/ / IDEA Ətraf Mühit Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında resurs mərkəzi açılıb
IDEA Ətraf Mühit Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında resurs mərkəzi açılıb
22.05.2012 [01:16]
AzərTAc xəbər verir ki, mərasimdə IDEA Ətraf Mühit Kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, dövlət və hökumət rəsmiləri, Akademiyanın rəhbərliyi və tələbələr iştirak ediblər.
Leyla xanım Əliyeva resurs mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Resurs mərkəzi ilə tanış olan Leyla xanım Əliyevaya məlumat verilib ki, burada müasir texnologiyalar, zəruri elektron və elmi vasitələr istifadəyə verilib. Mərkəz tələbələrin təhsil imkanlarını genişləndirməklə yanaşı, yaşadığımız planetin gələcəyi haqqında indidən düşünməyə, fikir mübadiləsi aparmağa və zəruri biliklər əldə etməyə imkan yaradacaq.
Diqqətə çatdırılıb ki, resurs mərkəzi gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinə, yeni fəaliyyət istiqamətlərinin seçilməsinə, onların gələcək peşəkar həyata daha fərqli düşüncə ilə qədəm qoymasına mühüm töhfə verəcək. İnsanlar kiçik yaşlarından ətraf mühitlə bağlı biliklərə yiyələnməli, özləri üçün davranış qaydaları müəyyənləşdirməlidirlər. Eyni zamanda, gənclərin ətraf mühitlə bağlı elmi tədqiqatlara cəlb edilməsi, müxtəlif treninqlərin təşkili, diskussiya xarakterli görüşlərin keçirilməsi, maarifləndirici işin aparılması mərkəzin qarşısında duran əsas vəzifələrdəndir. Yaşadığımız planet məhdud resurslara malikdir və biz onların optimal istifadə yollarını arayıb dünya ictimaiyyətinin bu məsələyə həssaslığının təmin edilməsinə öz töhfəmizi verməliyik.
IDEA Ətraf Mühit Kampaniyası mahiyyət etibarilə milli çərçivəni aşaraq qlobal xarakter almışdır. Ətraf mühit sərhəd tanımır. Milli sərhədlər çərçivəsində atılan hər hansı bir addım bəşəriyyətin gələcəyini hədəfə alır. Kampaniya xüsusi ictimai maraq doğuran “davamlı inkişaf” konsepsiyasını rəhbər tutaraq, inkişafla ətraf mühitin harmoniyasının təmin edilməsinin zəruriliyinin önə çəkilməsi haqqında həyəcan təbili çalır. İnsanların mövcud inkişaf xüsusiyyətləri gələcək nəsillərin öz ehtiyaclarını ödəmək imkanlarına zərər yetirməməlidir.
Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olan Leyla xanım Əliyeva Akademiyanın kollektivinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

