Vaşinqton israrlıdır
03.04.2024 [10:40]
“Hərbi müttəfiqlik” nəyə hesablanıb?
Ermənistanın qeyri-konstruktiv davranışlarına verilən hər bir dəstək Cənubi Qafqazda sülh arxitekturasının qurulmasına yaradılan maneədir. Bu mənada, Ermənistanın silahlandırılması və “ümidləndirilməsi”, hər hansı “birgə təlim” və ya “əməkdaşlıq paktı” yolverilməzdir. Eyni zamanda, Ermənistan da guya “mühüm dəstək”lər əldə etməsi haqda yenidən “miflər” formalaşdırmağa çalışır. Ən xırda detalları belə böyüdərək təqdim etməyə cəhd göstərən İrəvan hətta təzadlı görüntü yaratmaqdan belə çəkinmir - hələ də KTMT-dən çıxmağın yollarını “axtaran”, “dondurma” ilə guya əldaqələrə son verməyin mümkünlüyünü düşünən Ermənistan açıq şəkildə Qərbin “hərbi gücünə” arxalanması ilə bağlı mesajlar verir. Təbii ki, bu mesajlar bölgədə narahatlıq yaratmaqla yanaşı, həm də İrəvanla hərbi müttəfiqlik statusunda olan dövlətlərə tərəf “mesaj göndərmək” kimi anlaşılır ki, bu da müsbət heç nə vəd etmir.
Yeri gəlmişkən, ABŞ-dən olan bir qrup mobil təlimatçı Ermənistan hərbçiləri ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün Ermənistana gəlib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, səfər Ermənistan-ABŞ müdafiə əməkdaşlığı çərçivəsində planlaşdırılıb: “Amerikalılar aprelin 1-dən 5-dək Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin və “Zinuj Media” dövlət qurumunun əməkdaşları ilə Müdafiə Nazirliyinin inzibati kompleksində təlim prosesi keçirəcəklər”.
Düzdür, Ermənistan illərdir ABŞ ilə hərbi müstəvidə əməkdaşlığa can atsa da, Vaşinqtonun bu kimi “meyli” 2020-ci il Vətən müharibəsindən sonra “peyda” olub. Hələ 2013-2014-cü ildən başlayaraq Ermənistan həm NATO, həm də ABŞ ilə hərbi-siyasi formatda əməkdaşlığa həvəslənsə də, Vaşinqton üçün İrəvanla bu tip əməkdaşlıq elə də cəlbedici görünmürdü.
Amma nə sirdirsə, artıq Vaşinqton bu məsələdə “aktivliyini” artırır. Bu gün artıq NATO ilə birgə təlimlərdə iştirak etmək üçün Ermənsitanda ayrıca hərbi briqada fəaliyyət göstərir. Təbii ki, bu mənzərə qəribə bir situasiyadır. Sərhədləri KTMT-dən olan hərbi qüvvələr tərəfindən, konkret olaraq Rusiya tərəfindən qorunan Ermənistanın bu quruma və dövlətə qarşı düşmən mövqedə sayılan ABŞ ilə əməkdaşlıq formalaşdırması, müttəfiqliyə can atması həm təzadlı, həm də qeyri-etikdir. Bu ilk növbədə Ermənistanın siyasi sürüşkənliyindən irəli gələn bir məsələdir. Faktiki olaraq hərbi müttəfiqi sayılan dövlətə - Rusiyaya xəyanət mövqeyini tutan Ermənistan ABŞ ilə birgə təlim keçirməklə guya qərbpərəst yol tutduğunu göstərməyə çalışır. Amma bütün bunlar boşunadır. Bu təlimlərin heç bir effekti yoxdur - onların məqsədi və təlimatları heç də aktiv döyüş qabiliyyətinin artırılmasına xidmət etmir.
Xatırladaq ki, ötən ilin sentyabrında da Ermənistan kiçik miqyaslı təlimlər keçirmişdi. “EAGLE PARTNER-2023” müstəvisində Ermənistanda baş tutan təlmlərdə cəmi 175 erməni və 85 amerikalı hərbçi iştirak etmişdi. Ermənistanın bu daranışına qarşı Rusiyadan sərt münasibət göstərilmişdi və bildirilmişdi ki, “Bu, xüsusilə indiki vəziyyətdə daha böyük narahatlıqlara yol açır”.
Göründüyü kimi 5 aprel görüşü öncəsi ABŞ-ın bu kimi manevrlərlə “hərbi əməkdaşlıq” görüntüsünü yeniləmək cəhdi uğursuz bir cəhddən uzağa getmir. Çünki dəfələrlə bu kimi spekulyasiya ilə regionda gərginlik yaratmaq cəhdləri fiaskoya uğrayıb - ötən ilin sentyabrında isə Avropa NATO İnkişaf Komitəsinin sədri Günter Felingerin Ermənistanı “alyansa qoşulmağa çağırışı” xüsusilə diqqəti cəlb edirdi. Felinger bu barədə tvitter (hazırkı X) sosial şəbəkəsindəki hesabında yazmışdı - “Nikol Paşinyan, mən Ermənistanı NATO-ya üzv olmağa çağırıram. Co Bayden, Ermənistanı qoruyun”.
Demək ki, ABŞ ilə Aİ-nin Ermənistan üzərindən bölgədə hərbi gərginlik yaratmaq cəhdləri hələ ötən ildən planlaşdırılırmış - əks halda, əslən alman olan Felingerin Baydenə “səslənməsi” hansı məntiqə söykənir?
Sadəcə olaraq, bu kimi manipulyasiyalar Ermənistanın daxili auditoriyası üçün “mühüm əhəmiyyət” kəsb etməkdədir. Guya Ermənistanın artıq KTMT sıralarını tam tərk etməsi, NATO-ya qoşulma ehtimalının aktğual olmasını daxili publikaya nümayiş etdirmək üçün ABŞ bu kimi “priyomlardan” istifadə edir. Bu kimi qeyri-ciddi çağırışlar, qeyri-ciddi “əməkdaşlıqlar” isə Paşinyan hakimiyyəti üçün “nəfəslik” rolunu oynayır və ictimaiyyət arasında onun reytinqinin qorunması üçün istifadə edilir.
Bu kimi təbliğatın aparılması isə indiki halda olduqca vacibdir - Ermənistanda keçirilən sosioloji sorğular göstərir ki, Ermənistan ictimaiyyətinin siyasi hakimiyyətə inamı zəifləyib. Xüsusilə, Rusiya ilə əlaqlərin soyuqlaşmasından narahatlıq keçirən erməni xalqı Paşinyanın “Qərb yolu” seçməsini ağılsız hərəkət adlandırır. KTMT-dən üz döndərməni isə təhlükəsizlik üçün ən mühüm təhdid sayır - xalq dərk edir ki, bölgədə Qərb ambisiozuna əsir düşməklə özünün iqtisadi-sosial, hərbi-siyasi varlığını qorumaq olduqca çətindir. Təsadüfi deyil ki, son günlərdə sosial şəbəkələrin erməni seqmentində artan narazılıqlar fonunda da məhz bu kimi fikirlər səslənməkdədir. Xalq Paşinyan hakimiyyətinin atdığı addımlardan narazıdır - onlar Ermənistanın Qərbin “arxa bağçası”na çevrilməsinə etiraz edirlər. Avropanın ermənipərəst “orkestri”nin aylardır apardığı təbliğatın korporativ maraqlardan qaynaqlandığı erməni xalqı tərəfindən açıq şəkildə bildirilir - gah ABŞ, gah da Aİ çərçivəsində nələrisə əldə etmək istəyən İrəvan isə ancaq itirə-itirə gedir. Eyni zamanda, bu hal hakimiyyətin Ermənistan daxilində siyasi dayaqlarının sıradan çıxmasını şərtləndirir- göründüyü kimi, son çarə kimi Ermənistanın ABŞ ilə “hərbi müttəfiqliyi” mövzusu gündəmə gətirilir...
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10

