Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: Bakıda sökülən evlərin "Eurovision" mahnı müsabiqəsinə heç bir aidiyyəti yoxdur

Əli Həsənov: Bakıda sökülən evlərin "Eurovision" mahnı müsabiqəsinə heç bir aidiyyəti yoxdur

21.02.2012 [00:25]

“57-ci “Eurovision” mahnı müsabiqəsi çərçivəsində Bakıda heç bir ev sökülməyib, nə hansısa insanların obyekti sökülməyib, nə də bununla bağlı köçürmə həyata keçirilməyib”, - bunu “Trend”ə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, Bakı şəhərində həyata keçirilən söküntülər, infrastrukturların yeniləşdirilməsi, yeni yollar, su, qaz layihələrinin əksəriyyəti paytaxtın Baş planına müvafiq şəkildə, qanunlar çərçivəsində, əvvəlcədən müəyyən olunmuş marşrutlar üzrə və həmin marşrutlara düşən evlərə görə insanlara kompensasiyaların ödənilməsi vasitəsilə həyata keçirilir.
PA rəsmisi bildirib ki, bunun nə “Eurovision”a, nə də “Eurovision”un keçiriləcəyi yerin abadlaşdırılmasına aidiyyəti var.
“Bunu etmək istəyənlər bu aksiyanı siyasiləşdirirlər, “Eurovision” mahnı müsabiqəsindən istifadə edib Azərbaycana təyziq göstərmək istəyirlər, bəzi dairələr özlərinin bu və ya digər ambisiyalarını, o cümlədən Azərbaycan dövlətinə, onun enerji və digər sahələrdə həyata keçirdiyi siyasətə təyziq, təsir vasitəsi kimi istifadə etmək sahəsindəki ambisiyalarını “Eurovision”a bağlamaq istəyirlər. Biz bunu birmənalı şəkildə pisləyirik. Biz Avropa musiqi müsabiqəsini layiqli səviyyədə keçirəcəyik və bunun da Azərbaycanda nə hansısa söküntüyə, nə Bakı şəhərinin abadlaşdırılmasına, nə də digər layihələrə heç bir aidiyyəti yoxdur”, - Ə.Həsənov əlavə edib.
Paylaş:
Baxılıb: 960 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30