Fransanın neokolonialist “arzuları”
16.12.2023 [10:30]
Rəsmi Parisin müstəmləkəçilik siyasətinə qarşı müqavimət güclənir
Sivilizasiyanın yüksək inkişaf səviyyəsinə çatdığı XXI əsrdə insan haqları və vətəndaş azadlığı ilə bir araya sığmayan müstəmləkəçiliyi təsəvvür etmək belə mümkün deyil. Tərəqqipərvər bəşəriyyət müstəmləkəçiliyi, sümürməçiliyi rədd edir. Bununla belə, yeri gəldi-gəlmədi demokratik ənənələri ilə öyünən, az qala bütün dünyaya bu barədə dərs demək iddiaları sərgiləyən Fransa hələ də dövlət səviyyəsində kolonilalizm siyasətini davam etdirir. Bu ölkə ənənəvi sümürmə siyasətini yeni kolonializmlə əvəzləyərək dənizaşırı ərazilərin sərvətlərini talamaqla məşğuldur ki, bu da kəskin etirazlar yaradır.
Müstəmləkəçilik siyasətinin qanlı izləri
Neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı bu ölkənin qul siyasətinin qurbanı olub.
Fransanın bu ölkə üçün üzqarası sayılan müstəmləkəçilik siyasətinə aid bəzi nümunələrə diqqət çəkək. 1975-ci ildə Qəmər Adaları İttifaqının Mayot da daxil olmaqla arxipelaqın müstəqilliyini elan etməsinə və BMT Baş Assambleyasının (BA) Qəmər dövlətinin Mayot adası üzərində suverenliyini təsdiq etməsinə baxmayaraq, Fransa bu gün də Mayot adasını öz departamenti kimi idarə etməkdə davam edir.
Ümumiyyətlə, Fransanın müstəmləkəçilik siyasəti həyata keçirdiyini təsdiqləyən faktların siyahısı çox uzundur. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa eyni zamanda 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyır. Fransa müstəmləkəçilik siyasətinin ən qanlı izlərini həmçinin Əlcəzairdə qoyub. Burada milyonlarla insan bu siyasətin qurbanına çevrilib.
Zaman ötdükcə Fransa ən ağır şərtlər əsasında davam etdirdiyi müstəmləkəçilik siyasətinin formasını dəyişmək məcburiyyətində qalıb. Məzmun isə dəyişmir. Belə ki, Fransanın yeni kolonializm siyasəti yenə də əsarət altında saxlanan xalqların istismarına, ölkələrin sərvətlərinin talanmasına əsaslanır. Əsrlər keçsə də, siyasət və təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit, Hind və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Həmçinin Afrika qitəsindəki keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələri davam etdirir, burada stabilliyin əldə edilməsinə mane olur. Fransa kolonializmi barədə dənizaşırı regionlardan olan siyasətçilərin səsləndirdiyi fikirlər dəhşət doğurur.
Artan kəskin etirazlar
Fransa hər nə qədər ən qəddar metodlarla sümürmə siyasətini davam etdirməyə çalışsa da, artıq müstəmləkəçiliyə qarşı genişlənən hərəkatın qarşısını almaqda acizdir. Belə görünür ki, artıq Fransanın 500 illik tarixə malik müstəmləkəçilik siyasətinin sonu gəlib. Getdikcə daha çox ölkədə “Rədd ol, Fransa!” şüarları səslənir və bu ölkənin dövlət rəmzləri aşağılanır. Təkcə son vaxtlarda bir neçə Afrika ölkəsində Fransanın siyasi və hərbi mövcudluğuna son qoyulub. “Fransa Mayot adasından çıxıb getmək istəmir. Buna son qoyulmalıdır və Fransa Mayotdan getməlidir”. Bu fikirləri Qəmər Adaları xarici işlər nazirinin müşaviri Said Omar Said Ali deyib. BMT-nin, İslam Əməkdaşlıq Təşkilatının və bir çox başqa beynəlxalq təşkilatların Mayot adası ilə bağlı çoxsaylı qətnamə və qərarlarını xatırladan Said Omar Said Ali bildirib ki, Fransa bu sənədlərə məhəl qoymur. Rəsmi Paris Qəmər adaları sakinləri arasında nifaq salmaqda, düşmənçilik yaratmaqda davam edir. Fransa Mayot adasını tərk etməli və bu vəziyyətə son qoymalıdır. “Mayot adasının azadlığı uğrunda mübarizəmizi davam etdirəcək, adanı azad edəcəyik”, - deyən S. O. Said Ali Mayotun azadlığı ilə bağlı mövqelərinin qəti olduğunu vurğulayıb.
Son vaxtlarda müstəmləkəçiliyə qarşı etirazların kəskinləşdiyi dənizaşırı ərazilərdən biri də Fransız Polineziyasıdır. BMT-nin dekolonizasiya komitəsinin eksperti, Fransız Polineziyasından olan Karlil Korbən deyib ki, Fransanın dənizaşırı ərazilərlə bağlı əsas siyasəti müstəmləkə təsirini mümkün qədər davam etdirməkdir. Fransız Polineziyası 2013-cü ildə öz azadlığını elan edib və bu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən də tanınıb. Polineziyanın azadlığı BMT tərəfindən tanınsa da, Fransa bunu qəbul etmək istəmir. Rəsmi Paris Polineziyanın özünüidarə hüququnu qəbul etdiyini rəsmi şəkildə BMT-yə bildirməli idi. Ancaq rəsmi Paris bu günə qədər bunu etməyib. “Biz bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik. Fransa Polineziyanın müstəqilliyini rəsmi qəbul edənə qədər fəaliyyətimizi əzmlə davam etdirəcəyik”, - deyə BMT-nin dekolonizasiya komitəsinin eksperti vurğulayıb.
Xilas olmaq uğrunda mübarizə
Bu günlərdə BMT-nin Cenevrədəki ofisində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutan “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfransda da Fransanın müstəmləkəçilik siyasətini davam etdirməsinə kəskin münasibət bildirilib. O cümlədən vurğulanıb ki, Fransa 1980-ci ildə özünün də ratifikasiya etdiyi BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktı ilə xalqlar qarşısında götürdüyü bütün öhdəlikləri şüurlu şəkildə pozub. O, nəinki “xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi”ni “asanlaşdırıb”, əksinə, bütün vasitələrlə, o cümlədən ən ədalətsiz yollarla buna qarşı çıxıb.
Konfrans iştirakçıları Fransanın özünün geostrateji mövqeyini möhkəmləndirmək məqsədilə müstəmləkəyə çevirdiyi ölkələri hərbiləşdirməsinə, hərbi bazalarını orada yerləşdirməsinə etiraz ediblər. İştirakçılar Fransa tərəfindən ölkələrində fundamental insan hüquqlarının və azadlıqlarının pozulması faktlarını sadalayıb, azadlıq uğrunda mübarizədə beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərin səylərinin birləşdirilməsinin vacibliyini qeyd ediblər. BMT institutları və Qoşulmama Hərəkatı çərçivəsində hüquqi əsasda mübarizənin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Konfransda Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri Qoşulmama Hərəkatının sədri kimi Azərbaycandan bu istiqamətdə onlara dəstək göstərilməsini xahiş ediblər.
Konfransda qəbul olunan Yekun Bəyannamədə iştirakçılar Mali, Burkina Faso və Niger xalqlarının öz sərvətlərinin talanmasından, fransız imperialist hökmranlığından xilas olmaq üçün apardıqları mübarizəni alqışladıqlarını bildiriblər. “Fransız mədəniyyəti hegemonluğu institutları və getdikcə yoxa çıxmaq təhlükəsi altında olan yerli dilləri arxa plana keçirən və xalqlarımızın tarixinə, coğrafiyalarımıza uyğun gəlməyən fransız məktəb proqramlarını uşaqlarımıza tətbiq edən assimilyasiya siyasəti nə xalqlarımızın tarixinə, nə coğrafiyamıza, nə mədəniyyətlərimizə, nə də gələcəyimiz üçün ambisiyalarımıza uyğun gəlir, - deyə sənəddə vurğulanıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

