104 il öncə, bu gün...
11.01.2024 [10:10]
Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınmışdı
XX əsrin əvvəllərində dağılmış Rusiya imperiyasının ərazisində yeni yaranmış müstəqil milli dövlətlər kimi, Azərbaycan Xalq Cümhuriyyəti də dünya dövlətləri tərəfindən tanınmaq, beynəlxalq birliklərin bərabərhüquqlu üzvü olmaq, respublikanın suverenliyini və ərazi bütövlüyünü təmin etmək baxımından Paris Sülh Konfransına böyük ümid bəsləyirdi. Azərbaycan hökumətinin nümayəndələri Qafqazdakı müttəfiq qoşunlarının komandanı general V.Tomsonla danışıqlar zamanı Azərbaycanın beynəlxalq sülh konfransında iştirakına təminat almışdılar. Britaniya hökumətinin Bakıya gələn rəsmi nümayəndəsi general Corc Miln də öz bəyanatlarında bunu təsdiqləmişdi. General Tomson Azərbaycan hökumətinə yazılı şəkildə bildirmişdi ki, bütün mübahisəli ərazi məsələləri sülh konfransının qərarı ilə həll ediləcək.
Bu məqsədlə 1918-ci il dekabrın 26-da təşkil olunmuş yeni Azərbaycan hökumətinin ilk addımı dekabrın 28-də Paris Sülh Konfransına göndəriləcək nümayəndə heyətinin tərkibini və statusunu müəyyənləşdirmək oldu. Azərbaycan parlamentinin sədri Əlimərdan bəy Topçubaşov sülh konfransına gedəcək heyətin başçısı, Məmməd Həsən Hacınski isə onun müavini təyin edildi. Nümayəndə heyətinə iki nəfər parlament üzvü - Əhməd Ağayev və Əkbər ağa Şeyxülislamov daxil idi. Mir Yaqub Mehdiyev, Ceyhun Hacıbəyli və Məhəmməd Məhərrəmovdan ibarət məsləhətçilər qrupu müəyyən olundu.
1919-ci ilin dekabrında Əlimərdan bəy Topçubaşov başda olmaqla Versaldakı Azərbaycan diplomatik missiyası Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Cəmiyyətinə qəbul edilməsi barədə memorandum hazırlayıb cəmiyyətin katibliyinə təqdim etdi. Azərbaycan məsələsi Millətlər Cəmiyyətinin üçüncü komissiyasının müzakirəsinə verildi. Komissiyanın qoyduğu şərtlər daxilində Cənubi Qafqaz respublikaları de-yure tanınmadığı və aralarında ərazi məsələləri sabit olmadığı üçün onların Millətlər Cəmiyyətinə qəbul edilmələri məsələsi müvəqqəti dayandırıldı. Lakin 1920-ci ilin əvvəlində Qafqazda bolşevik təhlükəsilə bağlı yaranmış vəziyyət Azərbaycanın və Gürcüstanın müstəqilliyinin tanınmasını təxirəsalınmaz etdi. Bu məqsədlə Böyük Britaniyanın təşəbbüsü ilə 1920-ci il yanvarın 10-da Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı. Müttəfiqlərin Ali Şurası Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun təklifi ilə yanvarın 11-də qərar qəbul etdi. Qərarda göstərilirdi ki, “müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar”. Yaponiya fevralın 7-də Ali Şuranın qəbul etdiyi bu qərara qoşuldu. ABŞ isə qərara qoşulmaqdan rəsmi olaraq imtina etdi.
1920-ci il yanvarın 15-də Azərbaycan və Gürcüstan nümayəndələri Fransa xarici işlər nazirliyinə dəvət edildilər. Azərbaycanın de-fakto tanınması barədə Paris Sülh Konfransının rəsmi qərarı Əlimərdan bəy Topçubaşova təqdim olundu. Yanvarın 15-16-da Versalda hərbi ekspertlər şurası Azərbaycana və Gürcüstana hərbi yardım göstərmək məsələsini müzakirə etdi. Yanvarın 19-da Paris Sülh Konfransı Ali Şurasının iclasında Cənubi Qafqaz respublikaları məsələsi ətraflı müzakirə olundu. Azərbaycan nümayəndələri bu iclasda tam heyətdə iştirak edirdi. Geniş müzakirədən sonra Ali Şura Qafqaz məsələsinə dair qərar qəbul etdi. Qərarda deyilirdi ki, müttəfiq hökumətlərin Cənubi Qafqaz respublikalarına ordu göndərmək imkanı yoxdur, onlar bu respublikalara silah, hərbi sursat və ərzaq göndərməklə yardım göstərəcəklər.
Azərbaycanın müstəqilliyinin de-fakto tanınması barədə məlumatı Azərbaycan hökumətinə Böyük Britaniyanın Qafqazdakı səlahiyyətli nümayəndəsi O.Uordrop bildirdi. Onun yanvarın 12-də Tiflisdən göndərdyi teleqram alınan kimi Azərbaycan hökumətinin təcili iclası çağırıldı. Yanvarın 13-də bu mühüm hadisə barədə hökumət məlumatı elan edildi, yanvarın 14-nün bütün Azərbaycanda bayram günü olduğu bildirildi. Paytaxtda mitinq və nümayişlərin, Azərbaycan ordusunun hərbi paradının və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təntənəli iclasının keçirilməsi haqqında qərar qəbul edildi. Yanvarın 14-də hökumətin sədri Nəsib bəy Yusifbəylinin “Azərbaycan vətəndaşlarına” müraciəti elan olundu.
Parlamentin yanvarın 14-də keçirilən təntənəli iclasında Böyük Britaniya, Gürcüstan, Estoniya və Polşanın diplomatik nümayəndələri iştirak edirdilər. Təbrik nitqləri, müstəqilliyin tanınması ilə bağlı təbrik teleqramları dinlənildi. İclasın sonunda ədliyyə naziri Xəlil bəy Xasməmmədov Azərbaycanın müstəqilliyinin tanınması münasibətilə amnistiya elan etmək haqqında hökumətin qərarını oxudu. Azərbaycan istiqlalının Ali Şura tərəfindən tanınması Gəncədə də təntənəli şəkildə bayram edildi. Bu münasibətlə Azərbaycan mətbuatında xeyli yazılar dərc olundu. “Azərbaycan” qəzetinin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınması ilə əlaqədar xəbər və materialları dərc edilən 24 yanvar 1920-?? il tarixli 12-ci sayı “Müstəqil Azərbaycan” adı ilə çıxmışdı. Bolşevik mətbuatı isə Azərbaycanın müstəqilliyinin tanınmasını imperialist dövlətlərin qəsbkarlıq planları kimi qiymətləndirirdi. Müstəqilliyin de-fakto tanınması haqqında Azərbaycan nümayəndələrinin Parisdən göndərdikləri məlumat yanvarın 18-də alındı.
Azərbaycanın müstəqilliyinin Antanta Ali Şurası tərəfindən de-fakto tanınması Azərbaycan diplomatiyasının, xüsusən də Əlimərdan bəy Topçubaşov başda olmaqla, Paris Sülh Konfransındakı Azərbaycan nümayəndəliyinin uğurlu fəaliyyətinin nəticəsi olmaqla yanaşı, Azərbaycan dövlətçiliyinin bərpası baxımından çox əhəmiyyyətli hadisə idi.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

