Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xudafərində...

Xudafərində...

16.03.2024 [10:31]

Azərbaycan və İran prezidentləri görüşəcək

Novruz bayramına qədər Azərbaycan və İran prezidentləri Xudafərinə səfər edəcəklər. Bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mediaya açıqlamasında bildirib. “Xudafərin”, “Qız qalası” hidroqovşaqları və su bəndlərinin açılış mərasimi sərhəddə hər iki prezidentin iştirakı ilə baş tutacaq”, - deyə diplomat əlavə edib. Səfir həmçinin qeyd edib ki, Araz körpüsü üzərində keçid məntəqəsi və Ağbənd körpüsü üzərində avtomobil və dəmir yolu xəttinin tezliklə istismara verilməsi üzrə işlər davam edir.

Son zamanlar iki ölkə arasında münasibətlərdə irəliləyişlər müşahidə olunur. Xatırladaq ki, ötən ilin yanvar ayında Tehrandakı səfirliyimizə silahlı hücum Azərbaycanla İran arasında siyasi münasibətlərə ciddi təsir etmiş, ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyətinin dayandırılması ilə nəticələnmişdi. Bununla belə, İran tərəfi hadisənin obyektiv araşdırılacağını və cinayəti törədənlərin layiqli cəzasını alacağını bəyan etmişdi. Bu istiqamətdə İranın hüquq-mühafizə orqanları azərbaycanlı həmkarları ilə əməkdaşlıq ediblər. Artıq cinayəti törətmiş şəxs haqqında qərar verilib və o, edam cəzasına məhkum edilib.

Onu da qeyd edək ki, həmin hadisədən sonra İranın bir sıra rəsmi şəxsləri ölkəmizdə səfərdə də olublar. Məsələn, ötən ilin iyul ayında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıya səfər edərək Qoşulmama Hərəkatının nazirlər görüşündə iştirak etmişdi. Səfər zamanı o, dövlət başçısı İlham Əliyevlə də görüşmüşdü.

Eyni zamanda, ötən il noyabrın 9-da Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisinin görüşü olmuşdu. Görüşdə dövlət başçıları münasibətlərin inkişafına dair mühüm mesajlar vermişdilər. Bu baxımdan, İran Prezidentinin bu fikirləri diqqəti cəlb edir: “Əminik ki, rəqiblərimizin istəklərinin əksinə olaraq, münasibətlərimiz gündən-günə yaxşılaşır və əlaqələrimizə mane olmaq istəyən ölkələr öz planlarını həyata keçirə bilmir və məyus olur. Biz əminik ki, Azərbaycan ilə İran arasındakı münasibətlər təkcə diplomatik qonşuluq əlaqələr deyil, bu, iki xalq arasında çox dərin münasibətlərdir. Xalqlarımız qəlbən bir-birinə yaxındır və münasibətlərimiz sarsılmazdır. Ona görə liderlərimiz də bu əlaqələrin inkişafına çox ciddi yanaşırlar. Sizinlə görüşdən dərin sevinc duyduğumu bir daha təkrar edirəm”. Prezident İlham Əliyev isə “Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq. Bu cəhdlər nəticəsiz qaldı. Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər”-deyə vurğulayıb.

Eyni zamanda, İran Prezidenti Rəisi fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə İlham Əliyevi ilk təbrik edən dövlət başçıları arasında oldu.  

Bundan başqa, hər iki ölkənin XİN başçılarının da dəfələrlə görüşü və telefon danışıqları olub. Bu danışıqlarda da Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib. Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.

Bugünlərdə isə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Cəbrayıl rayonunda Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına baş çəkib. Nazir “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşIıq haqqında” Sazişə uyğun olaraq həyata keçirilən hidroqovşaqlar və su elektrik stansiyaları layihəsi üzrə görülən işlərlə tanış olub. Eləcə də İrana səfər edən Pərviz Şahbazov bu ölkənin energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.  Məhdud və geniş tərkibdə keçirilən görüşlərdə iki ölkə arasında elektroenergetika sahəsində aktual əməkdaşlıq məsələləri müzakirə edilib. Nazirlər Araz çayı üzərində “Xudafərin” və “Qız-Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsinin icra vəziyyəti, həmçinin Birgə Texniki Komissiya və İşçi Qrupu çərçivəsində həyata keçirilən proseslərə dair fikir mübadiləsi aparıblar. Hidroqovşaqlar üzrə işlərin tamamlanma mərhələsində olmasından məmnunluq ifadə edilib, tezliklə “Xudafərin” və “Qız-Qalası” hidroqovşaqlarının açılış mərasiminin keçiriləcəyi bildirilib.  

Beləliklə, Azərbaycan bütün dünya dövlətləri ilə normal və bərabərhüquqlu əlaqələrin qurulmasının tərəfdarıdır. Bu istiqamətdə də xarici siyasətimiz uğurla davam etdirilir. Eləcə də Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə sadiqdir. Bu mənada, qonşu İranla da mehriban qonşuluq siyasətinin qarşılıqlı olaraq davam etdirilməsi həm hər iki dövlətin maraqlarına cavab verir, həm də bütövlükdə regionumuz üçün faydalıdır.

N.TUNAR

Paylaş:
Baxılıb: 581 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31