Bu, Türkiyə-Azərbaycan birliyinin gücünü göstərdi
01.03.2012 [01:19]
“Məlum olduğu kimi, fevralın 26-da Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyevin iştirakı ilə ümumxalq yürüşü keçirildi. Eyni zamanda, Azərbaycanın diaspor qurumlarının təşəbbüsü və iştirakı ilə dünyanın 30-dan çox ölkəsinin paytaxtında da bu tipli tədbirlər keçirildi. Bunların sırasında İstanbulun tarixi Taksim meydanında keçirilən aksiya öz möhtəşəmliyi ilə ən böyük tədbirlərdən biri sayılmaqdadır”.
Bunu qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. İstanbulun dünyanın ən böyük şəhərlərindən, həmçinin, informasiya mübadiləsi mərkəzlərindən biri olduğunu deyən millət vəkili əlavə edib ki, sözügedən aksiyanın təşəbbüskarı Türkiyədəki qeyri-hökumət təşkilatları, eyni zamanda, qardaş ölkədə məskunlaşmış azərbaycanlıların qurduqları diaspor təşkilatları idi: “Qeyd edim ki, həmin tədbirdə Azərbaycandan da tanınmış bir sıra mədəniyyət və incəsənət xadimləri, o cümlədən, Milli Məclisin deputatları iştirak edirdilər. Taksim meydanında keçirilən tədbirdə Türkiyənin ictimai-siyasi palitrasının bütün mənzərəsini görə bilərdik. Orada həm Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP), həm də müxalifətçi CHP və MHP-nin nümayəndələri iştirak edirdilər. Türkiyə Böyük Millət Məclisinin ən azından 15-ə yaxın üzvü Taksim meydanındakı tədbirə qatılmışdı. Həmçinin, Türkiyənin tanınmış sənət adamları, media nümayəndələri bu tədbirdə idilər. Türkiyədən olan dostlarımızın qeyd etdikləri kimi, Taksim meydanında toplanan insanların sayı da əvvəlki mitinqlərlə müqayisədə çox idi. Bu iştirakçılar arasında həm də Türkiyənin müxtəlif bölgələrindən gələn şəxslər var idi”.
Millət vəkili deyib ki, Taksimdə keçirilən aksiyada səsləndirilən şüarlar da özəlliyi ilə fərqlənirdi: “Bu şüarlar bir tərəfdən Xocalı soyqırımını törədənlərin cəzalandırılmasına çağırırdısa, digər tərəfdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı çağırışlar idi. Həmçinin, “Hamımız türkük”, “Hamımız xocalılıyıq” şüarları da səsləndirilirdi ki, bu şüarlar bir tərəfdən Türkiyə və Azərbaycan dostluğunu, digər tərəfdən Türk dünyasının bütövlükdə Azərbaycanın üzləşdiyi problemlərə biganə qalmadığını ifadə edirdi”.
“Bilirsiniz ki, artıq Fransanın Konstitusiya Şurası qondarma “erməni soyqırımı” ilə əlaqədar qanunu rədd edib. Qeyd edim ki, Taksim meydanında aksiya keçirilərkən bu bəlli deyildi. Amma orada da “qondarma “erməni soyqırımı”nı tanıyanlar gözünüz kor, qulağınız kardırmı, olmayanı tanımaqdansa Xocalı faciəsini tanıyın” kimi çağırışlar var idi. Taksim meydanında keçirilən möhtəşəm mitinqdə çıxışlar oldu. Onların sırasında mən Xocalıdan olan və 20 yaşı məhz fevralın 26-da tamam olan Zərifənin çıxışını xüsusi qeyd etmək istəyirəm” - deyə, millət vəkili əlavə edib.
Aksiyada Türkiyənin daxili işlər nazirinin də çıxış ediyini deyən YAP İcra katibinin müavininin sözlərinə görə, türkiyəli nazir bir daha hakimiyyətinin, hökumətinin mövqeyini aydın göstərdi və bildirdi ki, Türkiyə dövləti Azərbaycanın arxasındadır, Türkiyə bu məsələlərə biganə deyil. Təsadüfi deyil ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısındakı çıxışında Xocalı soyqırımına münasibət bildirdi və Xocalı soyqırımının dünyada tanıdılmasının zəruriliyini bəyan etdi.
Millət vəkili onu da qeyd edib ki, istər İstanbulunTaksim meydanında, istərsə də Türkiyənin digər bölgələrində keçirilən tədbirlər türk ictimai fikrinin bütövlükdə Azərbaycanın tərəfində olduğunu bir daha nümayiş etdirdi: “Eyni zamanda, bu, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması baxımından əhəmiyyətli bir hadisə idi. Bu aksiya, həmçinin Türkiyə-Azərbaycan birliyinin gücünü göstərdi”.
Sevinc
Xəbər lenti
Hamısına baxAnalitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15

