Azərbaycanı "Eurovision-2012" mahnı müsabiqəsində Səbinə Babayeva təmsil edəcək
13.02.2012 [22:49]
Bu il mayda Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində ölkəmizi Səbinə Babayeva təmsil edəcək. Bu, fevralın 12-də Heydər Əliyev Sarayında 5 namizədin iştirakı ilə keçirilən milli final yarışmasından sonra bəlli olub. Xatırladaq ki, “Eurovision-2012” mahnı müsabiqəsində ölkəmizi təmsil etmək uğrunda Arzu İsmayılova, Fəqan Səfərov, Elton İbrahimov, Səbinə Babayeva və Orxan Kərimli mübarizə aparıblar. Onlar 70 iştirakçı arasından, keçirilən 8 seçim turunun nəticələrinə əsasən, seçilərək finala çıxıblar. Beləliklə, İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru İsmayıl ömərov, Xalq artistləri Rauf Babayev, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Tünzalə Ağayeva, bəstəkar Faiq Sücəddinov, musiqişünas Zümrüd Dadaşzadə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyevanın təmsil olunduqları münsiflər heyətinin qərarı ilə milli seçim turunun qalibi Səbinə Babayeva elan olunub.
Milli final konsertinin rəsmi açılış mərasimi 57 illik “Eurovision” mahnı müsabiqəsinin tarixini, eləcə də, Azərbaycanın təmsil olunduğu və əldə etdiyi yüksək nəticələri göstərən 4 illik fəaliyyətdən bəhs edən videoçarxın nümayişi ilə başlayıb. Milli finalın keçirildiyi səhnədə bir böyük, 6 daha kiçik ölçülü LED ekranlar quraşdırılıb. Bu ekranlarda “Eurovision -2012” mahnı müsabiqəsinin şüarını - “öz məşəlini alovlandır!”ı (“Light your fire”) əks etdirən xüsusi roliklər nümayiş etdirilib. Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrinin, tarixi məkanlarının əks olunduğu kadrlardan ibarət görüntülər də bu video-çarxlarda yer alıb. Sonra finalçılar səhnəyə çıxıblar. Proqramda hər bir iştirakçı üç mahnı ifa edib. Konsert zamanı, həmçinin, Azərbaycanı “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edən və ölkəmizə beşincilik qazandıran Səfurə Əlizadə də maraqlı şou nümayiş etdirib. Gecənin xüsusi qonaqları qismində isə Türkiyənin “Eurovision -2012” təmsilçisi Can Bonomo və Malta təmsilçisi Kurt Kalleya (Kurt Kalleja) çıxış ediblər. Can Bonomo müsabiqə üçün mahnının müəllifliyini özü etdiyini deyib. O, hazırda “Eurovision-2012”-də ifa edəcəyi mahnı üzərində ciddi-cəhdlə işlədiyini vurğulayıb. Daha sonra səhnədə yerini alan Kurt Kalleya Azərbaycan xalqını salamlayıb və ölkəmizə uğurlar diləyib. O, səhnədə “This is the night” mahnısını ifa edərək, elə doğma dilimizdə Azərbaycanı çox sevdiyini deyib. Nəhayət, həyəcanlı anlar... Konsertin aparıcısı qalibi elan etmək üçün səhnədə görünüb və münsiflər heyətinin qərarı ilə milli seçim turunun qalibi Səbinə Babayeva elan olunub.
Qeyd edək ki, “Eurovision-2012” mahnı müsabiqəsi paytaxtın dənizkənarı bulvar ərazisində, Bayraq Meydanında inşa edilən “Baku Crystall Hall”da keçiriləcək. Mahnı müsabiqəsinin yarımfinal seçim turları mayın 22-si və 24-də baş tutacaq. Birinci yarımfinalda 18, ikinci yarımfinalda isə 19 ölkə mübarizə aparacaq. ümumilikdə, 43 ölkənin iştirak edəcəyi müsabiqənin final mərhələsi isə mayın 26-da keçiriləcək.
Viza rejimi sadələşdirildi
Yeri gəlmişkən, mayın sonunda Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar ölkəmizə gələcək müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala biləcəklər. Bu, Prezident İlham Əliyevin Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında imzaladığı müvafiq Fərmandan sonra mümkün olub. Sözügedən Fərmana əsasən, aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir: “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu; Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd; yaxud da “Eurovision-2012” mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Fərmanda, həmçinin, qeyd olunur ki, mahnı müsabiqəsində iştirak etmək məqsədilə ölkəmizə gəlmək istəyən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər: “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə, Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri - 2012-ci il aprelin 15-dən iyunun 1-dək; Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə, “Eurovision-2012” mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər - 2012-ci il mayın 10-dan iyunun 1-dək.
Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etsin.
Fərmanda, həmçinin, qeyd olunur ki, Xarici İşlər Nazirliyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Yayımları Birliyinə və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir; “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Xarici İşlər Nazirliyinin, habelə, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat verməlidir.
Müsabiqənin keçirilməsi üçün dövlət büdcəsindən 50 milyon manat ayrılacaq
Onu da qeyd etmək yerinə düşər ki, ötən həftə Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycanda “Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər üzrə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü” təsdiqlənib. Sərəncama əsasən, 2012-ci ildə dövlət büdcəsindən beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün 77 milyon manat vəsait ayrılacaq. Sənəddə qeyd olunur ki, “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi üçün büdcədən 50 milyon manat ayrılacaq.
“Eurovision-2012” mahnı müsabiqəsinin nümayəndə heyətləri paytaxtın xüsusi seçilmiş otellərində yerləşdiriləcəklər
Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək üçün Bakıya gələcək nümayəndə heyətləri paytaxtın xüsusi seçilmiş otellərində yerləşdiriləcəklər. Bu barədə “Eurovision-2012” mahnı müsabiqəsinin işçi qrupunun rəhbəri Adil Kərimli KİV-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda qonaqları yerləşdirmək üçün otellərin siyahısı hazırlanacaq. Bu siyahıya hazırda paytaxtda fəaliyyət göstərən mehmanxanalarla yanaşı, yeni tikilən və həmin vaxtadək istifadəyə veriləcək otellər də daxil ediləcək. Adil Kərimli, daha sonra qeyd edib ki, qonaqların yerləşdirilməsi üçün paytaxtda fəaliyyət göstərən bütün kateqoriyalı otellərin əksəriyyətindən istifadə edilməsi nəzərdə tutulur. Qeyd edək ki, “Eurovision-2012” mahnı müsabiqəsini izləmək üçün Bakıya təqribən 70 min turistin gələcəyi gözlənilir.
1600-dən artıq KİV nümayəndəsi Bakıya gələcək
“Eurovision-2012” mahnı müsabiqəsini işıqlandırmaq üçün may ayında 1600-dan çox jurnalistin Azərbaycana gələcəyi gözlənilir. Bunu müsabiqənin təşkilatı məsələlər üzrə rəhbəri Sietse Bekker yanvarın 25-də Bakıda keçirilən mətbuat konfransında bildirib.
“Eurovision-2012” mahnı müsabiqəsinin Azərbaycan üzrə icraçı prodüseri Adil Kərimli isə bildirib ki, şounun keçiriləcəyi “Baku Crystal Hall”ın yanında xüsusi mətbuat mərkəzi inşa olunur. Onun sözlərinə görə, bu məkan digər ölkələrdə indiyədək olan mətbuat mərkəzlərindən fərqlənəcək: “Bu mərkəz bir sıra özəllikləri ilə seçiləcək. İnanıram ki, burada bütün jurnalistlərə öz işlərini mükəmməl şəkildə həyata keçirmələri üçün hər bir şərait olacaq. Biz buna çalışırıq. Əmin edə bilərəm ki, mətbuat mərkəzi jurnalistlərin işini çox asanlaşdıracaq”.
Bakıdakı növbəti toplantıda “Eurovision-2012” mahnı müsabiqəsinin ifaçıları və mahnılar təsdiqlənəcək
Yeri gəlmişkən, artıq mart ayının 20-dək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək 43 ölkənin təmsilçisi və mahnıları bəlli olacaq. Bunu www.eurovision.az saytına müsabiqənin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bekker deyib. Onun sözlərinə görə, bütün iştirakçı ölkələrin təmsilçiləri və onların ifa edəcəyi mahnılar qeyd olunan tarixədək müəyyənləşməlidir. Təşkilati məsələlər üzrə rəhbər onu da bildirib ki, martın ikinci yarısında Bakıda növbəti toplantı keçiriləcək. Həmin görüşdə isə Avropa Yayımları Birliyi (EBU) “Eurovision-2012”də iştirak edəcək ölkələrin təmsilçiləri və mahnılarını təsdiqləyəcək.
Akkreditasiya fevralın 15-dən aprelin 20-dək davam edəcək
Bu arada isə Azərbaycan paytaxtında keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin nümayəndə heyətləri, KİV nümayəndələri və fanlar üçün akkreditasiyanın başlanma tarixi açıqlanıb. Akkreditasiya prosesi fevralın 15-i Mərkəzi Avropa vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 15:00) başlayacaq. Qeydiyyat aprelin 20-si Mərkəzi Avropa vaxtı ilə saat 23:59-a (Bakı vaxtı ilə saat 02:59) kimi davam edəcək. Akkreditasiya prosesi mahnı müsabiqəsinin rəsmi saytı olan “www.eurovision.tv”də Eurovision Family Accreditation System (EFAS) vasitəsi ilə həyata keçiriləcək. Aprelin 20-də proses bağlandıqdan sonra bu sistemə müraciət edən şəxsin akkreditasiyadan keçəcəyinə zəmanət verilmir.
“Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq işləri Avropa mediasında
Son günlər Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq işləri Avropa mediasının, xüsusilə, elektron KİV-lərin aparıcı mövzularından birinə çevrilməkdədir. Məsələn, “www.eurovision.az” saytının verdiyi xəbərə görə, müsabiqə ərəfəsində Azərbaycana səfərlərindən aldıqları zəngin təəssüratları tamaşaçılar və oxucularla bölüşən avropalı jurnalistlər may ayında Bakıda fərqli bir “Eurovision” şousunun şahidi olacaqlarını əminliklə deyirlər.
Bu günlərdə isə Serbiyanın “RTS” televiziyasında Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlığı ilə bağlı növbəti veriliş yayımlanıb. Telekanalın əməkdaşı Tanya Şıkıç Bakıdakı “Buta Palace”da keçirilən müsabiqənin rəmzi açarının təqdim edilməsi mərasimindən növbəti reportajını təqdim edib. Bakı təəssüratlarını bölüşən telekanalın əməkdaşı Azərbaycan paytaxtında müsabiqəyə hazırlıq işlərindən söhbət açıb. O, reportajında İçərişəhərin, Qız qalasının, ümumilikdə paytaxtımızın onun yaddaşına həkk olunduğunu deyib. Verilişin gedişində Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviçlə telefon bağlantısı olub. Səfir Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq işlərinin gedişi barədə serbiyalı tamaşaçılara geniş məlumat verib.
Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq işləri barədə material Moldova televiziyası ilə də geniş yayımlanıb. ölkənin aparıcı telekanalı olan “Moldova 1” televiziyasının təqdim etdiyi növbəti reportajda tamaşaçılara tanıtım videoçarxları üçün keçirilən ilk kastinqlər, Bakıda yaradılacaq “Eurovision” muzeyi, şounun keçiriləcəyi “Baku Crystal Hall” barədə ətraflı məlumat çatdırılıb. Bakıda “Eurovision” şousunun müsabiqənin 57 illik tarixində digər yarışmalardan həm də milli çalarların zənginliyi ilə seçiləcəyini deyən moldovalı telejurnalistlər may ayında bütün turistlərin qonaqpərvər Azərbaycanda unudulmaz anlar keçirəcəklərini bildiriblər.
Avropa Yayımları Birliyi Azərbaycanın müsabiqəyə hazırlığım yüksək dəyərləndirir
Vurğulamaq yerinə düşər ki, ötən ay ölkəmizdə səfərdə olan “Eurovision” layihəsinin rəhbəri Yan Ola Sand jurnalistlərlə görüşündə Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlığını yüksək dəyərləndirib. “Biz çox gözəl bir hadisənin ərəfəsindəyik. Bir neçə dəfə ölkənizdə olduğum üçün Azərbaycanın bu yarışmaya çox ciddi, sevinc, maraq və məsuliyyətlə hazırlaşdığının şahidiyəm. Bu tədbirin Azərbaycanın hüdudlarından kənarda yayımlanması ən müasir texnoloji vasitələrlə həyata keçiriləcək. Müsabiqənin əsas yayımçı şirkəti İTV də müsabiqənin keçirilməsinə çox ciddi hazırlaşır. Biz şadıq ki, hər şey uğurla davam edir”, - deyə o, vurğulayıb.
Azərbaycan “Eurovision”da yenidən qalib ola bilər
“Azərbaycan müsabiqəyə qatıldığı ildən mən bu ölkənin qalib gələcəyinə əmin idim. Əslində, ölkənizin iştirakının 4-cü ilində qalib gəlməsi bizə qəribə gəlmədi və bizi şoka salmadı. çünki Azərbaycan bu qalibiyyətə ilk ildən layiq idi. Düşünürəm ki, bu il də Azərbaycanın şansları yüksək olacaq və yenidən qalib gələ bilər”. “www.eurovision.az” saytının verdiyi xəbərə görə, bu fikri “Eurovision” mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand Bakıda jurnalistlərlə görüşündə səsləndirib. Onun sözlərinə görə, son 4 ildə Azərbaycan təmsilçilərinin müsabiqədəki hər bir çıxışı yaddaqalan olub.
Milli musiqimizə yüksək qiymət verən Yan Ola Sand, həmçinin, Azərbaycan muğamına heyran olduğunu da bildirib: “Hər gəlişimdə Bakını daha çox sevirəm. Azərbaycan barədə düşüncələrim çox yaxşıdır. Xüsusi ilə, Azərbaycan mətbəxindən doymaq olmur”.
O, bildirib ki, Azərbaycanda olduğu müddətdə burada gördüyü qonaqpərvərlik həqiqətən də, yüksək dəyərləndirilməlidir. Yan Ola Sand, həmçinin, “Eurovision” mahnı müsabiqəsini izləmək üçün bu ilin mayında ölkəmizə gələcək turistlərin də bu qonaqpərvərlikdən bəhrələnəcəyinə əminliyini vurğulayıb.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

