Susqunluğun səbəbi...
06.04.2024 [10:25]
Tehran bəyan etdiyi “qırmızı xətt”ləri özü pozur
Qərbin Ermənistan üzərindən qurduğu oyunların əsl hədəfləri bəllidir. Belə ki, “Ermənistana dəstək” adı altında bölgəyə yerləşmək istəyən ABŞ-Aİ cütlüyü vaxtilə başlatdığı, sonradan isə yarımçıq qalan fəaliyyətini davam etdirmək istəyir. Bu fəaliyyət 30 ilə yaxın məhz Ermənistanın və separatçı xuntanın əli ilə həyata keçirilib. Başqa sözlə, illərlə Cənubi Qafqazda siyasi sabitliyin formalaşmasına, hərbi dincliyin yaranmasına, ən əsası iqtisadi inkişafa mane olan güclər yeni planlar qurur. 2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirləri ilə onların planlarını puç etmiş Azərbaycan bölgədə yeni siyasi-hərbi reallıqlar formalaşdırıb ki, Qərb bu yeni reallıqlarla barışmaq istəmir. Nəticədə, “Ermənistana dəstək” görüntüsü altında bölgəyə yeni demarşını hazırlayır.
Bu güclərin nəticə etibarı ilə hədəfləri bəllidir - Ermənistanın əli ilə bölgəni yeni münaqişəyə cəlb etmək ABŞ-Aİ cütlüyünün ilkin arzusudur. Müzakirə predmeti olan “hərbi pakt” isə ABŞ və Aİ-nin Ermənistanın əli ilə regiona təsir imkanlarını leqallaşdırmağa hədəflənib. Bu isə Azərbaycanla yanaşı, ümumilikdə region ölkələrinin maraqları ilə uzlaşmır. Çünki burada söhbət artıq yeni formatlı hərbi demarşdan gedir. Ermənistan ilə “müttəfiqlik” etmək istəyən qüvvələrin əsl məqsədi geostrateji əhəmiyyətə malik regiona nüfuz etməkdir.
ABŞ-Aİ cütlüyünün planı...
Vurğulandığı kimi, qurulan planlar yalnız Azərbaycanın deyil, ümumilikdə regionətrafı dövlətlərin də milli maraqları ilə uzlaşmır. Qərb arzularının təcəssümü kimi meydana çıxacaq bu “hərbi birlik” qarşıdakı dövrdə Aİ-nin Ermənistandakı “mülki missiya” adı altındakı kəşfiyyat qrupunun işini də leqallaşdıracaq - Qərb bu və ya digər şəkildə həmin kəşfiyyat qrupuna “müttəfiqlik” donu altında bir ad verəcək. Nəticədə, bölgədə təhlükə saçan yeni hərbi industriya yaradılacaq: bu birləşmənin əli ilə isə Aİ və ya ABŞ illərdir ki, planlaşdırdığı bir sıra məsələləri rahat şəkildə həyata keçirəcək. Azərbaycan, Rusiya, Türkiyə özünün etiraz səsini ucaldıb, bəyanatlar verib, hətta ABŞ dövlət katibi, Avropa Komissiyasının prezidenti Azərbaycan Prezidentinə zəng edərək izahat veriblər. Maraqlıdır ki, bu kimi ciddi bir məsələdə regionun digər dövlətlərinin etiraz səsi eşidilmir - halbuki, İran və Gürcüstan da bu məsələdən böyük ziyan görəcək. Yaranma ehtimalı ortada olan hərbi pakt həm Gürcüstan, həm də İran üçün potensial təhlükə mənbəyidir. Ən aktual səbəblər isə:
- Bu hal regionun ticari maraqlarının, yeni rəqəmsal daşımacılıq imkanlarının hədəfə alınmasıdır;
- Müstəqil xarici siyasət kursu yürüdən dövlətlərə qarşı siyasi sabotajdır;
- Şərq-Qərb tranziti üzrə formalaşdırılan yeni iqtisadi münasibətlərin rentabelliyinin düşürülməsi cəhdidir;
- Ticari aortanın işinə mane olmaq üçün atılan addımlardır.
Beləliklə, ABŞ və Aİ-nin planı ilə ortaya çıxacaq bu “hərbi pakt” bütün region üçün təhdid yaradır.
Gürcüstanın maraqları təhlükə qarşısındadır...
Bəli, danılmaz faktdır ki, Azərbaycan son 4 ildə Cənubi Qafqazda tamam fərqli bir mənzərə formalaşdırıb. Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan bəşəri dəyərlərin yaşadığımız region üçün spesifikləşdirilməsinə çalışır. Bu gün Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması ilkin mərhələdə Azərbaycanla yanaşı, Gürcüstan üçün də böyük üstünlüklər formalaşdırır. Burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər önə çıxır ki, regional səviyyədəki əməkdaşlıqlar yeni mərhələdə qlobal inkişaf konsepsiyasının aparıcı coğrafi indeksi kimi müəyyənləşə bilər. Bu baxımdan, Cənubi Qafqazın digər ölkəsi Gürcüstan da Azərbaycanın yaratdığı yeni mərhələnin - sabitlik və inkişaf mərhələsinin daha da şaxələndirilməsində, genişləndirilməsində maraqlı olmalıdır. Çünki iqtisadi əməkdaşlıqlar regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir. Azərbaycanın son antiterror tədbirləri ilə yaratdığı mənzərə regionun gələcəyinin yeni inkişaf strategiyası, hətta yol xəritəsi sayılır. Gürcüstan - Azərbaycan əməkdaşlığı uzun illərdir ki, strateji əsaslarda davam edir- Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi mühüm layihələr icra edilir. Ölkəmizin yaratdığı yeni mərhələ isə bu inkişafı daha da irəliyə daşımaq əzmindədir. Buna mane olmaq, iqtisadi uğurların qarşısını kəsmək istəyən ABŞ-Aİ cütlüyünün addımları bu mənada Gürcüstanın da mənafeyinə zərbədir. Amma rəsmi Tbilisi hələ ki, “susmağa” üstünlük verir...
Tehran nəyi gözləyir?
Eyni hal İran üçün də aktualdır. Rəsmi Tehran indiyədək regiona kənar qüvvələrin gətirilməsi məsələsində ən çox “qırmızı xəttdən” danışan ölkə sayılırdı. Perspektivdə belə bir birliyin formalaşması ehtimalı belə İranın maraqlarını açıq şəkildə zərbə altına qoyur. Təsadüfi deyil ki, regiona yönəlik təhdidlərlə bağlı bir müddət öncə İran tərəfi öz narahatlığını dilə gətirmişdi. İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə erməni həmkarı Suren Papikyan arasındakı görüşdə Aştiani açıq şəkildə bildirmişdi ki, bölgəyə kənar dövlətlərin hərbi birləşmələrini cəlb etmək əks təsir göstərə bilər. M. R. Aştiani vurğulamışdı ki, regionu kənar dövlətlərin geosiyasi rəqabət meydanına çevirmək bölgənin bütün dövlətlərinin maraqlarına ziddir. Göründüyü kimi, İran özü də etiraf edir ki, Ermənistanın “əməkdaşlıq” pərdəsi altında ABŞ və ya Aİ-nin hərbi gücünü bölgəyə yerləşdirməsi Tehranın planlarına uyğun deyil. Perspektivdə həmin bölgəyə yerləşdirilən qüvvələrin məhz rəsmi Tehran üçün rəqiblərinin cızdığı yeni planlar olma ehtimalı da formalaşa bilər. Bu gün İrana qarşı aktiv sanksiyalar və embarqolar tətbiq edən Aİ, ABŞ, kollektiv Qərb onsuz da “mülki missiya” adı altında onun sərhədlərinin kənarında kəşfiyyat işləri aparır. Yeni dönəmdə Ermənistanın “hərbi pakt” üzərindən ABŞ və Aİ-ni leqal şəkildə öz sərhədləri daxilinə buraxması isə Tehrana qarşı hərbi planların aktiv fazaya qədəm qoymasını belə mümkün edə bilər. Amma təəssüf ki, İran yenə də səssizliyə üstünlük verir. Tehranın niyə etiraz etməməsi isə maraq doğurur...
İran ABŞ və Fransa ilə sövdələşib?
O baxımdan ki, İranın susqunluğunu ermənipərəst Fransanın iddiaları müşayiət edir. Belə ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi bildirib ki, rəsmi Paris İranın “Ermənistanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı narahatlığını bölüşür”. Səfir bildirib ki, İran dəfələrlə Ermənistanın ərazi bütövlüyünə dəstəyini ifadə edib və Tehranın narahatlığını BMT-nin digər üzvləri də “bölüşməlidir”. Buradan anlaşılır ki, faktiki olaraq, Ermənistana yanaşmada regiona kənar qüvvələrin gətirilməsini özünün “qırmızı xətti” elan etmiş İranla regiona can atan Fransanın mövqeyi eynidir. Necə olur ki, vaxtilə Zəngilanda adi fermanı hansısa ölkənin “hərbi bazası” sayan İran indi sərhədində yerləşmiş Aİ-nin (faktiki olaraq NATO-nun) casus missiyasına səssiz qalır?
Görünən budur ki, İran səsləndirdiyi “qırmızı xəttlərə” özü riayət etmir. Dünənə qədər Fələstində həyatını itirən 30 min insan üzərindən özünə “təbliğat” yaradan İran indi Cənubi Qafqazda ABŞ-la oyun quraraq proseslərdən kənarda dayanmağa “çalışır”. Bunun müqabilində isə Vaşinqton sanksiya altında olan İranın neftlə bağlı maxinasiyalarına göz yumur. Eyni zamanda, bu məsələdə İran ilə Aİ arasındakı gizli sövdələşmənin də ştrixləri görünür. Cənubi Qafqazda baş verən proseslərdə də İranın Fransa ilə işbirliyi müşahidə olunur.
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56

