtisadi əlaqələrin də inkişafına mühüm təsirlər göstərib.

Eyni zamanda, ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün bir sıra mexanizmlər tətbiq olunur. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin Ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda 350-dən artıq BƏƏ investisiyalı kommersiya qurumu (sahələr: sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır.

Yaşıl enerji” üzrə əməkdaşlıq…

Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payı var. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, “yaşıl enerji”nin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Bu gün Azərbaycanın imkanları nəinki öz enerji tələbatlarını təmin etməyə, alternativ enerjinin ixracına belə şərait yaradır. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə – yeni çağırışlara, müasir standartlara uyğunlaşdırılır. Bununla bağlı mövcud potensialın işlənməsi, invesitisiya qoyulması “yaşıl enerji” sektorunun yüksək inkişafına yol açır. Çünki bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensial mühüm göstəricilərlə ifadə olunur - 157 qiqavata bərabərdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, ?ünəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Müharibə başa çatandan sonra sözügedən ərazilərdə bir neçə bərpaolunan enerji stansiyasının istismarına başlanılıb, çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv fəaliyyət həyata keçirilib. Vurğulanmalıdır ki, 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30 və yaxud 40 faiz çatdırılması hədəf kimi qarşıya qoyulur.

Bu sahənin inkişafında BƏƏ ilə əməkdaşlığımız xüsusi yerə malikdir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı üzrə bütün dünyada məşhur olan şirkətlərdən biridir və ölkəmizdə bu sahəyə invesitisiya qoyuluşunda maraqlıdır. Şirkətin fəaliyyət coğrafiyası 30-dan çox ölkəni əhatə edir. İki gün öncə açılış mərasimi baş tutmuş  230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası da məhz bu şirkət tərəfindərn ərsəyə gətirilib. Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanmışdı. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulmuşdu. Oktyabrın 26-da açılış mərasimi keçirilən Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Yeni mərhələdə yeni investisiya

Sevindirici haldır ki, Azərbaycan ilə BƏƏ arasında bərpaolunan enerji məsələsindəki əməkdaşlıq qarşıdakı dövr üçün də inkişaf xətti qazanıb. Belə ki, oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında sənədlərin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsii və “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi qarşıdakı dövrdəki əməkdaşlığın daha da intensivləşməsinə mühüm zəmin formalaşdıracaq.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31