31 MART SOYQIRIMI-xalqımızın qan yaddaşı
30.03.2012 [13:00]
Məlum olduğu kimi, 31 mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazılıb. 1918-ci ildə baş vermiş bu qanlı olay demək olar ki, bütünlüklə Azərbaycan ərazisini əhatə edib. Tarixdən də bəlli olduğu kimi, 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirib. Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyyətçilərinin işbirliyini təmin edib. 1918-ci ildə martın 9-da Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün Bakıya gələn general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı hələ paytaxta qədəm basmamış Rusiya bolşeviklərinin lideri Vladimir Ulyanov (Lenin) Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollayıb: “Hörmətli yoldaş Şaumyan: Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir. Bütün dostlara xoş arzular və salamlar.
V.Ulyanov (Lenin)”
Lakin Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs edilir və qarşıdurmanın ilk anları yaşanır. Nəticədə şəhərdə yaşayan azərbaycanlılar Bakı Sovetinə qarşı müqavimət göstərməyə başlayırlar. Baş verən silahlı münaqişə martın 30-dan aprelin 3-nə qədər davam edir.
Yeri gəlmişkən, tarixi mənbələrdə qeyd edilir ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilsə də bu baş tutmamışdı. Amma müsəlman korpusunun komandiri general Talışinskinin həbsi artıq şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya can atırdılar. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, guya bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərk-silah olunması üçün göstəriş verdi. Yerli əhali isə küçələrə çıxıb zabitlərin tərk-silah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başladı. Şamaxıda 72, Qubada 122 kənd yerlə-yeksan edildi və əhalisinə divan tutuldu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir.
1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirdilər. Beləliklə, Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa, “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçdi. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidildi. Təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırıb, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyalarını dağıdıb, məscidlərə böyük ziyan vurublar.
Mart hadisələri, əslində, bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda bunu etiraf etmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyun”un da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik”.
Onu da vurğulamaq yerinə düşər ki, tarixin qanlı səhifələrindən olan 31 mart soyqırımı Sovet ideoloqları tərəfindən qəsdən unutdurulmağa çalışılırdı. Yalnız Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra məhz ümummilli liderimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart soyqırımı günü kimi rəsmiləşdirildi. Eyni zamanda, Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dünyaya erməni vandalizminin tanıtdırılması, Azərbaycan xalqının haqlı, ədalətli mövqeyinin çatdırılması istiqamətində dayanmadan fəaliyyət göstərir. Məhz bu fəaliyyət nəticəsində artıq dünya bilir ki, XIX əsrin əvvəllərində Qarabağ və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1948-1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı sürətdə həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir.
Yeri gəlmişkən, hələ 2004-cü ildə “Daşnaksütyun” partiyasının üzvü Qrant Markaryan Ermənistan parlamentində açıq şəkildə bəyanat vermişdi ki, məqsədləri Azərbaycan torpaqları deyil, azərbaycanlıların kökünü kəsməkdir. Həmçinin, bəyanatında onu da vurğulamışdı ki, məqsəd yeni nəsildə azərbaycanlılara qarşı nifrət və ikrah hissini formalaşdırmaqdır və bunu özlərinin ən böyük qələbəsi hesab edirlər.
Bir sözlə, tarixən erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək və mifik “böyük Ermənistan” dövləti yaratmaq olub. Məhz buna görə də, ermənilərin xalqımıza qarşı apardıqları genosid siyasətinin tarixi kökləri yüzilliklərdən üzübəri keçib gəlir. Əsrlərdən bəri ermənilərin bizə qarşı olan düşmənçilikləri heç bir sərhəd bilməyib.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

