Parisin meri, yoxsa “şəri”...
01.12.2023 [10:40]
İdalqo 60 min dolları necə “yeyib”?
Azərbaycana qarşı müxtəlif siyasi kampaniyalar “hazırlayan” erməni lobbisinin bəzi “drijorları” gec-tez ilahi ədalət qarşısında, eyni zamanda hüquqi ədalət qarşısında məsuliyyət daşıyırlar. Məsələn, vaxtilə müxtəlif dini təşkilatlarla “ianə” kampaniyaları həyata keçirən, bunları isə özünün hesabatına yazdırmayan, beləliklə çirkli pulların dövriyyəsində əli olan ermənipərəst Baronessa Kerolayn Koksu, Avropa Parlamentinin üzvü, böyük “Qatargayt” qalmaqalında əli olan və axtarış zamanı evində əskinaslarla dolu çantalar tapılan Yeva Kaylini və təbii ki, 2024-cü ilin mayında dörd cinayət işi üzrə mühakimə olunacağı gözlənilən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Bob Menendesi bu cərgəyə qatmaq olar. Adıçəkilən şəxslər bu və ya digər şəkildə anti-Azərbaycan, anti-türk kampaniyaların mühüm bir hissəsi kimi çıxış etmiş, “erməni xoru”na rəhbərlik etmişdilər. Amma son nəticədə hər birinin atdığı qeyri-qanuni addımlar, bulaşdıqları korrupsiya faktları üzə çıxdı, haqlarında qanuni işləmlər görüldü...
İdalqo mənimsəmədə ittiham olunur...
Bu dəfə isə erməni lobbisinin daha bir “favorit”inin, Parisin meri Ann İdalqonun başı qalmaqaldadır. Qatı ermənipərəst mövqeyilə tanınan, vaxtilə Laçın yolunda quraşdırılan sərhəd buraxılış məntəqəsinə görə Azərbaycanı hədələyən, hətta Fransadan Laçın məntəqsinə göndərilən “TIR karvanı”nın karvanbaşısı olan Paris meri Ann İdalqo korrupsiyada ittiham olunur. KİV-də yayılan məlumatlara görə, İdalqo həyat yoldaşı ilə birgə Yeni Kaledoniya və Fransız Polineziyasına iki həftəlik işgüzar səfərə gedib. İdalqonun səfər çərçivəsində adalarda və Sakit Okeanda keçirdiyi bütün müddət ərzindəki xərcləri isə dövlət büdcəsindən ödənilib. Maraqlıdır ki, işgüzar müddəti cəmisi bir həftə müəyyənləşən səfərin ikinci yarısında İdalqo yaxınlıqdakı adalardan birində məskunlaşan qızını ziyarət edib. O, izi itirmək üçün sosial şəbəkələrdə Paris küçələrində velosiped sürdüyünə dair videolar yerləşdirib. Eyni zamanda, İdalqonun səfər çərçivəsində planlaşdırılan rəsmi tədbirlərin əksəriyyətinə qatılmadığı da ortaya çıxıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Ümumilikdə, mer öz səfərinə təxminən 60 min avro xərcləyib.
Ermənidən betər erməni...
Dövlətin pullarını özünün şəxsi məqsədləri üçün istifadə edən və bunu da gizlətməyə çalışan İdalqo Azərbaycan oxucusuna tanış simadır - 2020-ci ilin Vətən müharibəsindən dərhal sonra İdalqo Paris meriyasının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşdığı ilə bağlı bəyanat yaymışdı. O dövrdə də Paris meriyasına başçılıq edən Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınırdı və hətta onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilirdir.
Ümumiyyətlə, Paris meri Ermənistanın həm əvvəlki, həm də indiki siyasi hakimiyyəti ilə sıx əlaqədədir, onun ən yaxın adamı, müavini isə Fransada erməni təşkilatlarının koordinasiyası şurasının rəhbəri Jan-Mark Ara Tonoyanın qızı Anuş Toronyandır. 2015-2018-ci illərdə Parisin meri Ann İdalqo Ermənistanın o vaxtı prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb. O cümlədən, Ann İdalqo Ermənistanda yaradılmış “TUMO Center for Creative Technologies” mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. “TUMO”-nun o zamanlar Azərbaycanın erməni işğalında olan Xankəndi şəhərində də ofisi olub.
Ann İdalqonun ermənilərlə əlaqələri bununla bitmir. Belə ki, Paris meri seçkiləri keçirilən zaman Ann İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələrinin olması barədə ona qarşı aparılan kampaniyanın başında da erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar. Ann İdalqonun “erməni sevgisi” özünü sosial şəbəkələrdə də büruzə verib. Belə ki, Paris meri qondarma “erməni soyqırımı” ilə bağlı tvitləri ilə də məşhurdur.
Ermənipərəstlərin korrupsiyaya bulaşması...
Bəli, bütövlükdə, həyatını və karyerasını erməni lobbisi ilə “çiyin-çiyinə” keçirmiş daha bir “şərçi” ədalət mühakiməsi qarşısında dayanacaq. Korrupsiyada, rüşvətxorluqda, mənimsəmədə, dövlət maraqlarına xəyanətdə məhz ermənipərəst şəxslərin adının hallanması isə təsadüfi deyil - həmin şəxslərin erməni lobbisinin “xidmətçisi” olması üçün həm lobbi, həm də həmin ölkələrin erməni maraqlarına qulluq edən strukturları milyonlarla vəsait xərcləyirlər. İdalqo, Menendes, Baronnesa Koks və adıçəkilməyən onlarla xainlər kimi öz dövlətinin maraqlarına qarşı gələrək, bəşəri dəyərlərə, beynəlxalq hüquqa arxa çevirənlər, “erməni xoru”na qoşulanların aqibətinin bu sonluqla nəticələnməsi ilahi ədalətə əsaslanır. Bu dəfə düyünə düşən isə Parisin “şəri”nin işləridir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

