/ / Bakı sakinləri "Eurovision-2012" mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsini yüksək dəyərləndirirlər
Bakı sakinləri "Eurovision-2012" mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsini yüksək dəyərləndirirlər
21.02.2012 [00:21]
Məlum olduğu kimi, cari ilin may ayında “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Azərbaycan özünün bütün resurslarından maksimum səviyyədə istifadə etməklə bəhs edilən beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi yönündə mühüm hazırlıq tədbirləri görməkdədir. Bütün bunlara paralel olaraq dünyanın nüfuzlu KİV-ləri və media ekspertləri, eyni zamanda, müvafiq qurumlar ölkəmizin “Eurovision-2012” mahnı müsaqibəsinə hazırlığını olduqca yüksək səviyyədə dəyərləndirirlər.
Onu da qeyd etmək lazımdır ki, bəhs edilən beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkəmiz üçün bir neçə istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, bu, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi işinə olduqca mühüm töhfələr bəxş edəcək. Dövlət tərəfindən yüksək səviyyəli hazırlıq işlərinin görülməsi ölkəmizin sözügedən beynəlxalq mahnı müsabiqəsini layiqincə keçirilməsini şərtləndirir ki, bu da, şübhəsiz, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun yüksəldilməsi üçün əhəmiyyətli avantajdır. İkincisi, “Eurovision-2012”nin Azərbaycanda keçirilməsi ölkəmizin turizm potensialından səmərəli istifadə olunması baxımından müsbət faktor kimi çıxış edəcək. Əlbəttə ki, “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinin ölkəmizə gətirəcəyi dividendlərin sayını istənilən qədər artırmaq olar. Amma, təkcə sadalananlar da deməyə əsas verir ki, bu, ölkəmiz üçün xüsusi avantaj əhəmiyyəti kəsb edən pozitiv faktor qismində çıxış edəcək.
Bütün bunlara baxmayaraq, özlərini müxalifət adlandıran bəzi radikal, antimilli qüvvələr “Eurovision-2012” məsələsi üzərindən ölkəmizə qarşı “qara piar” kampaniyası aparırlar. Daha doğrusu, həmin qüvvələr bəzi qərəzli xarici dairələrin ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyasına bütün gücləri ilə dəstək verir və Azərbaycanın beynəlxalq nüfuzunu sarsıtmağa çalışırlar.
Lakin fikirlərini öyrəndiyimiz vətəndaşların rəyləri isə deməyə əsas verir ki, Azərbaycan ictimaiyyəti “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsini müsbət dəyərləndirir, bunun Azərbaycan üçün mühüm üstünlüklər gətirəcəyini qeyd edirlər.
Məsələn, Ayşə İsmayılovanın sözlərinə görə, ötənilki qələbə Azərbaycanın gücü və nüfuzunu göstərdi: “Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində qələbə qazanması ölkəmizə milli-mənəvi dəyərlərin təbliğ edilməsi işində də önəmli avantajlar qazandırdı. Eyni zamanda, bu, bir daha ona dəlalət etdi ki, Azərbaycan yüksək beynəlxalq nüfuz sahibidir. Düşünürəm ki, bu il ölkəmizdə keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi Azərbaycana əhəmiyyətli üstünlüklər gətirəcək. Bu, həm də turizm sektorunun inkişafına töhfələr verəcək”.
“Bəzi antimilli qüvvələrin ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyasına gəlincə, demək istəyirəm ki, bu, xalqımızın mənafeyinə uyğun deyil. Həmçinin, bu, milli maraqlarımıza ziddir. Mən həmin qüvvələrin qərəzli məntiqini anlaya bilmirəm. Onlar dövlətçiliyə yox, başqa qüvvələrə xidmət edirlər”, - deyə A.İsmayılova vurğulayıb.
Gülay Əliyeva isə “İnanıram ki, Azərbaycan “Eurovision-2012” mahnı müsabiqəsində uğurla təmsil olunacaq. ölkəmiz bu mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə hazırlaşır. ümidvaram ki, bu tədbirin fonunda Azərbaycanın beynəlxalq nüfuzu daha da artacaq” - deyib.
Onun sözlərinə görə, radikal müxalifətin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyası yolverilməzdir: “Mən başa düşmürəm ki, radikal müxalifət nə istəyir. Əlbəttə ki, bu müsabiqə bizim üçün yalnız müsbət səciyyə daşıyır”.
Fatimə Abdullayeva isə deyib ki, “Eurovision-2011” Azərbaycanın Avropaya inteqrasiyasında mühüm əhəmiyyət kəsb etdi: “ötənilki qələbə Azərbaycanın nəyə qadir olduğunu göstərdi. İnanıram ki, builki müsabiqədə də ölkəmiz özünün potensialından tam istifadə edəcək”.
Onun sözlərinə görə, bəzi daxili antimilli qüvvələrin ölkəmizə qarşı “qara piar” kampaniyası aparması Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən qüvvələrin maraqlarına xidmət edir.
Ağamusa Balaşovun fikrincə isə, “Eurovision” ölkəmizin beynəlxalq areanada təbliği, turizm sektorunun inkişafı, beynəlxalq əməkdaşlıq nöqteyi-nəzərindən əla fürsət və imkandır: “Düşünürəm ki, bu tədbir Azərbaycana çox böyük dividendlər gətirəcək. Bir məqamı da qeyd edim ki, radikal müxalifət deyilən qüvvələr ölkəmizə qarşı qarayaxma kampaniyasından əl çəkməli və dövlətçilik maraqlarımızı hansısa qüvvələrin mənafeyinə satmamalıdırlar”.
üMİDƏ
Xəbər lenti
Hamısına baxGündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55

