Xoşbəxt uşaqlığı dadmayanlar...
12.06.2024 [11:15]
Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür
Məlumdur ki, Uşaq Hüquqları Konvensiyasına əsasən, uşaq əməyinin istismarı qadağandır. Buna baxmayaraq, dünyada elə ölkələr var ki, oradakı zavodlarda, fabriklərdə və fermer təsərrüfatlarında uşaq əməyindən istifadə edilir.
Milyonlarla uşaq dünyanın bir çox ölkəsində xoşbəxt uşaqlığın nə olduğunu bilmir. Onlar ölkələrinin iqtisadiyyatı zəif olduğu üçün işləməyə məcburdurlar. Lakin dünyanın hər bir yerində uşaqlar öz enerjilərini fərdi bilik və
bacarıqlarının artırılmasına yönəltməlidirlər. Əməyi istismar edilən uşaq gələcək arzu və istəklərindən məhrum olur...
Qorxunc statistika...
Bu gün iqtisadiyyatı zəif olan ölkələrdə 250 milyondan çox azyaşlı uşaq işləyir. Beynəlxalq təşkilatların məlumatlarına görə, dünyada uşaq əməyinin istismarına Asiya ölkələrində 153 milyon, Afrikada 80 milyon, Cənubi Amerika ölkələrində isə 17 milyona qədər azyaşlı uşaq məruz qalır. Həmin uşaqlar dözülməz şəraitdə işlədilir və bir çox hallarda onlar öz sağlamlıqlarını itirirlər. Əksər hallarda azyaşlılar hərbi konfliktlərə cəlb edilirlər.
İlk yeri bu ölkə tutur
Uşaq əməyinin istismarı hallarının 69 faizi kənd təsərrüfatı sahəsinin payına düşür. Uşaqlar bu sahədə əsasən tütün, pambıq, düyü və kakao yığımında istifadə olunurlar. Myanma uşaq əməyinin istismarına görə ilk yeri tutur.
Bundan başqa Hindistan, Braziliya, Banqladeş, Filippin, Nepal, Somali, Şimali Koreya, Şri-Lanka, Əfqanıstan da bu siyahıya daxildir.
Uşaqların 40 faizi təhsil ala bilmir...
Myanmada 7 yaşına çatmış hər üç uşaqdan biri işləyir. Bu uşaqlar çox ağır işlərdə çalışırlar. Yaxın günlərə qədər uşaq əməyi hərbi sahədə də istifadə edilirdi. Uşaqlar orduda təmizlik işləri və yük daşımaqla məşğul olurdular.
Bundan başqa, uşaqlardan canlı sipər kimi də istifadə olunur. Ancaq beynəlxalq təşkilatların təzyiqindən sonra Myanma uşaq əməyini yüngülləşdirməyə məcbur edilib. İndi bu ölkədə uşaqlar yalnız tikinti sahəsində çalışırlar. Tikinti sahəsində 8 yaşlı qız uşaqları 20 kiloqramlıq sementlə dolu qabları daşımağa məcbur edilirlər. Onlar bu sahədə əsasən ailəvi çalışırlar və əmək haqları da valideynlərə verilir. İşləmək məcburiyyəti bu ölkədə azyaşlı uşaqların 40 faizini təhsil almaq imkanından məhrum edib. Əgər azyaşlı uşaqlar valideynləri tərəfindən başqa ölkəyə satılırsa, belə uşaqlar şanslı uşaqlar sayılırlar.
12 saat uşaq əməyinə görə 1.7 dollar...
Hindistanda uşaq əməyindən qızıl mədənlərində, kakao yığımında və paltarların tikilməsində istifadə edilir. Bu ölkədə kasıb ailələr öz uşaqlarını 5 yaşından qul kimi satırlar. Banqladeşdə 18 yaşına qədər insanların 18 faizi günü 1 dollara yaşamağa məcburdur. Bu ölkədə 12 saat uşaq əməyinə görə 1.7 dollar pul verilir.
Dünyanın lider istehsalçıları da uşaq əməyindən istifadə edirlər. Hindistanın “Monsanta” korporasiyasını və Çinin “Peqatron Group” kompaniyasını buna misal göstərmək olar.
2025-ci ilədək...
Qeyd edək ki, iyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd edilir. Beynəlxalq Əmək Təşkilatı tərəfindən ilk dəfə 2002-ci ildən qeyd edilən bu günün məqsədi cəmiyyətin diqqətini mövcud problemə yönəltmək və uşaq əməyinin ləğvinə nail olmaqdır. BMT-nin Davamlı İnkişaf Məqsədlərinin hədəfləri sırasında 2025-ci ilədək uşaq əməyinin bütün formalarının ləğv edilməsi xüsusi yer alır.
Ölkəmiz Beynəlxalq Əmək Təşkilatının “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında”, eləcə də “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya edib. Bundan başqa, qanunvericiliyimizdə 15 yaşdan aşağı uşaqların işləməsinə icazə verilmir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

