AYNA: Son iki həftə ərzində 55 küçə və prospektdə 274 yol nişanı quraşdırılıb
02.09.2024 [16:49]
Bakı şəhərində müasir standartlara cavab verən yol infrastrukturunun qurulması prosesi davam etdirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən həyata keçirilən xətlənmə işlərində və yol nişanlarının quraşdırılmasında yeni texnologiyalardan istifadə olunur.
AYNA-dan Yeniazerbaycan.com-a bildirilib ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 kimi mötəbər tədbirlə əlaqədar paytaxtda aparılan quruculuq işləri çərçivəsində AYNA tərəfindən Bakının inzibati ərazisində piyadaların və digər nəqliyyat iştirakçılarının təhlükəsizliyinin artırılması istiqamətində işlər həyata keçirilib.
Təkcə son iki həftə ərzində 55 küçə və prospektdə 274 yol nişanı quraşdırılıb. Hərəkət iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün nişanların görünməsi maksimum dərəcədə təmin edilib.
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin yaradılması çərçivəsində 26 küçə və prospektdə 77 km-dən çox hərəkət zolağı təşkil edilib. Təmir-bərpa işləri aparılan 23 küçə və prospektdə 68 km-dən çox xətt çəkilib. Müasir standartlara cavab verən nişanlanma xətlərinin əksəriyyəti ikikomponentli boya ilə çəkilib. Boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə şüşə tozundan istifadə olunub. 56 küçə və prospektdə piyada keçidi, parklanma yeri, stop xətti və avtobus zolağı olmaqla xətlənmə işlərində əl əməyindən istifadə edilib. 71 məntəqədə piyada keçidinin nişanlanması aparılıb.
Qeyd edək ki, yeni tədris ili ərəfəsində təhsil müəssisələrinin qarşısında yol hərəkət təhlükəsizliyinin artırılması məqsədilə mövcud piyada keçidləri yenilənib, olmayan ərazilərdə yeniləri təşkil edilib. Ümumilikdə 75 təhsil müəssisəsi ətrafında xətlənmə işləri həyata keçirilib. AYNA tərəfindən bu işlər davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

